𝓚𝓲𝓽𝓪𝓫𝓵𝓪𝓷𝓭𝓲𝔂𝓪𝓪📚♥️
1.13K subscribers
1.76K photos
294 videos
103 files
626 links
📚Kitablardan Alıntılar
📃Şeirlər
🌈Motivasiya
🎨İncəsənət - @artetthrerapy
📖PDF Paylaşımları
🎬Filmlərdən parçalar
📝Məlumatlar
👀Başqa? İzlə və gör😉

👥Əlaqə üçün : @Vislamovaa , @lalalaluna_R , @Axadoffa @by_nemo13
Download Telegram
Dünyanın ən varlı insanlarından bəziləri çox çalışaraq və maneələri aşaraq böyük sərvət toplayıblar.💵

📜|• Oracle-ın qurucusu Larri Ellison heç vaxt doğma atası ilə görüşməyib və ömrünün sonuna kimi onun övladlığa götürüldüyünü belə bilmirdi.

📜|• Qay Laliberté 1987-ci ildə Kvebekdən Los Anceles İncəsənət Festivalına geri qayıtmağa pulu olmayan uğurlu ansamblı gətirməklə böyük riskə getdi. Bu risk öz bəhrəsini verdi və sirk truppası nəhayət Las Veqasa gətirildi və burada bu gün tanıdığımız dünyaca məşhur Cirque du Soleil oldu.

📜|• Daşınmaz əmlak maqnatı Şeldon Adelson ABŞ-ın Massaçusets ştatında kirayəlik mülklərdə böyüyüb, burada valideynləri və üç bacısı ilə yataq otağını paylaşıb.

📜|• “Çelsi” Futbol Klubunun sahibi Roman Abramoviç dörd yaşında olarkən valideynlərini itirib və əmisi və nənəsinin himayəsində böyüyüb.

Hazırda dünyanın ən varlı adamları siyahısında olan bir çox məşhur adlar sahib olduqları sərvətə çatana qədər çox çətin yollardan keçməli olublar. Bəziləri hətta varlı macəralarının əvvəlində 5 qəpiksiz idilər. Amma zəhmətlə, istedadla, cəsarətlə və bir az da şansla zirvəyə qalxa bildilər. Business Insider bu adların bəzilərindən ilham verici hekayələr toplayıb:
✨|• Ursula Burns – Xerox-un keçmiş baş direktoru

Nyu-Yorkun Aşağı Şərq tərəfi indiki yüksək səviyyəli yerə çevrilməzdən əvvəl dəstələrin mərkəzi idi. Burada Ursula Burns həmin bölgədəki sosial evlərdə tək anası tərəfindən böyüdü. Anası evinin kənarında uşaq baxçası işlədir və Ursulanı katolik məktəbinə göndərə bilməsi üçün köynəkləri ütüləyirdi. Ursula Burns Nyu-York Universitetində oxuyub və daha sonra texnologiya şirkəti Xerox-da təcrübəçi kimi işləməyə başlayıb. O, 2015-ci ildə Xerox idarə heyətinin sədri olub. Eyni zamanda, Ursula Burns Fortune 500 şirkətini idarə edən ilk Afrika-Amerika qadınıdır.

✨|• Howard Schultz – Starbucks-ın keçmiş baş direktoru

Howard Schultz Nyu-Yorkun məşhur Bruklin rayonundakı Canarsie məhəlləsində böyüdü. O, yük maşını sürən atasının verdiyi həyat tərzindən kənara çıxmaq istəyirdi. O, idmanda fərqləndi və nəticədə Şimali Miçiqan Universitetində futbol təqaüdü qazandı. Rabitə dərəcəsi ilə bitirdikdən sonra Schultz Starbucks-da işləməzdən əvvəl texnologiya şirkəti Xerox-da çalışıb. Qəhvəyə olan həvəsi ilə Howard Schultz 1987-ci ildə Xerox-u tərk edərək o zaman kiçik qəhvə mağazalar şəbəkəsi olan Starbucks-ın baş icraçı direktoru olur. 60 mağaza ilə başlayandan sonra, 2017-ci ilə qədər Starbucks-ın 27.000-dən çox mağazası var (Statista tərəfindən paylaşılan məlumatlara görə) və Schultz-un 2015-ci ildə 3,1 milyard dollar aktivi var.

✨|• Corc Soros – Maliyyə Mütəxəssisi

Atasının bir məmura pul verməsi sayəsində Macarıstanda nasist işğalından sağ çıxan Corc Soros 1947-ci ildə müharibədən sonra kommunist rejimi altında olan Macarıstandan qaçaraq Londona qohumlarının yanına getdi. Soros ofisiant və dəmiryol gözətçisi kimi çalışaraq London İqtisadiyyat Məktəbinə daxil olmağı bacarıb. Corc Soros məzun olduqdan sonra hədiyyə dükanında satış edib və işə düzələnə qədər Londonda kommersiya banklarının baş menecerlərinə çoxsaylı məktublar yazıb. Bu, onun maliyyə sahəsində uzun və çox uğurlu karyerasının başlanğıcı idi. 1992-ci ildə Britaniya funt-sterlinqinə qarşı iddiası ona tez bir zamanda milyard dollardan çox mənfəət əldə etməyə imkan verdi.

✨|• Zdenek Bakala

Zdenek Bakala 1980-ci ildə 19 yaşında plastikə bükülmüş və sendviçin içinə gizlədilmiş 50 dollarlıq əskinasla kommunist Çexoslovakiyadan qaçıb. Buradan ABŞ-ın Nevada və Kaliforniya ştatlarının sərhəddində yerləşən Tahoe gölünə gedib və Harrah's kazinosunda qab yumağa başlayıb. Nəhayət, UC Berkeley-dən bakalavr dərəcəsi və Dartmut Kollecindən MBA (Biznesin İdarə Edilməsi Magistri) dərəcəsini qazandı. Daha sonra Bakala bank biznesinə girib və nəhayət doğma şəhərinə qayıdıb. Divar uçduqdan sonra Credit Suisse First Boston Praqada ilk ofisini açdı. 1994-cü ildə Çexiyada ilk investisiya bankını yaratdı. 2015-ci ildən Zdenek Bakala həm kömür, həm də dəmir filizi şirkətinə rəhbərlik edirdi.
👍4
Pisxoloqların xəstələrindən eşitdiyi aforizm kimi cümlələr:

🎭|• “Qollarım sənin üçün darıxır.”
(Qayğı pozuqluğuna sahib bir xəstə, öz vəziyyətini və necə hiss etdiyini ifadə etmək üçün belə bir cümlə qurmuşdur.)

🎭|•“Aldığınız hər kiçik qərarın, sizin üçün ölüm-dirim savaşına çevrildiyini xəyal edin.”


🎭|•“İnsanlar dərmanları özlərini daha yaxşı hiss etmək üçün istifadə etmir. Əksinə özlərini daha az pis hiss etmək üçün istifadə edir.”

🎭|•“Özümü öldürmək istəmirəm. Özümü öldürmək istəyən tərəfimi öldürmək istəyirəm. “

🎭|•Əgər dostunuz yoxdursa, bu vəziyyət sizi narahat etməsin. Dost sahibi olmaq sizi xoşbəxt edər, ancaq sizi daha yaxşı bir insan etməz.
(Autizmli bir uşaq, dostlaşma mövzusunda təbii olaraq problemlər yaşamışdır və bu vəziyyəti, həkiminə həqiqətən dahiyanə cümlələrlə ifadə etmişdir.)

🎭|•“Ağrı-acını hiss etmək, heç bir şey hiss etməməkdən daha yaxşıdır.”

🎭|•Özümü ruh kimi hiss edirəm. Bütün xoşbəxt həyatların olduğu bir yerdə, pərdə arxasında görünməz bir şəkildə dolanıram. “
(Bu hüznlü cümlələr isə 56 yaşında alkoqolizmlə mübarizə aparan birinə aiddir)

🎭|•“Xəyal dünyasında kiçik bir səyahətə çıxdığını və bir anlıq həqiqətə dönə bilməyəcəyin zamanı düşün. Bax mən hər gün bunu yaşayıram. “
(Ümumi qayğı pozuğunluğu yaşayan bir xəstə, əslində tam olaraq ‘nə yaşadığını’ bu cümlələrlə ifadə etmişdir.)
👍8
Xoşbəxt bir insanın eqosu olmaz. Çünkü insan ancaq eqo olmadığında xoşbəxt ola bilir. "Nə qədər eqosuz, o qədər xoşbəxt.
Nə qədər xoşbəxt, o qədər eqosuz"🌷☘
👍11
Gözəlliyi görə bilirsən,bunun səbəbi sadəcə sənin içində gözəllik daşıdığın üçündür. Çünkü dünya, hər kəsin özünün yansımasını gördüyü kimidir.✨🌝
👍12
✨Dünyanın ən çox satılan 25 kitabı✨:

🌿•| 25. “Ben-Hur” (50 milyon nüsxə)

👑•| 24. “Zəncəfil adam” (50 milyon nüsxə)

📔•| 23.“Şarlottanın sevgi toru” (50 milyon nüsxə)

🔖•| 22. “Voterşip təpəsi” (50 milyon nüsxə)

🕯•| 21. “Qartal qondu” (50 milyon nüsxə)

🌌•| 20. “Qızılgülün adı” (50 milyon nüsxə)

🧩•| 19. “Qara mirvari” (50 milyon nüsxə)

🐚•| 18. “Yaşılın qızı Anna” (50 milyon nüsxə)

🌝•| 17. “Körpəyə qulluq və uşaq tərbiyəsi” (50 milyon nüsxə)

🍃•| 16. “Heidi” (50 milyon nüsxə)

🌑•| 15. “Yüz ilin tənhalığı “ (50 milyon nüsxə)

🍂•| 14. “Lolita” (50 milyon nüsxə)

🌈•| 13. “Kimyagər” (65 milyon nüsxə)

❄️•| 12. “Çovdarlıqda uçurumdan qoruyan” (65 milyon nüsxə)

🌼•| 11. “Düşün və varlan” (70 milyon nüsxə)

🌙•| 10. “Da Vinçi şifrəsi” (80 milyon nüsxə)

🎋•| 9. “Narniya gündəlikləri: Aslan, cadugər və dolab” (85 milyon nüsxə)

🪐•| 8."Aişə” (100 milyon nüsxə)

🍀•| 7.“Qızıl qəsrin röyası” (100 milyon nüsxə) 

🌊•| 6.“On zənci balası” (100 milyon nüsxə)

⚡️•| 5. “Harri Potter və fəlsəfə daşı” (107 milyon nüsxə)

💫•| 4. “Balaca Şahzadə” ( 140 milyon nüsxə)

🌚•| 3. “Hobbit” ( 140.6 milyon nüsxə)

🌘•| 2. “Üzüklərin hökmdarı” (150 milyon nüsxə)

✨•| 1. “İki şəhərin hekayəti” (200 milyon nüsxə)
👍17
🌐~Google hiylələri (axtarış yerinə uyğun sözləri yazın)

🪄"Askew" ilə ekranı əyin: askew

🪄Sonsuz bir döngü üçün: recursion

🪄X O X oyununun qalibi olun: tic tac toe

🪄Əfsanə ilan oyununun əyləncəsinə qatılın: play snake

🪄"Pacman" ilə canavarlardan qaçın: pacman

🪄Ekranı döndürün: do a barrel roll

🪄İkinci Dünya Müharibəsi şifrəsini həll edin: Bletchley Park

🪄Çarxıfelek oynamağa nə deyirsiniz? spinner

🪄Öz ritminizi bəlirləyin: metronome

🪄Yazı - tura atmaq üçün qəpik axtarmağa son: flip a coin

🪄Hacker ekranı: hacker prank simulator

(Davamı gəlsinmi?💜)
👍12
Hekayə məşhurdur: Bir vaxtlar su, od və əxlaq dostluq yaradırdı. Bir gün meşəyə gəzməyə çıxdılar, lakin bir müddət sonra içlərinə bir qorxu düşdü. Meşə nəhəng və çox mürəkkəb idi. Hər ehtimala qarşı bir-birlərini itirsələr, bir-birlərini necə tapacaqlarını düşünməyə başladılar.

Od və əxlaq sudan soruşdu:

"İtirsən səni necə tapacağıq?"

Su cavab verdi:

"Harada şırıltı eşidirsənsə, mən ordayam." dedi.

Sıra yanğının idi

Su:

"Səni itirsək nə edək?" – deyə soruşdu.

Yanğın:

"Tüstü gördüyün yerdəyəm." cavabını verdi.

Əxlaqa gəldikdə isə onun cavabı belə oldu:

"Məni heç vaxt itirmə, itirsən, bir daha məni tapa bilməyəcəksən!"
👍25👏7
Yaşadıqlarınız üzünüzə əks olunur.İnsanın üzü kitab kimi oxunur.İfadəniz boş olsa belə heç nə yaşamadığınız fərq edilir.Bundan qurtulmaq olar;
🤍~monotonluqdan uzaq yaşayın;
🤍~Səyahət edin, görün, kəşf edin;
🤍~Başqalarının qayğısına qalın;
🤍~Oxuyun, xoşbəxt olun.
Üzünü ifadəsiz qoymayın☺️.''

Necə Yaşamalı, İlber Ortaylı
🔥4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🕰~Zaman gizli olan hər şeyin üstünü açır, aydın olan hər şeyin üstünü örtür...
👏5👍3
Xoşbəxt olmaq hər şeyin yolunda demək deyildir.Xoşbəxt olmaq , görməzdən gəlmə mövzusunda ustalaşmaq deməkdir.

•Sylvia Nasar
👏22👍4👎1
🖤~Dəlixana divarlarına yazılan sözlər:

✣Burdasan çünkü çöl dünya səni istəmir🍂
✢Siz xəstəsiniz, biz deyilik🌑
✢Burada həyatın sona çatır🥀
✢Onların müdaxiləsi olmasaydı, yaxşı olacaqdım🔇
❤9😢9🤔5🤩2👍1
👍12
Novruz bayramının ilk çərşənbəsi: Su🌊
Bu çərşənbəni "Yalançı", "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur. Su ilə bağlı inanclarda deyilir:

Süfrəyə su dağılması aydınlıqdır,

Su içən adamı qəfil vurmazlar,

Su içən adamı ilan çalmaz,

Lal axan sudan keçərkən suyum irəlilə deyərlər

Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:

Su olan yerdə dirilik olar,

Su ehsandır,

Su murdarlıq götürməz,

Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.

Su kimi təmiz və əvəzolunmaz olmanız diləyi ilə...
Çərşənbəniz mübarək💙🌊
👍13
🍁~Köynəyin ilk düyməsini yanlış keçirərsən və sonrakı bütün düymələr yanlış yerə keçrilər. Amma bunu sonuna gəlmədən
anlamazsa. Bəzi şeylərdə belədi. O şeyin başlanğıcında sənə hər şey normal gəlir amma sona gəldiyində yanlış şeyi seçib yanlış yerdən başladığının fərqinə varırsan🍂
👍21👏3💔1
🧩~Təcrübə nədir bilirsiniz mi?

-Təcrübə, etdiyin yanlışların bir yerə yığılmış halıdır
👍22
Dinləyəni olmadığından deyil...
Anlayanı olmadığından
səssizləşir insan...
~Osho
👍21👏1
Şairdən soruşdular:
-Bu həyatda ən böyük yoxluq nədir...?
Şair acı bir təbəssümlə:
-Varlığına alışdığın insanın yoxluğudur...🥀
👍26🔥7😢5🥰1
👑✨
👍29😁8❤6🥰2🎉1