Metodika (Kurikulum)..... (Şəmsi Rəhman)
11.6K subscribers
367 photos
13 videos
131 files
540 links
✅Həftədə 2 dəfə mövzuların izahı və həmən mövzulara aid mövzu sınaqları.
✅KANAL ÖDƏNİŞSİZDİR💸
✅BİZ BİRLİKDƏ GÜCLÜYÜK💪

https://youtube.com/channel/UC20_Wf-lL_RKNU3JIbcb7mg (yutub kanalı)

Şəmsi Rəhman. Əlaqə nömrəsi; 050 582 50 87, 055 582 50 87
Download Telegram
Bir azdan video yutuba yüklənəcək. Bu gün #ARTI-nin #MIQ və #Sertifikasiya üçün keçirdiyi sınağın kurikulum testlərini sizlər üçün izah etdim.
Bir azdan bu gün #ARTI tərəfindən rəsmi keçirilən sınağın kurikulum testlərinidə izah edəcəm. Videolara baxmaqla qalmayın paylaşın və kanala abunə olun ki, daha çox belə videolar gəlsin 😊
Dadaşov Tərlan
Kurikulum sınağı 16.06.2021.pdf
#ARTI nin bu günki imtahanından kurikulum testləri. Işləyin bir azdan izahın yükləyəcəm yutuba.
Sertifikatlaşdırılma prosesinə dair məlumat!

Elm və Təhsil Nazirliyi tərəfindən 15.09.2023 tarixinə qədər 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunmuşdur. Buna müvafiq olaraq sözügedən təhsilverənlərin 20-24 iyun tarixlərində keçiriləcək test imtahanlarında iştirakı nəzərdə tutulmur.

Nəzərinizə çatdırırıq ki, yaşı 60 və 60-dan yuxarı olan təhsilverənlərin qanunvericiliyin tələblərinə müvafiq olaraq sertifikatlaşdırma prosesində iştirakı ilə bağlı yaxın müddətdə ətraflı məlumat veriləcək.

#ElmvəTəhsilNazirliyi #ARTİ #İRM #Müəllim #Sertifikatlaşdırma #EduAzİRM
Test imtahanları ilə bağlı məlumat şəxsi səhifələrə göndərildi

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndərildi. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri olmaqla 29 imtahan mərkəzində təşkil olunacaq.

İmtahan iştirakçılarına uğurlar arzulayırıq!

#ElmvəTəhsilNazirliyi #ARTİ #İRM #MİQ #Müəllim #MİQ2023 #İşəQəbul
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlandı

11-15 iyul tarixlərində keçirilən test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Qeyd edək ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunmuşdur.

Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!

#ElmvəTəhsilNazirliyi #ARTİ #İRM #Müəllim #EduAzİRM #MİQ2023
Vakant yerlərlə bağlı statistika

Dövlət ümumi təhsil müəssisələrində son iki ildə Azərbaycan bölməsi üzrə mövcud olan vakant yerlərə dair müqayisəli statistikanı təqdim edirik.

Qeyd edək ki, fransız dili, musiqi, rus dili və təsviri incəsənət fənləri istisna olmaqla, digər bütün fənlər üzrə təqdim edilən vakant yerlərin sayı ötən illə müqayisədə artmışdır. Azərbaycan və rus bölməsi üzrə ümumilikdə 10 000-dən artıq vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim ediləcək.

Nəzərinizə çatdırırıq ki, cari ildə təşkil olunan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunmuşdur. Müsabiqənin test imtahanı mərhələsinin minimum tələbini ödəyən namizədlər vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

#ElmvəTəhsilNazirliyi #ARTİ #İRM #MİQ #Müəllim #MİQ2023 #İşəQəbul