𝐌𝐚𝐤𝐞𝐔𝐩𝐁𝐥𝐨𝐠𝐬❤️
1.57K subscribers
939 photos
472 videos
2 links
𝐌𝐚𝐤𝐢𝐲𝐚𝐣𝐚 𝐚𝐢𝐝 𝐢𝐬𝐭ə𝐝𝐢𝐲𝐢𝐧𝐢𝐳 𝐡ə𝐫 𝐬̧𝐞𝐲 𝐛𝐮𝐫𝐝𝐚.💅🏻💄
✨02.05.2020✨
Contact: @gnlyl 🤍🌸
Download Telegram
Havalar istiləşdikcə günəşdən qorunmaq üçün çamtamızda günəş kremi saxlayırıq. Qızlarım, günəşdən qoruma faktoru 30 və yaxud üzəri olmalıdır. Günəşdən qoruyucu kremləri diqqətlə seçməli, kremin dəri tipinizə, dəri rənginizə və yaşınıza uyğun olub-olmadığını yoxlayın. Sizin üçün faydalı ola biləcək günəşdən qorunma kremlərini paylaşıram 😻
1) “Lancaster”, “Oil Free Milky Spray SPF 30”
Tərkibində yağ olmadığı üçün yağlı dəriyə malik olanlar rahatlıqla istifadə edə bilər.
2) “Bioderma”, “Photoderm Max Fluid SPF 50+”
Üz dərisi üçün nəzərdə tutulub. Üzdə yağlılığa səbəb olmur. Olduqca güclü müdafiə təmin edir.
3) La Roche-Posay SPF 50+ Anthelios XL Ultra-Light
4) Sebamed SPF 50
5) Daylong Extreme SPF 50+
Qeyd ❗ Günəşdən qoruyucu kremləri günəşə çıxmadan 30 dəqiqə əvvəl evdə çəkmək lazımdır. Kremi hər 2 saatdan bir və yalnız duş qəbul etdikdən sonra tətbiq etmək lazımdır, çünki o, tər, su ifrazı və aktiv hərəkətlər səbəbindən silinə bilər.
Həmçinin təbii yağlar da günəşdən qoruma xüsusiyyətlərinə malikdir. Misal olaraq zeytun, avokado, hind qozu yağı, badam və.s misal çəkə bilərəm.
Günəşdən qorunmaq üçün evdə də özünüz təbii maska hazırlaya bilərsiniz. Bunun üçün 1 y.q aloe vera bitkisinin içində olan jelesi və 1 y.q hindistan qozu yağını yaxşıca qarışdırın, günəşə çıxmadan 20 dəqiqə əvvəl çəkin (üz,əl,boyun,ayaq və.s).
Həmçinin losyon da hazırlaya bilərsiniz.
1 ç.q ərik, yerkökü, kakao yağı və 1 ç.q uşaq pudrasını qarışdırıb hər gün üzünüzü silə bilərsiniz. Bu losyon günəşdən əmələ gələ biləcək ləkələrdən dərinizi qoruyacaq. 💚
#maska
👍1
Qaşları və kiprikləri uzadan maska 😍
Bir balaca krem qabına 1 ç.q gənəgərçək yağı, 1 ç.q E vitamini və 5 damcı karvalol əlavə edib qarışdırın. Gündə iki dəfə (səhər və axşam) qulaq çöpü, fırça və yaxud barmağınızla kiprik və qaşlarınıza vurun, yumağa ehtiyac yoxdur. Qızlaar, 1 ay boyunca davamlı hər gün edin, nəticəyə şok olacaqsınız. Mən demək olar ki, iki ay yarımdır istifadə edirəm və nəticə 👍😻
#maska
👍1