𝐌𝐚𝐤𝐞𝐔𝐩𝐁𝐥𝐨𝐠𝐬❤️
1.57K subscribers
939 photos
472 videos
2 links
𝐌𝐚𝐤𝐢𝐲𝐚𝐣𝐚 𝐚𝐢𝐝 𝐢𝐬𝐭ə𝐝𝐢𝐲𝐢𝐧𝐢𝐳 𝐡ə𝐫 𝐬̧𝐞𝐲 𝐛𝐮𝐫𝐝𝐚.💅🏻💄
✨02.05.2020✨
Contact: @gnlyl 🤍🌸
Download Telegram
İzləyicimiz mənə yazıb bildirmişdi ki, "dərim çox qurudu, bunun üçün bədənimə bu quruluğu aradan qaldırmaq üçün nə edə bilərəm?" İlk öncə onu deyim ki, bədən qulluğu çox önəmlidir. Sizə gözəl dəriyə sahib olmanız üçün asanlıqla hazırlaya biləcəyiniz maskalar təqdim edirəm.
1) 1 ədəd qreypfrutun qabığını soyun, qabıqlarını bir qaba tökün, (özünü yeyin 😀), üzərinə 1 ədəd limonun da qabığını soyub qaba əlavə edin, gül ləçəklərindən də qatın, (3-4 ədəd, mən qızılgüldən istifadə edirəm), 1 ədəd zəncəfilin qabığını soyun, zəncəfilin özünü yarı hissələrə bölün və bütün bunların üzərinə çıxacaq qədər zeytun yağı əlavə edin. Bu qarışığı 7 gün saxlayın və sonra istifadə edin. Məsləhət görərdim ki, bunu balaca təmiz bankada ağzı bağlı şəkildə saxlayın. 7 gündən sonra qapağı açdığınızda inanılmaz qoxu ilə qarşılaşacaqsınız. Duşdan sonra bədəninizə masaj edərək bu yağdan tətbiq edin. Çox gözəl təbii nəmləndiricidir. Hər gün də istifadə edə bilərsiniz.
2) 2 ç.q yoqurt, 1 ç.q limon suyu və 1 ç.q balı qarışdırın bədəninizə, əllərinizə və hətta üzünüzə də tətbiq edə bilərsiniz. 15 dəqiqə saxlayıb,yuyun. Dəriniz nəmlənəcək və yumşaq olacaq. 💚
#maska
👍1
Üz dərinizin parlaq və gözəl olması üçün çox sevdiyim bir maskanı Sizlərə də tövsiyyə edirəm. Deməli 1 bananın yarısını əzin və üzərinə 2 ç.q yoqurt əlavə edib qarışdırın. Təmiz üz dərinizə tətbiq edin, 15 dəqiqə sonra ilıq su ilə yuyun. Həftədə 3 dəfə edin. 💚
#maska
👍1
Axşamınız xeyir kaşaxx qızlarr😄♥️ Bu gün sizə zəncəfilin saç üçün olan maskasın deyəcəm. Ümumiyyətlə zəncəfil 1001 dərdə dərmandı hər zaman evdə saxlasaz çox yaxşı olar♥️

Zəncəfil suyu sayəsində saçlarınız bir metr, hətta daha da çox bir uzunluğa çata bilər. Saçlarımız üç aylıq bir uzanmanın ardından bir dayanma mərhələsi keçirər və bu sırada altdan gələn yeni saçlar köhnələrin tökülməsinə səbəb olar.
Bunu duş qəbul etdikdən sonra hamama tökülən saçlarınızdan anlaya bilərsiniz. Bu yolla bir insan hər gün 70-100 arasında saç teli tökər.
Bir neçə kök zəncəfili bir su stəkanı suya qoyub qazan ya da qəhvədanda qaynadın qaynayınca altını azaldın qoyun beş dəqiqə daha qaynasın, sonra altını söndürün və soyumağa buraxın.
Bu şəkildə zəncəfilli suyumuz hazır olacaq. Zəncəfili suyu saçınıza tətbiq edin. Saçınızı bu şəkildə qurudun.
Zəncəfilli su iy vermədiyi üçün durulamaya gərək qalmır və zəncəfilin təsiri daha çox olur. Amma istəyənlər bir neçə saat gözlədib durulaya bilər.

Faydaları:
▫️Saçınıza parlaqlıq qazandırar.
▫️Saçlarınıza yumşaq bir görünüş qazandırar.
▫️Saç tökülmələrinin qarşısını alar. Saçınıza canlılıq qazandırar.
▫️Tökülən saçlarınızın təkrar çıxmasını təmin edər.
▫️Daha güclü saçlara sahib olmanızı təmin edər
#maska
👍1
Salam qızlar, bu gün sizə quru dəri haqqında məsləhət verəcəm və bir neçə maska deyəcəm. Xanımlar adətən quru dəridən şikayət edirlər. Quruluq daha çox yanaq və burun ətrafı hissələrdə nəzərə çarpır. Bu cür dəriləri yalnız sərin və yaxud otaq temperaturunda(ilıq)olan su ilə yumaq məsləhətdir. Soyuq və ya isti su damarları daraldır və dərinin tez qırışmasına səbəb olur.

🤍Quru dərilər üçün nəmləndirici maska

▫️3 yarpaq kahı
▫️2 xörək qaşığı bal
▫️2 xörək qaşığı zeytun yağı
Hazılanması və istifadəsi:
Kahı yarpaqlarını əzin və ya blenderdən keçirin.
Yağı və balı əlavə etdikdən sonra yaxşıca qarışdırın.
Təmiz dəriyə çəkib, gözləyin.
Dəriniz bu kütləni əmdikcə yenidən çəkin və 30 dəqiqə gözləyin.
Əgər hazırladığınız maska artıq qalarsa, şüşə qabda saxlayıb 2 gün ərzində istifadə edə bilərsiniz.

🤍Üzü isti su ilə təmizləyib, xamanı otaq temperaturunda qızdırın. Quru dərilər üçün yağlı xama daha uyğundur. Xamanı üzə çəkib, 10-15 dəqiqə dəriyə hopmasını gözləyin. Sonra ilıq su ilə xamanı təmizləyib dəriyə qidalandırıcı krem çəkin.
#maska
This media is not supported in your browser
VIEW IN TELEGRAM
😍 Ən asand və natural gözaltı qaraltı,çöçəklikləri götürmək üçün yöntəm♥️
#maska
👍1
Hər vaxtınız xeyir ❤️
Bu gün sizlərə dişlərin ağarması üçün sadə evdə edəcəyimiz diş pastası resepti deyəcəm 🤭
Lazım olan malzəmələr:
-Çiyələk
-Soda
-Diş pastası/ paraşoku ( ikisini birlikdə, tək-tək və ya heç əlavə etməyə bilərsiniz )
Çiyələyi əzib üstünə bir az soda əlavə edirsiniz, üstündən çiyələk qədər diş pastası/paraşoku
Nəticəni ilk dəfədən görə biləcəksiniz 😍 Anında ağarma
Həmişə gözəllikdə 🥰❤️. (Bizim gözəl səsli userimizdən)
#maska
Salam gözəll xanımlarr, bu gündə sizə xiyar haqqında məlumat verəcəm. Üz üçün olan faydalarından danışacıyıq bu gün.

Xiyar tərkibində çoxlu sayda mineral maddələr olan, dəriyə möcüzəvi təsir göstərən xeyirli və yeməli tərəvəzdir. Ev şəraitində xiyardan hazırlanan kosmetik maskalar sayəsində dəri hamarlaşır və nəmlənir. Bundan əlavə xiyar maskası sızanaqlardan azad olmaq üçün çox gözəl vasitədir.

◻️Dərini ağartmaq üçün maska:

Balaca bir xiyar diliminin qabığını soyun, təbii limon şirəsi tökülmüş stəkana atıb 2 saat saxlayın, sonra üzünüzü bu xiyar dilimi ilə silin, 20-25 dəqiqə sonra ilıq su ilə yuyun. Bu prosesi yaxşı nəticə əldə etmək üçün müntəzəm olaraq edin.

◻️ Nəmləndirici maska :

Bu maskanı etmək üçün 3 xörək qaşığı xiyar şirəsinin üzərinə 1 xörək qaşığı badam yağı əlavə edib qarışdırın, üz dərinizə çəkin, 20 dəqiqə sonra isti su ilə yuyun.Bu maskanı həftədə bir dəfə etmək lazımdır.

◻️Ağardıcı maska :


2 xörək qaşığı rəndələnmiş xiyarın üzərinə 1 stəkan qaynar su tökün. Bunu 5 saatlıq qaranlıq yerdə saxlayın, sonra suyunu süzüb, maskanı dərinizə çəkin. 15 dəqiqə sonra isti su ilə yuyun. Ağardıcı maskanı həftədə 1 dəfə etmək lazımdır. Istifadə edəcəyiniz ikinci maskadan sonra siz effekti görəcəksiniz .
#maska
Əzizlərim, Sizə ev şəraitində yağlı saçlar üçün məsləhətlərim var 😻
1) 1 ç.q kakao və 1 ç.q qarğıdalı nişastasını yaxşıca qarışdırıb fırça və yaxud əl ilə saç diblərinizə masaj edərək tətbiq edin. Bu zaman saçlarınız yağlı görünməyəcək və davamlı etsəniz yağlılığın azaldığını görəcəksiniz. Yumağa ehtiyac yoxdur, tərkibində kakao olduğu üçün saçlarınızda bilinməyəcək.
2) 4 ç.q ilıq su, 1 ç.q araq və 1 ç.q kakaonu qarışdırıb sprey qabına əlavə edin. Gün ərzində quru saçlarınıza tətbiq edin. Zamanla yağlılıq azalacaq və saçlarınız parlaq görünəcək. 🌟💚
#maska
Salamn ciciş xanımlarımızz, kanalda qara nöqtələrə aid maskalar olsa da xanımlar yenə bizdən qara nöqtələr üçün maska istəyirlər əlbəttəki, bizdə yerə salmarıqq♥️♥️ Özümündə etdiyi və heç bir ziyanı olmayan maska deyəcəm bu maskanı burun ətrafı və burun üçün etsəz daha faydalı olar. Və ən əsası xanımlar bu qədər əziyyət çəkib sizin üçün yazırıq sizdə qarşılığın versəz yaxşı olar ♥️ Bizim postları oğurlayan bir çox kanal var 😄 Əgər belə bir halla rastlaşsaz adminkalara xəbər edin ♥️


🤍Yumurtalı maska :

• Qara nöqtələri təmizləmək üçün ilk olaraq məsamələri açmalısınız. Bunun üçün ən yaxşı yol buxar vannasıdır. Geniş bir qaba su töküb qaynadın sonra dəsmalla başınızı örtüb üzünüzü həmin qaba tutun. 10-15 dəqiqədən sonra qara nöqtələr daha yaxşı təmizlənəcək.Sonra yumurtanın ağı ilə sarısını ayırsız. Ağını burnunuza və ətrafına çəkirsiz sonra salfeti yapışdırırsız sonra isə yumurtanın sarısını üstündən vurursunuz. Tam quruduqdan sonra yavaş-yavaş burnunuzdan çəkməyə başlayırsız. Salfetə baxdıqda qara nöqtələrin çıxdığını görəcəksiz😍 Təmizlənən qara nöqtələrin təkrar çıxmaması üçün mütləq təmizləmə geli ilə səhər-axşam üzünüzü yuyun. Bunları həftədə 1-2 dəfə tətbiq edə bilərsiniz.


🤍Şpiris ilə qara nöqtələrdən azad olmaq :

Qara nöqtələri təmizləmək üçün sıxmaq yaxşı üsul deyil. Bunun yerinə iynəsini çıxardığınız şiprislə qara nöqtənin üzərinə basaraq çıxarmağa çalışın.
• Şiprislə çıxara bilmədiyimiz qara nöqtələrlə əlləşməyin. Çünki üzünüzdə ləkə qala bilər. Qalan qara nöqtləri təmizləməyin yaxşı yolu pilinqdir.
Evdə hazırlaya biləcəyiniz pilinq qayadaları:
• Bir çay qaşığı türk qəhvəsini, bir çay qaşığı şəkəri və bir az balı qarışdıraraq əldə etdiyiniz qarışığı ovaraq üzünüzə çəkin. Yumşaq hərəkətlərlə üzünüzü masaj edin. Sərt bassanız, dəri qıcıqlanıb qızara bilər. Türk qəhvəsinin canlandırıcı, balın nəmləndirici xüsusiyyəti dəriyə yaxşı təsir göstərir. Şəkər tozu isə dərini ölü hüceyrələrdən təmizləyir. Pilinqi həftədə 2 dəfədən artıq etmək olmaz.


🤍Bəlii indi gəldik ən əsas məsələyı qara nöqtələr çıxdıqdan sonra yerləri boş qalır bu isə çox qorxuludur bunun üçündə sizə maska verəcəm və birinci proseduru etdikdən sonra bunu edin.


🤍İri məsamələri sıxlaşdıran maska - Pürə halına gətirilmiş ya da dilimlənmiş pomidoru üzünzə çəkin. Quruduqdan sonra soyuq su ilə yuyun.😍

🤍Məsamələr üçün güclü vasitə: 1 litr qaynadılmış suya yarım limonun suyu və qabıqlarını, sonra 1 ovuc (Evinizdə hansı varsa: quşdili, kəklikotu, nanə, qərənfil, cəfəri, çobanyastığı, lavanda) əlavə edin. Sonra qabı masanın üstünə qoyun və saçınızı dəsmalla bağlayın. 25 sm-lik məsafədə 15 dəqiqə üzünüzü qaynamış suya tərəf tutun. Sonra soyuq su ilə üzünü yuyun.
#maska
Xanımlar sizə belə bir lasyon bildirim.

Ağardır, təravətlədirir və ləkləri aparır😻

Bizə nə inqretler lazım? deməli belə😊

🥒🥒2-I xiyar siveji

🥔🥔kartof (indi sezondu təzədir)

Xiyarı və kartofu təmiz yuyuruq və onu qabıqlı doğrayıb çəkib, suyun çıxarıq. Suyunu bir qaba əlavə edib üzərinə də 2 damcı limon suyu sıxıb təmiz dərimizə çəkirik. 15- 20 dəqiqə sonra soyuq su ilə yuyruq.

📍Qeyd: Həfdədə 3dəfə istifadə edin və axşamlar etsəz daha yaxşı olar.
17+ üçün hər dəriyə uyğundur♥️🌚
#maska
‼️POSTUMUZU OĞURLAYANLARA HALAL ETMİRİK‼️

Salam kanalımızın ciciş,micişləriii😄♥️. Hər vaxtınız xeyir. Bu gün sizə sezonu olan pomidor haqqında məlumat verəcəm yəni üzə olan faydaları və maskalar. Xaiş edirəm axıra qədər oxuyasınız♥️

◽️ Pomidor qida rasionumuzda yer alan ən faydalı tərəvəzlərdən biridir. Amma o həm də gözəlliyiniz üçün əhəmiyyətli bir qaynaqdır. Son zamanlar dəri üzərində yoxlanan vasitələrdən biri də pomidor maskasıdır. Həmçinin maska halına gətirmədən dəriyə sürtmək də inanılmaz yaxşı nəticə verir.
Pomidorun tərkibində dəri üçün çox faydalı minerallar var. Tərkibində olan bol miqdarda C və E vitamini dəriyə fayda verir.

◽️ Dəri ağartmaq üçün maska:
Bir ədəd pomidoru rəndələyin. İçərisinə bir az un əlavə edin. Xəmir halına gələnə qədər qarışdırın. Əldə etdiyiniz qarışımı üzünüzdə 5 dəqiqə saxladıqdan sonra yuyun.

◽️ Sızanaqları yox edir
Pomidorun tərkibində salisilik turşusu var. Bu turşu dəridə olan sızanaqların yox olmasına kömək edir.Pomidoru püre kimi əzib üzünüzə çəkirsiz 5-10 dq sonra yuyun

◽️ Günəş ləkələrini aparır
Pomidor günəşin ultrabənövşəyi şüalarından qorumağa, dəridə yaranan günəş ləkələrini aparmağa kömək olur. Bunda da həmiçinin pomidoru püre kimi edib üzünəz çəkin

🔴Qeyd : Əgər pomidora alergiyanız varsa etməyin♥️
#maska
Çox sadə üsulla və qısa müddətdə saç tökülməsini dayandırmaq mümkündür❗️
Bizə lazım olan 1 məhsul var: Aptekdən əldə edəcəyimiz (şəkildə göstərilən) nanə cövhər məhsulu🎈
Necə tətbiq etmək gərəkdir❓ -Saçlarımızı normal qaydada yuyuruq, ardınca yaş (❗️) saçlarımıza kiçik, ovuc içimiz miqdarında nanəcövhər məhsulunu saç diblərinə tətbiq edir və 2-3 dəqiqə bütün saç dərimizə yeridirik. Yandırmaması üçün fenlə saçlarımızı yaxşıca quruduruq. İstəyə görə saçlarınızı yenidən yuya (tam olaraq qoxu qalmaması üçün) vəya yumaya bilərsiniz 🎈😍 Bu maskanı 1 həftə boyunca 1 gündən 1 olmaqla edirik (ən az halda isə həftədə 3 dəfə) və 1 həftə sonunda gözlə görünən səviyyədə saç tökülməniz azalmış olacaqdır🙏🏻❤️
#maska

@makeuupblog ❤️✨
👍2
❤️Saç uzadan möcüzəvi maska❤️

Çox effekti bir maskadır, bu maskanı "Xardal maskası" adlandırırlar. Bir ay ərzində saçları 15-20 sm qədər uzada bilir. Maska baş dərisiniz qızdıraraq, saç folikullarına qan axınını təmin edir🌺

● 2 x/q xardal tozu (ədviyyat hissəsində satılır) qaynar su ilə qarışdırmaq
● 2 x/q qaynar su
● 1 ədəd yumurtanın sarısı
● 2 x/q zeytun yağı ( şaftalı, dulavratotu və digər kosmetik yağlar)
● 2 ç/q şəkər tozu
Saç uclarına toxunmadan, saçın dibinə yəni, baş dərisinə çəkilir. Salafan plyonka və ya paketlə baş sarılır. Başdakı yanğıdan asılı olaraq 15 dəqiqədən 1 saata qədər gözləmək lazımdır. Əgər o qədərdə çox yandırmırsa, onda yaxşı olar ki, 1 saat saxlayasınız. Yox əgər başınızda " Yanğın baş verirsə" , onda 15-20 dəqiqə gözləməniz yetərlidir. Daha sonra başınızdan maskanı ilıq su ilə, yüngülcə yaxalayın və şampunla yuyun.❤️
#maska
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qara nöqtələr üçün asan və ev şəraitində hazırlana biləcək maska😌🌸
#maska
👍1
Salam qızlar❤️ Bu gün sizinlə təbii yolla dırnaq uzadılması haqqında danışmaq istəyirəm.

● Dırnaq uzanmasında baxımın ilk addımı pilkalamaqdır.
● Dırnaqlarınızı yuvarlaq kəsin və eyni formadada pilkalayın. Çünki yuvarlaq şəkildə pilkalasanız qırılmaları azalda bilərsiniz.

💅🏼Dırnaq uzatma resepti💅🏼
● Böyük bir qabın içərisinə ilıq su
● 1 ç/q limon suyu
● 1 ç/q sirkə
● 1 x/q duz
● 1 ç/q zeytun yağı
Bunları hamısını qabdakı suyun içinə əlavə edin. Qarışdırıb əlinizi həmin suyun içərisinə qoyub 5-10 dəqiqə gözləyin. Bu üsulu hər gün edə bilərsiz.💅🏼❤️
#maska
👍1
Quru saçlar üçün maska❤️

🔷 Birinci maska🌸
▪️ 1 ədəd banan
▪️ 1 x/q zeytun yağı
▪️ 2-3 x/q mayonez
Bütün bunları bir kasada püre halına gələnə kimi qarışdırıb, bütün saçınıza dibdən uca qədər vurun. 30 dəqiqə gözləyib. İlıq su ilə yuyun🌸

🔷 İkinci maska🌸
▪️ 1 x/q bal🍯
▪️ 1/2 st tam yağlı süd🥛

Hamısını bir yerdə qarışdırıb saça dibdən uca qədər vurun və 15-20 dəqiqədən sonra saçınızı ilıq su ilə yuyun🌸🌸
❗️ Həftədə 2 dəfə edə bilərsiz.
Bu maskalardan sonra saçlarınız nəmli, qidalanmış, parlaq olacaq. Bal, mayonez, banan, zeytun yağı bunlar qidalandırıcı və saç uzatmada istifadə olunan ərzaqlardır🌚🌸🌸
#maska
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤️Üzdə lifting effekti yaradan vitaminləşdirici maska❤️

● Yarım banan
● Yoğurt
● 1 ç/q bal

Hamısını bir yerdə qarışdırıb, üzə vururuq. Xanımlar maskanı düzənli olaraq istifadə etdikdə effekti daha çox olur😌🌸

Bu arada videodakı qızın istifadə etdiyi çiyələkli yoqurtdur🍓.
#maska
👍6❤1
🌸Dodaqlar üçün peeling🌸

● 1/2 çay qaşığı toz darçın
● 1/2 xörək qaşığı zeytinyağı
● 1/2 xörək qaşığı bal
Bir qabın içərisində qarışdırırıq. Barmaq uclarınızın köməyi ilə nazikcə qarışımdan götürərək dodaqlarınıza peeling edin. Daha sonra isə ilıq su ilə yuyun💋❤️
#maska
👍12
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qara nöqtələr üçün asan və ev şəraitində hazırlana biləcək maska😌🌸
#maska
👍43❤7😢4🔥3😱3😁2🎉2🤩1