Maraqlı Faktlar
3.29K subscribers
209 photos
5 videos
129 links
⚠️ Kanala abunə olmaqla maraqlı faktlarla tanış ola bilərsiniz:)
Download Telegram
📍İlk qəzet eradan əvvəl 59-cu ildə Qədim Romada daş və metal üzərində nəşr edilmişdi.  Təxminən 2 min il əvvəl hazırlanmış bu qəzet “Acta Diurna” adlanırdı. Mənası “gündəlik qeydlər” kimi tərcümə edilir. Daş və metal üzərində nəşr edilən bu qəzetlərdə əsasən fərmanlar, hökümət xəbərləri, vacib ölüm, doğum və evlilik hadisələri yazılırdı. Daş xəbərlər ictimai bir yerdə lövhəyə asılırdı. “Acta Diurna” eradan əvvəl 59-cu ildən, eramızın 222-ci ilinə kimi mövcud olub.

https://t.me/maraqli_faktlar2
👍2
📍Olivia Farnsvort 6-cı xromosumu olmadığına görə nə aclıq, nə ağrı, nə də yuxusuzluq hiss edir. 2016-cı ildə onu vuran maşın 30 metr onu sürüsə də, kiçik yaralardan başqa heç bir problem olmamış və ayağa qalxıb getmişdir.

https://t.me/maraqli_faktlar2
🤯2
📍Tom və Cerri cizgi filmində həmişə təkcə ayaqları və bədəni görünən, heç vaxt üzü görünməyən xadimə obrazının səsini müxtəlif dövrlərdə 3 fərqli aktrisa səsləndirib: Lillian Randolph, June Foray və Thea Vidale. Fotoda gördüyünüz Lillian Randolphdur və o, 1940-1952-ci illər arasındakı 114 seriyalıq ilk Tom və Cerri cizgi filmlərindəki qadın obrazını səsləndirib. Bəziləri Tom və Cerri-dəki pişik və siçan arasında sıxışıb qalan və evin xidmətçisi olan obraz üçün qara dərili qadının seçilməsini irqçilik adlandırır və bunun qəsdən edildiyini iddia edir.

https://t.me/maraqli_faktlar2
🤔2
📍ABŞ-ın Florida ştatında yaşayan 20 yaşlı Tempestt Henderson sabun və yuyucu toz yeyir. Həftədə azı 5 sabun yeyən Tempestt sabun yemənin əllərini yumaqdan daha təmiz hiss etdirdiyini iddia edir. Həkimlər gənc qıza qidalandırıcı olmayan maddələri yemə istəyi yaradan, daha çox hamilə qadınlarda görülən "Pica" adlı yemə pozğunluğu diaqnozunu qoymuşdular. Eyni zamanda həkimlər Henderson’un vəziyyətinin sevgilisindən ayrılıb ailəsindən ayrı yaşamağa başladığında keçirdiyi stresli zamandan qaynaqlandığını təxmin edirlər.

https://t.me/maraqli_faktlar2
🥴2
📍İtaliyadakı Trevi fontanına uğur gətirəcəyi ümidi ilə insanlar arzu tutub qəpik atırlar. Hər il fontandan 1 milyon avroya yaxın pul yığılır. Bu pullar kasıblar üçün nəzərdə tutulan supermarketlərə verilir.

https://t.me/maraqli_faktlar2
👏1
📍1983-cü ildə San Diegoda bir qadın, bir alış-veriş mərkəzində oğurluq edərkən polislər tərəfindən tutuldu. Polislərə əgər onu buraxmasalar nəfəsini tutacağını və özünü öldürəcəyini söyləyən qadın, ölənə qədər nəfəsini tutaraq həyatını itirmişdi.

https://t.me/maraqli_faktlar2
😨2
📍Misirdə təsərrüfatla məşğul olan bir adam toyuqlarından birinin Nil çayına düşdüyünü görmüş və toyuğu xilas etmək üçün çaya tullanmışdır. Ancaq axına qarşı gələ bilmədiyi üçün sahilə üzə bilməz və kömək istəyər. Adamın köməyinə gələrək çaya tullanan oğlu da axına qarşı gələ bilməmiş və boğulmağa başlamışdır. Adamın həyat yoldaşı, qızları və digər oğlu kömək etməyə çalışmış, lakin onlar da axın səbəbindən boğulmağa başlamış və ölmüşlər. Ən maraqlısı isə odur ki, 6 nəfərlik bir ailənin ölümünə səbəb olan toyuq sağ qalmışdır🐔

https://t.me/maraqli_faktlar2
🤯2
📍Bir çox Avropa ölkəsindəki ictimai tualetlər, narkomanların damarlarını tapa bilməmələri üçün mavi işıqla işıqlandırılır.

https://t.me/maraqli_faktlar2
👀3
📍1995-ci ildə ABŞ-da Brielle və Kyrie Jackson adlı iki əkiz bacı gözləniləndən 12 həftə tez dünyaya gəlmişdilər. 900 qram olan əkizlərdən Kyrie kökəlməyə başlasa da, Briellenin ürək döyüntüləri normal deyildi, davamlı ağlayırdı, güclüklə nəfəs alırdı, sifəti göyərirdi və həkimlər onun sağ qalmayacağını müəyyənləşdirdi. Gayle Kasparian adlı tibb bacısı qaydanı pozaraq Brielleni bacısı Kyrie ilə eyni küvezə qoyaraq əkizlərin son dəfə birlikdə yatmasını istəmişdi. Uşaqlar eyni küvezə yerləşdirildiyi zaman Brielle Kyrie'ə tərəf yaxınlaşdı və qolu ilə bacısını qucaqladı və möcüzə baş verdi. Brielle ağlamağı dayandırdı, normal nəfəs almağa başladı, solğun sifətinin vəziyyəti və qanındakı təhlükəli dərəcədə aşağı olan oksigen çatışmazlığı normallaşdı. Hal-hazırda 26 yaşında olan bacılar həyatlarını davam etdirir, qucaqlaşma sistemi isə dünyada fərqli sahələrdə yaxşılaşdırma kimi istifadə edilir.

https://t.me/maraqli_faktlar2
❤2🥰1
📍İtalyan yazıçı Carlo Collodi tərəfindən 1881-ci ildə yazılan "Pinokyonun macəraları" adlı uşaq kitabı əsasında ilk dəfə 1911-ci ildə Giulio Antamoro tərəfindən "Pinokyo" adlı film çəkilmişdir. Disneydə yer alan Pinokyo obrazı bir dülgər tərəfindən düzəldilmiş, daha sonra canlanmış oyuncaqdır. Bir gün məktəbə gedərkən başına gələn hadisələr sonrasında atası ilə birlikdə balinanın qarnından xilas olan Pinokyo gerçək uşağa çevrilir. Həqiqi versiyada isə Pinokyo dəcəl bir uşaqdır. Davamlı olaraq pis işlər görən Pinokyo hər dəfə ətrafdan bir şeylər oğurlayır və atası hər kəsin yanında utanır. Bir gün dəcəllik edərkən bir pişik və qurdla qarşılaşır. Pinokyo onları ələ saldıqda isə pişik və qurd onu ağacdan asarlar və ölənə qədər gözləyərlər.

https://t.me/maraqli_faktlar2
👍2❤1
🇹🇭 Taylandda bir qadının illər ərzində topladığı, təxminən 50 min manat dəyərində olan pulun qarışqalar tərəfindən məhv edildiyi məlum olub. 💰 Gənc qadın pullarını qorumaq üçün seyfdə saxlayırdı.

https://t.me/maraqli_faktlar2
🥴1
📍Türkiyədə Spor Toto Birinci Liqasının otuz üçüncü həftəsində Denizlispor – Gaziantepspor matçının ikinci yarısında əvvəlki cəzası səbəbiylə 1 illik stadiona girməmə cəzası olan Denizlispor azərkeşi, kran kiralayaraq matçı stadionun çölündən havada izlədi. Polisin müdaxiləsi ilə kran endirildi.

https://t.me/maraqli_faktlar2
😁2
📍Norveçdə ictimai nəqliyyat vasitəsi nəzərdə tutulan vaxtdan 20 dəqiqə keçənə qədər gəlməsə, sizin ünvana taksi ilə getmək və gediş haqqını dövlətə ödətdirmək hüququnuz var. Belə ki, 20 dəqiqə keçdikdən sonra taksi saxladaraq sürücü ilə xüsusi blank doldurursunuz, daha sonra isə bu blankı və ödəniş qəbzini Norveçin Nəqliyyat Nazirliyinə təqdim etməklə pulunuzu geri alırsınız. Nazirlik 500 krona qədər (təxminən 62$) məbləği öz üzərinə götürür.

https://t.me/maraqli_faktlar2
👏2
📍ABŞ-ın Utah bölgəsində yaşayan 24 yaşlı Shayla Wiggins 2016-cı ildə "Pokemon GO" oyunu oynadığı zaman çayın sahilində bir oğlan cəsədi tapmışdı.

https://t.me/maraqli_faktlar2
👀1
📍Hindistanın Sunderbari kəndində qadınların mobil telefondan istifadəsi qadağandır. Buna görə gənc qızları 10.000, evli qadınları 2.000 rupi məbləğində cərimə gözləyir📞

https://t.me/maraqli_faktlar2
😐3
📍Ən uzun yağan yağış Havay adalarından biri olan Kauai adasında qeydə alınmışdır. Adaya 27 avqust 1993-cü ildən 30 aprel 1994-cü ilə qədər dayanmadan yağış yağmışdır (247 gün). Bu səbəbdən Ginnesin Rekordlar Kitabına daxil edilmişdir🏝

https://t.me/maraqli_faktlar2
👀1
30 dekabr 1952-ci ildə London avtobus sürücüsü Albert Gunter Tower Bridge üzərində inanılmaz bir hadisə yaşadı. O, 78 nömrəli ikimərtə avtobusunu körpünün qalxması nəticəsində yaranan boşluğun üzərindən sürətlə keçirərək qarşı tərəfə atıldı.
Körpünün yaşıl işıq yanarkən gözlənilmədən qalxmağa başladığını görən, II Dünya müharibəsində tank sürücüsü olmuş Gunter sürəti artırdı. Avtobusda 20 sərnişin olduğu halda, qırmızı Routemaster təxminən 90 santimetrlik boşluğun üzərindən tullandı və körpü qalxmağa davam edirdi.
Avtobusun ön təkərləri qarşı tərəfə təhlükəsiz şəkildə düşdü. Lakin zərbənin təsirindən asqı sistemi zədələndi və Gunterin ayağı xəsarət aldı. Möcüzəvi şəkildə bütün sərnişinlər sağ qaldı və yalnız yüngül xəsarətlər oldu.
Albert daha sonra göstərdiyi cəsarətə görə 10 funt sterlinq mükafat aldı — bu məbləğ bu gün təxminən 400 funt dəyərindədir. Bundan sonra o, Londonun əfsanələrindən birinə çevrildi.
Onun bu cəsarətli sıçrayışı ictimai nəqliyyat tarixinin ən qeyri-adi hadisələrindən biri olaraq qaldı
👏2
Çində tüksüz bir pinqvin doğulur. Balanı görünüşünə görə öz anası qəbul etmir və davamlı olaraq özlərindən uzaqlaşdırır.

Pinqvinin öləcəyini görən baxıcılar onu xüsusi nəzarətə götürür. Əl ilə qidalandırır, çəkisini yoxlayır və bədən istiliyini qoruyurlar. Bir neçə həftədən sonra balanın bədəninə tük gəlməyə başlayır.

Baxıcılar onu yenidən ailəsinə qaytaranda anası bu dəfə onu tanıyır və balanı qəbul edir…


https://t.me/maraqli_faktlar2
❤2
1950-ci illərdə Britaniyada təxminən 30 milyon kirpi var idi. Bu gün isə onların sayı 875 mindən də azdır. Kirpilərin sayı təxminən 97% azalıb.

*Dəhşətlidir.* 😢

https://t.me/maraqli_faktlar2
😢2
📍2007-ci ildə Almaniyanın Berlin şəhərində yaşayan bir tələbə 215$ - a bir divan almışdı. Təsadüf nəticəsində divanın içindən bir tablo çıxmış və XVII əsrə aid olduğu məlum olmuşdur. Tələbə "Misirə qaçış hazırlığı" adlı bu rəsm əsərini isə 27.630$ - a sata bilmişdi🖼

https://t.me/maraqli_faktlar2
👍2