Təkfirçilərin əlamətləri
Təkfir fikirləri ayrı-ayrı fərdlər və toplumlar arasında yayılmışdır. Lakin, onların bəzi vəsflərini qeyd etmək olar. Onlar aşağıdakılardır:
1. Bu düşüncəli insanlar dində həddən artıq sərt olurlar.
2. Dərhal təkfir etməyə meyilli olurlar. Elə bu səbəblə də müsəlman cəmiyyətlər təkfir edilmişdir. Onlar deyirlər ki, günümüzdəki müsəlmanlar kafir və mürtəddirlər. Belə cəmiyyətləri tərk edərək, hakimiyyət tövhidinə daha çox üstünlük verir, tağut, dost və düşmən məsələrində həddən artıq şişirtmələrə yol verirlər. İbn Əbil-İzz (Allah ona rəhm etsin) deyir: “Bidət əhlinin pislənən sifətlərindən biri də onların bir-birilərini təkfir etmələridir. Elm əhlinin tərifə layiq sifətlərindən biri də odur ki, onlar zəlalət əhlini küfrdə ittiham etmədən danışırlar”. (“Şərh Təhaviyyə” 439).
3. Elmsiz olduqları halda ictihad etməyi bacardıqlarını və yalnız özlərinin və həmfikirlərinin doğru yolda olduqlarını iddia edirlər. Alimlərə itaət etməyi tam qadağan edir, müsəlman alimləri tərk edir, onlardan elm alınmır, onları camaatın gözündən salmağa və onlara qarşı inamsızlıq yaratmağa çalışırlar.
4. Bəzi təkfirçilər Tövhidin əsası sayılan İsim və Sifətlər tövhidini əhəmiyyətsiz sayırlar.
5. Onların əksəriyyəti müsəlman ölkələrində yaşayan müsəlmanlarla qeyri müsəlman davranışları (cahil) kimi davranırlar. Onlar öz firqələrində olmayanlarla müsəlman kimi davranmağa ehtiyat edirlər.
Daha ətraflı
http://menhec.net/node/126
https://chat.whatsapp.com/8XPL6Bfh8bYC65HwNvb2AE
#bidətçilərin_üslubları #bidətçi_firqələr

WhatsApp.com
🔘MENHEC.NET🔘
WhatsApp Group Invite
👍2
Xavariclərin vəsfi - Şeyxul-İslam İbn Teymiyyə
Xəvariclər İslamda ilk çıxan, Sünnədə və əsərlərdə ən çox məzəmmət olunan bidət firqələrindəndir. Onların babalarından sayılan Zul Xuveysirə Peyğəmbərə (salləllahu aleyhi və səlləm) "Ya Muhəmməd! Adil ol"- deyərək məxluqatın ən xeyirlisi olan Allah Rəsulunu (salləllahu aleyhi və səlləm) ədalətsizlikdə ittiham etmişdir. Daha sonra onlar Hz. Osmanın və Hz. Əlinin (Allah onlardan razı olsun) dövründə çoxalmış, müsəlmanlara qarşı çıxmış, onların qanını tökmüşlər.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) onları vəsf edərək demişdir: “Axır zamanda yaşları az, beyinləri küt olan kimsələr gələcəklər. Onlar ən xeyirli sözləri danışacaqlar, (lakin) ox ovunu dəlib keçdiyi kimi İslamdan çıxacaqlar. Onların imanı xirtdəklərindən o yana keçməyəcəkdir. Odur ki, onları harada görsəniz, öldürün! Şübhəsiz ki, onları öldürən kimsələrə Qiyamət günü bunun müqabilində mükafat veriləcəkdir”. (əl-Buxari, 3611, 5057).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Mənim ümmətimdən şərq tərəfdən insanlar peyda olacaqlar və onlar Quran oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı enməyəcəkdir. Onlar hər yüzillikdə peyda olacaqlar və darmadağın ediləcəklər, hər yüzillikdə peyda olacaqlar və darmadağın ediləcəklər". Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu sözləri iyirmi dəfədən çox təkrar etdi (və buyurdu): "Bu (hal) Dəccəl onların qoşunundan çıxanadək davam edəcəkdir". (Əhməd, 2/174; İbn Məcə, 173; ən-Nəsai, 4103, əl-Albani "Sahihul-Cəmius-Sağir"də (8171) həsən olduğunu bildirmişdir).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) onları öldürməyi və onlara qarşı vuruşmağı əmr etmiş, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələri Əli (Allah onlardan razı olsun) ilə bərabər onlara qarşı vuruşmuşlar.
ardı var..
#Xavariclərin_vəsfi_Şeyxul_İslam_İbn_Teymiyyə

Xəvaric əqidəsi
İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: "Allahın Kitabının qəsd etdiyini və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsini düzgün başa düşməmək onların bidətlərinin əsasıdir. Niyyətləri Qurana zidd olmaq deyil, lakin fəhmləri (başa düşmələri) səhv olduğu üçün belə ediblər. Onlar elə zənn edirlər ki, Quran böyük günah sahiblərinin təkfir olunmasını (onlara kafir deyilməsini) tələb edir. Bu, İslamda ilk çıxan bidətdir". ("Məcmuul-Fətava" 13/ 30).
İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: "Xəvariclərin zəlalətinin əsası onların hidayət imamları və müsəlmanların camaatlarının böyüklərinin dindən çıxdıqları və zəlalət içində olmaları haqda etiqadlarıdır. Zülm gördükləri hər bir şeyi küfr sayır, sonra da bu küfr üzərində əhkamlar tərtib edirlər. Bu da sünnədən çıxan Rafizi, Xəvaric və digər bidət əhlinin üslubudur ki, onlar İslamın əsaslarından bəzilərini tərk etmiş və ox ovdan çıxdığı kimi İslamdan çıxmışlar". ("Məcmuul-Fətava" 28/ 497).
Həmçinin, buyurur: "Onlarda müsəlmanlara xas olmayan iki xislət var:
1. Onlar günah olmayan bir şeyi günah sayır, savab olmayan bir əməli yaxşı əməl sayır. Məsələn, onlar Peyğəmbəri (sallallahu aleyhi və səlləm) ədalətsizlikdə ittiham etmişlər
2. Onlar günah edən adamı təkfir edirlər (ona kafir deyirlər). Günah edən müsəlmanı kafir saydıqları üçün onun qanını, malını halal sayır, islam diyarını hərb diyarı görür, yalnız öz diyarlarını iman diyarı sayırlar.
Əgər bir kimsə müsəlmanları etdiyi bir günaha görə təkfir edərsə və onunla kafir müamiləsi edərsə, o, camaatdan ayrılan bir kimsədir. Ümumən bidət və bidət əhlinin çoxu bu iki əsasdan yaranır" ("Məcmuul-Fətava" 19/ 70-72).

👍3
Xavariclərin vəsfi - Şeyxul-İslam İbn Teymiyyə
Xəvariclərin nəfslərinə uyğun dəlillər çıxarması
Xəvariclər öz fikirlərini əsalandırmaq üçün Quranın zahiri açıq dəlillərinə etimad edirlər. Sünnədən öz iddialarına görə Qurana zidd olanları qəbul etmirlər. İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: "Sünnədən gələn dəlil mütəvatir olsa da onlar yalnız Qurana tabe olmağı üstün görürlər. Hətta Onlar özlərinə müxalif olanları təkfir edirlər. Özlərinə görə kim mürtəd olubsa, onun malını, qanını halal sayırlar. Halbuki, belə bir halallığı onlar əsli kafirdə görmürlər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Onlar İslam əhlini öldürəcək, bütpərstləri isə tərk edəcəklər". ("Məcmuul-Fətava" 3/ 355).
Onlar iki təhlükəli məsələyə düşmüşlər: Sünnəni, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) tabeçiliyi tərk etmələri və Quranı öz ağılları ilə təfsir etmələri (Öz rəyləri və nəfsi istəklərilə). İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: "Xəvariclər Sünnədən yalnız Quranın ümumiliyini təfsir edən hədislərə tabe olurlar. Quranın zahirinə müxalif olana isə tabe olmurlar". ("Məcmuul-Fətava" 13/ 48). Digər xətaları isə Quranın təhdid ayələrində üzə çıxmışdır. Bu ayələri düzgün başa düşməmişlər. Xəvariclər bir rəyə etiqad edirlər, sonra Quranın ayələrini etiqad etdikləri şeyə tərəf çevirirlər. Onlar bu məsələdə iki yol tutublar; Ya Quranın dəlalət etdiyi mənanı soyub çıxarırlar, ya da Quranı dəlalət etmədiyi bir mənaya yönəldirlər. Hər iki üslub batildir. İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: "Hər bir bidət əhli bir rəy ortaya çıxardırlar və bu rəydə kim onlara müxalif olarsa kafir sayırlar. Əhli Sünnə vəl-Camaat isə Rəbbi tərəfdən gələn haqqa tabe olurlar, lakin özlərinə müxalif olanları təkfir etmirlər. Çünki, onlar haqqı hamıdan yaxşı bilən və insanlara qarşı ən rəhmli olanlardırlar". (Məcmuul-Fətava" 19/ 73).

Xəvariclərin bəzi üslubları
Alimlərinin xətalarını izləmək. İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: "Onlar haqq yolda olan alimləri naqis göstərməyə çalışırlar, çünki alimlər onların öz hədəflərini yerinə yetirməkdə bir maneədirlər". ("Məcmuul-Fətava" 4/ 155).
Özlərinin əksinə olan dəlilləri gizlətmək. İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: "Sən elə bir bidətçi görməzsən ki, özünə müxalif olan dəlilləri gizlətməsin. Özünə müxalif olan dəlilləri danışmaqdan xoşlanmır və kim də bu dəlilləri danışırsa onlara da nifrət edirlər. ("Məcmuul-Fətava" 20/ 161).
Hakimlərin xətalarını güdmək, avam camaatı onlara qarşı qaldırmaq, onlara tənə edib kafir saymaq onların vəsflərindəndir. Onlar qiyam üçün müəyyən zaman və şərait axtarırlar. Ümumi olaraq onlar böyük fitnələrin ardınca çıxırlar.
İbn Kəsir (Allah ona rəhm etsin) deyir: "Nəhrəvan günü çatanda insanlar dedilər: "Onların kökünü möminlərin əmiri kəsdi, Allaha həmd olsun!" Əli (Allah ondan razı olsun) dedi: "Allaha and olsun ki, elə deyil! Onlar hələ də kişilərin belində, qadınların bətnində qalırlar. Onlar şər insanlardan törəndikdə bir-iki nəfər adam tapan kimi qiyam etmək üçün qüvvələrini birləşdirəcəklər".
Şeyx Salih əl-Fovzan (Allah onu qorusun) buyurur: "Xəvariclərin məzhəbi üç şey üzərində qurulub:
1. Müsəlmanları təkfir etmək (kafir demək).
2. Ölkə başçısına itaətdən çıxmaq.
3. Müsəlmanların qanlarını (yəni, onları öldürməyi) halal görmək.
Bax bu, xəvariclərin məzhəbidir. Hətta o, bu şeyləri danışmasa da, əməl etməsə də, yalnız bunlara qəlbində etiqad etsə belə xəvaric olur". (əl-İcəbətul-Muhimmə, səh. 12).
ardı ..
#Xavariclərin_vəsfi_Şeyxul_İslam_İbn_Teymiyyə
https://chat.whatsapp.com/8XPL6Bfh8bYC65HwNvb2AE
Daha ətraflı
http://menhec.net/node/127

Bidət əhlinin şübhələrinə aldanmamaq üçün qaydalar...
Ey müsəlman qardaşım! Bil ki, bidət əhli Əhli-Sünnə kitablarından əhli-sünnənin əleyhinə dəlil gətirərkən aşağıdakı yollardan birinə əl atılıb.
1. Kitabın orijinalında olmayan məsələ gətirilib.
2. Zəif və uydurma hədis gətirilib.
3. Alimin təfsilata ehtiyacı olan ümumi sözləri gətirilib.
4. Alimin xətası gətirilib.
5. Alimin azmış firqələrin adından dediyi, lakin öz fikri olmadığı söz alimin adından gətirilib.
6. Alimin şaz görüşü, əhli sünnə tərəfindən məqbul olmayan görüşü gətirilib.
7. Alimin şəxsi fikri Əhli-Sünnənin mövqeyi kimi göstərilib.
8. Özünü Əhli-Sünnəyə nisbət edən, əslində isə bidət əhlindən olan alimlərin sözləri gətirilib.
9. Əhli-Sünnədə ixtilaf olan məsələlər gətirilib.
10. Səhih hədis Əhli-Sünnənin yox, bidət əhlinin başa düşdüyü kimi gətirilib.
Ey müsəlman qardaşım! Ona görə də sənə Əhli-Sünnə kitablarından dəlil gətirsələr bunları tələb et:
1. Həmin dəlil barədə mötəbər Əhli-Sünnə alimlərinin rəyləri.
2. Dəlilin Əhli-Sünnədə şaz (ziddiyyətli və qəbuldan uzaq) və ya racih (ən üstün) olmasına dair alimlərin sözləri.
3. Dəlilin alimin xətası olub-olmadığına dair Əhli-Sünnənin mövqeyi.
4. Dəlilin icma olduğu və ya ixtilaflı olub-olmadığına dair Əhli-Sünnənin mövqeyi.
5. Dəlilin səhih və ya zəif olmasına dair Əhli-Sünnənin mövqeyi.
6. Dəlilə münasibət bildirən alimin xəta edib-etməməsinə dair Əhli-Sünnənin mövqeyi.
Ey müsəlman qardaşım! Bidət əhlinin “Filan şey Əhli-Sünnənin öz kitablarında var” sözü səni aldatmasın.
İbrət bir şeyin Əhli-Sünnə kitablarında olmasında deyil, ibrət onun səhih olub-olmamasındadır!
https://menhec.net/node/229
https://chat.whatsapp.com/8XPL6Bfh8bYC65HwNvb2AE
#bidətçilərin_üslubları

İxtilafdan çıxmaq üçün orucluğun başlanması və bitməsini dövlət başçınıza həvalə edin
Daimi elmi araşdırmalar və fətvalar mərkəzinə belə bir sual verilir: "Biz radio vasitəsi ilə Səudiyyə Ərəbistanında orucluğun başlanmasını eşidirik amma biz hələ ayı görməmişik. Buna görə də bizim aramızda ixtilaf düşür, bəziləri radio ilə eşitdiklərinə əsasən oruc tutur, digərləri isə ölkəmizdə ayın görsənməsini gözləyirlər. Bu artıq bizim aramızda çox dəhşətli ixtilafa gətirib çıxarıb. Xahiş edirik bizə bu haqda fətva verin?!"
Cavab: "Ayın çıxış yerlərinin dəyişməsi şəriət və ağıl ilə dərk olunan məsələdir. Bəzi alimlər bunu etibarlı, digərləri isə etibarsız sayırlar. Bunun səbəbi isə bu məsələnin nəzəri məsələ olmasıdır. Ona görə də İslam alimləri deyilən məsələdə qədimdən bu günə qədər ixtilaf etmişlər. Onların bəzisi bunu etibarlı, digərləri isə etibarsız saymışlar. Onların hər biri Quran, Sünnə və qiyasdan (müqayisədən) dəlillər gətirmişlər. Ola bilsin ki, hər iki tərəf eyni dəlili gətirsin, amma bu dəlili başa düşməkdə ixtilaf etsinlər. Amma bütün bunlara baxmayaraq deyilən məsələ üzərində edilən ixtilaf alimlər arasında problemlər yaratmamışdır və onlar bir-birlərinə qarşı ehtiramla yanaşmışlar. Buna görə də siz ayın başqa ölkədə görülməsini eşitdikdə ayın başlamasını və bitməsini əmr sahibinə, dövlətinizin başçısına həvalə edin. Əgər o, orucluğun daxil olmasını, yaxud olmamasını desə, ona itaət etməyiniz vacibdir. Çünki, hakimin hökmü belə ixtilafları aradan qaldırır. Belə olduqda sizin aranızda olan müşkül məsələlər həll olunar". (Daimi Elmi Araşdırmalar və Fətvalar Mərkəzi, Orucluq fətvaları, sual 6).
http://menhec.net/node/486
https://chat.whatsapp.com/8XPL6Bfh8bYC65HwNvb2AE
#rəhbərlərə_itaət #ramazanın başlaması

👍5👎1
Ay müxtəlif ölkələrdə müxtəlif vaxtlarda başlaya bilər - Şeyx İbn əl-Useymin
Şeyx Muhəmməd ibn Salih əl-Useyminə (Allah ona rəhm etsin) belə bir sual verilir: "Ramazan və ya şəvval aylarının daxil olmasını bildirən yeni ayın doğuşu İslam ölkələrində fərqlidir. Həmin dövlətlərdən hansısa ayı gördükdə bütün dünya müsəlmanları oruc tutmalıdırlar?"
Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) belə cavab verir: "Yeni ayın görsənməsi haqda alimlər ixtilaf ediblər. Bəziləri deyirlər ki, əgər hansısa ölkədə şəriət qanunlarına uyğun olaraq Ramazanın yeni doğmuş ayı görsənibsə, bütün müsəlmanlar oruc tutmalı, Şəvval ayının yeni doğmuş ayı görsənibsə, onda bütün müsəlmanlar oruclarını açmalıdırlar (iftar etməlidirlər). Bu fikir İmam Əhmədin (Allah ona rəhmət etsin) məşhur rəyidir. Bu rəyə görə, əgər Ramazan ayının daxil olmasını və ya bitməsini bildirən yeni ay doğuşunu Səudiyyə Ərəbistanında görsələr, onda bütün dünya müsəlmanlarına oruc tutmaq və ya iftar etmək vacib olmalıdır. Bu məsələdə onların əsas dəlilləri Uca Allahın ayəsidir: "Sizdən bu aya (Ramazan ayına) çatan şəxslər həmin ayı oruc tutmalıdırlar...". (əl-Bəqərə, 185). Hədislərdən olan dəlilləri isə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sözünün ümumi mənasıdır: "Yeni doğulmuş ayı gördükdə oruc tutun və onu gördükdə də iftar edin". (Muslim, 1081).
Digər alimlər isə deyirlər ki, bir ölkədə Ramazan və ya Şəvval aylarının daxil olmasını bildirən ayın doğuşunu gördükdə, digər ölkələrə oruc tutmaq və ya iftar etmək vacib deyil. Bu yalnız ayı görənlərə və ayın çıxış nöqtələrində bir-birləri ilə eyni olanlara vacibdir, çünki mütəxəssislərin yekdil rəylərinə görə ayın çıxış nöqtələri dəyişikdir. Əgər ayın görsənməsi ixtilaflı olarsa, onda hər ölkənin öz görməsi ilə hökm verilməlidir. Həmin hökmlər ayın çıxışlarında müttəfiq olan ölkələrə də şamil edilir. Bu rəy İbn Teymiyyənin (Allah ona rəhmət etsin) seçdiyi rəydir. O bu məsələyə dəlil olaraq Uca Allahın bu ayəsini: "Sizdən bu aya (Ramazan ayına) çatan şəxslər həmin ayı oruc tutmalıdırlar...". (əl-Bəqərə, 185) və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) bu hədisini: Yeni doğulmuş ayı gördükdə oruc tutun və onu gördükdə də iftar edin". (Muslim, 1081) buyurmuşdur. İbn Teymiyyənin (Allah ona rəhm etsin) gətirdiyi dəlil birinci rəyin dəlili ilə eynidir. Fərq sadəcə olaraq dəlillərin başa düşülməsindədir. İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyir: "Ramazan ayının daxil olmasını bildirən ayın görünməsi onu görən və şahidlik edənlə bağlıdır. Dəlilə əsasən məsələnin hökmü ayı görməyən və şahidlik etməyənlərə aid deyildir. Ona görə də hansısa ölkədə (Ramazan ayının daxil olmasını bildirən və s.) ayın görsənməsi bütün ölkələrə aid edilə bilməz". Bu, dəlildən çıxarılmış çox güclü mənadır. Bu mənanı nəzəriyyə və müqayisə də təsdiq edir".
(Şeyx Muhəmməd ibn Salih əl-Useyminə verilən sualdan, Orucluq fətvaları, 11-ci sual).
http://menhec.net/node/488
http://telegram.me/menhecnet
#ramazanın_başlaması

══════ ✿ ══════
www.menhec.net saytının rəsmi qrupunda və saytında mənhəc və əqidə məsələləri, bidət əhlinin şübhələrinə cavablar və istifadəçilərin sayta göndərdiyi sualların cavabları paylaşılır.
Facebook:
facebook.com/menhec.net
instagram:
instagram.com/menhecnet
Telegram:
telegram.me/menhecnet
Whatsapp:
https://chat.whatsapp.com/8XPL6Bfh8bYC65HwNvb2AE
══════ ✿ ══════
www.menhec.net saytının rəsmi qrupunda və saytında mənhəc və əqidə məsələləri, bidət əhlinin şübhələrinə cavablar və istifadəçilərin sayta göndərdiyi sualların cavabları paylaşılır.
Facebook:
facebook.com/menhec.net
instagram:
instagram.com/menhecnet
Telegram:
telegram.me/menhecnet
Whatsapp:
https://chat.whatsapp.com/8XPL6Bfh8bYC65HwNvb2AE
══════ ✿ ══════
Facebook
Log in or sign up to view
See posts, photos and more on Facebook.
Orucu yaşadığın yerdəki camaatla tutmaq lazımdır - Şeyx İbn Bəz
Şeyx İbn Bəzə (Allah ona rəhm etsin) sual verilir: "Səudiyyə Ərəbistanının Pakistandakı səfirliyinin işçilərinin bəziləri Səudiyyə Ərəbistanı ilə, digərləri isə Pakistan camaatı ilə Səudiyyədən üç gün sonra, oruc tutmuşlar. Bunun hökmü nədir?"
Şeyx İbn Bəzz (Allah ona rəhm etsin) belə cavab verir: "Şəriət dəlillərinin zahiri dəlalət edir ki, hər kəs yaşadığı yerə tabe olur və onlarla oruc tutur. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurub: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür". (ət-Tirmizi, 693). Həmçinin, şəriət bizə camaat olmağı əmr etmiş, parçalanmaqdan və ixtilaf etməkdən isə çəkindirmişdir. İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: "Ayın çıxışlarının müxtəlif olması haqda alimlər ittifaq ediblər". Buna əsasən, Pakistandakı səfirliyin, Pakistanla oruc tutan işçiləri daha doğru etmişlər. Onlar, bu iki ölkənin uzaq və ayın çıxışlarının müxtəlif olduğundan, Səudiyyə ilə oruc tutanlardan daha doğru etmişlər. Müsəlmanların, imkan daxilində, eyni vaxtda oruc tutub iftar etmələri şəriət dəlillərinə daha yaxındır. Əgər bu mümkün deyilsə onda bu məsələnin həlli dediyimizdir".
(Şeyx Abdu-Əziz ibn Bəzə verilən səsli sualdan, Orucluq fətvaları, 7-ci sual).
Şeyx Fovzana (Allah onu qorusun) sual verirlər: "Səudiyyə Ərəbistanında ramazanın ilk günü şənbə günü, Əlcəzairdə isə bazar günü olduqda, Cəzairdə yaşayan Səudiyyə ilə oruc tutubsa onun etdiyi nə dərəcədə doğrudur? O kiminlə iftar etməlidir? Çünki o, Səudiyyə ilə iftar etsə onun ölkəsində oruc hələ davam edir, yox əgər öz ölkəsində oruc tutarsa onun oruc başladığı ölkədə bayram gününə düşəcək. Belə halda nə etməlidir?"
Şeyx Fovzan (Allah onu qorusun) belə cavab verir: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurub: "Onu (ayı) görməklə oruc tutun və onu (ayı) görməklə də iftar edin". (Muslim, 1081). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) orucun vacibliyini ayın görsənməsi ilə bağlamışdır. Ay da, çıxışlarında müxtəlif olur (yəni bir ölkədə bu gün, digərində isə başqa vaxt görsənir). Şəkk yoxdur ki, Səudiyyə ilə Əlcəzairin ay çıxışları müxtəlif ola bilər. Hər bir insan yaşadığı yer və camaat ilə oruc tutur və iftar edir. Yaşadığın ölkədən asılı olmayaraq sən, yaşadığın ölkə camaatının hökmündəsən və sən onlarla iftar edir və onlarla da oruc tutursan".
(Şeyx Saleh ibn Fovzan ibn Abdullaha verilən səsli sualdan, Orucluq fətvaları, 8-ci sual).
http://menhec.net/node/487

Ölkədə Ramazan ayının başlaması astronomik hesablamalar ilə müəyyən edildiyi halda nə etmək lazımdır?
Məlum olduğu kimi, Ramazan ayının nə vaxt başlamasını müəyyən edərkən ərazi və region fərqlərinin nəzərə alınması məsələsində fikir ayrılıqlarının olmasına baxmayaraq, demək olar ki, bütün alimlər yekdilliklə bildirmişlər ki, hər bir müsəlman öz ölkəsinin əhalisi ilə oruc tutmalıdır. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: “Oruc, insanların oruc tutmağa başladığı zaman başlayır və onların oruc tutmağı dayandırdıqları zaman başa çatır” (Tirmizi. Şeyx Albani hədisi “səhih” adlandırmışdır).
Müsəlman ölkəsi Ramazan ayının başlamasını vizual müşahidə yolu ilə deyil, təqvimlə və ya elmi dillə desək, astronomik hesablamaların köməyi ilə hesablayırsa, nə etməli? Məlum olduğu kimi, əvvəlki alimlər yekdilliklə bildirmişlər ki, astronomik hesablamalar təzə ayın başlanğıcının müəyyən edilməsi üçün münasib şəri üsul deyil.
Eyni məzmunlu sual şeyx Albaniyə (Allah ona rəhmət etsin) verilmiş və o, da suala cavab vermişdir. Şeyxin bu məsələ ilə bağlı verdiyi fətvanın bir hissəsini sizə təqdim edirik:
Şeyx Albani: “Müsəlmanlar hər bir halda oruc tutmağa öz ölkələrinin əhalisi ilə birlikdə başlamalı, onlarla birlikdə orucu bitirməli və bu məsələ ilə bağlı fikirayrılıqlarına yol verməməlidirlər”
Daha ətraflı
http://menhec.net/node/734

Ramazan ayının nə vaxt başlaması haqda alimlərin fətvaları
Ramazan ayının nə zaman başlanacağı haqda - Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin)
Şeyxul-İslam Əhməd ibn Abdul-Həlim İbn Teymiyyə (Allah ona rəhm etsin) belə bir sual ilə soruşulmuşdur: “Əgər kimsə təklikdə həqiqətən təzə görsənən ayı görərsə o adam özü təklikdə orucunu tuta və ya aça bilər? Yoxsa camaat ilə birlikdə hərəkət etməlidir?”
O cavabında buyurur: “Əlhəmdulilləh... Bu məsələ haqda üç rəy vardır.
Birinci rəy: O, Ramazan ayının daxil olmasını bildirən təzə ayı gördükdə oruc tutmalı və ya Ramazan ayının bitməsini bildirən təzə ayı gördükdə iftar etməlidir. Bu imam Şafiinin məzhəbidir.
İkinci rəy: O, orucu tutmalı, amma iftarı isə camaat ilə etməlidir. Bu rəy imam Əhməd, Malik və Əbu Hənifənin rəyidir.
Daha ətraflı
http://menhec.net/node/337

Telegram
MƏNHƏC.NET
menhec.net saytının rəsmi telegram kanalı
Müxtəlif mənhəc məsələləri barədə suallara cavab, məqalələr

"Peyğəmbərin gəlişi ilə hüccət qaldırılıb, huccət çatdırmağa ehtiyac yoxdur" şübhəsi
Uca Allah buyurur: “Biz bir qövmə peyğəmbər göndərməmiş onlara əsla əzab etmərik”. (əl-İsra, 15).
Bəziləri iddia edir ki, əvvəllər nə vaxtsa peyğəmbərlər göndərilibsə, deməli bu günümüzdəki insanlara hüccət çatıb və onlara ayələrdə deyildiyi kimi “əbədi əzab veriləcək”. Başqa sözlə, özünə müsəlman deyərək bilmədən şirk əməllər edənlərin kafir olduğunu iddia edirlər.
Şübhəyə cavab:
Əvvəla belə bir məna sələfin heç bir təfsir kitabında öz əksini tapmır. Təfsir kitablarında İslama nisbət olunan kimsələr üçün belə bir təfsiri heç kim verməyib. Həmçinin, Quran və Sünnədə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gəlişindən sonra təkfirin şərtlərinin və maneələrinin ləğv olunmasını bildirən heç bir dəlil yoxdur. Əksinə, bu günə kimi maneələr aradan qalxmadıqca təkfir etməyin təhlükəli və haram olması barədə kitablar yazılmış və yazılmaqdadır. Əgər Peyğəmbərlərin göndərişi ilə hüccət bəzi qardaşların başa düşdüyü formada tamamlanmış olsaydı, onda bütün maneələr ardan qalxmış sayılardı. Bütün maneələr aradan qalxmış sayılsaydı, onda alimlər nə üçün maneələri hələ də zikr edib bu haqda kitablar yazırlar? Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dövründə İslamın əvvəlində, ortasında və axırında bilməməzlikdən küfr və şirk edənlər hər zaman üzürlü sayılmışlar. Üzürün İslamın yalnız əvvəlinə, ortasına və ya axırına aid olmasına aid bir dəlil olmadığı kimi, o dövrdə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gəlişinin bu günkü insanlara hüccətin çatması kimi başa düşülməsinə də aid dəlil yoxdur.
Daha ətraflı
http://menhec.net/node/128
https://chat.whatsapp.com/8XPL6Bfh8bYC65HwNvb2AE
#Təkfir

Rəhbərlərə nəsihət necə olmalıdır?
Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Din nəsihətdir!”– deyə buyurdu. Səhabələr: “Kimin üçün?”– deyə soruşdular. O buyurdu: “Allah üçün, Onun Kitabı üçün, Onun Rəsulu üçün, habelə, müsəlmanların rəhbərləri və bütün müsəlmanlar üçün” (Muslim, 82, 205).
İbn Həcər (Allah ona rəhm etsin) bu hədisi izah edərkən demişdir: “Burada “müsəlmanların rəhbərləri üçün nəsihət” deyildikdə, idarəçilikdə onlara dəstək vermək, bixəbər olduqları məsələlərdən onları agah etmək, səhvlərini gördükdə onlara yaltaqlanmamaq, əksinə, bu səhvi hikmətlə onlara başa salmaq, onların şəriətə müvafiq olan bir sözünü iki eləməmək, onları camaata sevdirmək və gözəl tərzdə onları zülm etməkdən çəkindirmək qəsd edilir. Qeyd etmək lazımdır ki, rəhbərlər deyildikdə bura alimlər də aid edilir və onlara nəsihət etmək deyildikdə elmlərinə ehtiram göstərmək, onların yaxşı əməlləri barədə danışmaq və barələrində yaxşı zənn etmək nəzərdə tutulur”. (Fəthul əl-Bari, 1/ 89).
Əbu Muhəmməd əl-Bərbəhari (Allah ona rəhm etsin) demişdir: “Bir adamın rəhbərlərə qarşı bəd dua etdiyini görsən, bil ki, o, bidət əhlindəndir. Habelə, bir kimsənin Allahdan rəhbərlərin islah olunmasını dilədiyini görsən, bil ki, o, Allahın izni ilə Sünnə əhlindəndir”. Həmçinin, rəvayət edilir ki, Fudeyl ibn İyad (Allah ona rəhm etsin) demişdir: “Bilsəydim ki, mənim bir duam qəbul olacaq, onu ixtiyar sahibinin islah olunmasına yönəldərdim” (Şərhus-Sünnə, 116).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Üç xislət vardır ki, bunları özündə cəm edən möminin qəlbi əsla dönük çıxmaz: əməli səmimi-qəlbdən Allah üçün etmək, müsəlmanların rəhbərlərinə nəsihət etmək və müsəlman camaatdan ayrılmamaq”. (Əhməd, 5/ 183; Silsilətul-Əhadisis-Sahiha, 404); digər hədisdə o, demişdir: “Allahdan qorxun, beş vaxt namazlarınızı qılın, ramazan ayının orucunu tutun, malınızın zəkatını verin və (müsəlman) rəhbərinizə itaət edin, beləliklə də, Rəbbinizin Cənnətinə daxil olarsınız”. (ət-Tirmizi, 2/ 516; Silsilətul-Əhadisis-Sahiha, 867).
Günümüzdə bütün yollar özlərinin haqlı olmasına Quran, Sünnə və sələflərin sözlərindən dəlillər gətirirlər, lakin doğru yerində gətirmədilər. Necə ki, xavariclər çıxıb ayə ilə dəlil gətirdilər “Allahın hökmü il hökm verməyən kafirdir” (əl-Maidə 44). Əli ibn Əbu Talib (Allah ondan razı olsun) onlar üçün dedi: “Haqq sözdür, amma o haqla batil qəsd olunur”. Yəni, lazım olan yerdə gətirmədilər.
Əmr sahiblərinə ən layiqli nəsihət edənlər alimlərdir. Uca Allah buyurur: “Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər”. (ən-Nisa, 83). Yəni, hakimlərə olan nəsihət böyüklərin işidir. İnsanlardan olan hər bir kəs hakimlərə qarşı nəsihət etmək üçün yararlı deyil. Bu kimi şeylər, hakimlərin eyiblərini insanlara yaymaq, yaxşı niyyətlə edilsə belə hamısı münkəri yaymaq qismindəndir.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Sizdən biriniz günah edildiyini görsə, bunu əli ilə düzəltsin, bacarmasa, dili ilə (düzəltsin), bunu da bacarmasa, qəlbi ilə (buna nifrət etsin), bu da imanın ən zəifidir”. (Muslim, 70, 186).
Burda Peyğəmbər (salləllahu aleyhi və səlləm) insanları üç qismə bölür;
Birincisi, münkəri əli ilə dəyişmək əmr sahiblərinə aiddir. Məsələn, rəhbər idarə etdiyi məmləkətdə müəyyən bir iş kimə həvalə edilibsə, həmin şəxs, ailədə - ailənin başçısı və s. Ailə başçısı ailə üzvlərindən bir münkər gördükdə bunu əli ilə düzəldir. Qonşuda bunu edə bilməz, çünki qonşunun ailəsində əmr sahibi deyil. Əgər başa sala bilərsə, gözəl şəkildə izah edib, qonşunun etdiyi günahdan çəkindirə bilər. Bu da mümkün olmasa, üçüncü qismə daxil olur ki, bu da münkəri qəlblə inkar etməkdir.
İkincisi qism alimlər münkəri gördükdə bəyan, nəsihət, hikmətli yollarla - dilləri ilə münkəri inkar edirlər.
Üçüncü qism isə nə hakimiyyəti var, nə də elmi var – bu insan qəlbi ilə münkəri inkar edir, bu münkərə qəlb ilə nifrət edir.
http://menhec.net/node/463
#rəhbərlərə_itaət

Bu kanal www.menhec.net saytının rəsmi WhatsApp kanalıdır. Kanalda və saytda mənhəc və əqidə məsələləri, bidət əhlinin şübhələrinə cavablar və istifadəçilərin sayta göndərdiyi sualların cavabları paylaşılır.
WhatsApp-da menhec.net kanalını izləyin:
https://whatsapp.com/channel/0029Va7J21qFMqrTj22PpR0z

👍1
Orucu yaşadığın yerdəki camaatla tutmaq lazımdır - Şeyx İbn Bəz
Şeyx İbn Bəzə (Allah ona rəhm etsin) sual verilir: "Səudiyyə Ərəbistanının Pakistandakı səfirliyinin işçilərinin bəziləri Səudiyyə Ərəbistanı ilə, digərləri isə Pakistan camaatı ilə Səudiyyədən üç gün sonra, oruc tutmuşlar. Bunun hökmü nədir?"
Şeyx İbn Bəzz (Allah ona rəhm etsin) belə cavab verir: "Şəriət dəlillərinin zahiri dəlalət edir ki, hər kəs yaşadığı yerə tabe olur və onlarla oruc tutur. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurub: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür". (ət-Tirmizi, 693). Həmçinin, şəriət bizə camaat olmağı əmr etmiş, parçalanmaqdan və ixtilaf etməkdən isə çəkindirmişdir. İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: "Ayın çıxışlarının müxtəlif olması haqda alimlər ittifaq ediblər". Buna əsasən, Pakistandakı səfirliyin, Pakistanla oruc tutan işçiləri daha doğru etmişlər. Onlar, bu iki ölkənin uzaq və ayın çıxışlarının müxtəlif olduğundan, Səudiyyə ilə oruc tutanlardan daha doğru etmişlər. Müsəlmanların, imkan daxilində, eyni vaxtda oruc tutub iftar etmələri şəriət dəlillərinə daha yaxındır. Əgər bu mümkün deyilsə onda bu məsələnin həlli dediyimizdir".
(Şeyx Abdu-Əziz ibn Bəzə verilən səsli sualdan, Orucluq fətvaları, 7-ci sual).
Şeyx Fovzana (Allah onu qorusun) sual verirlər: "Səudiyyə Ərəbistanında ramazanın ilk günü şənbə günü, Əlcəzairdə isə bazar günü olduqda, Cəzairdə yaşayan Səudiyyə ilə oruc tutubsa onun etdiyi nə dərəcədə doğrudur? O kiminlə iftar etməlidir? Çünki o, Səudiyyə ilə iftar etsə onun ölkəsində oruc hələ davam edir, yox əgər öz ölkəsində oruc tutarsa onun oruc başladığı ölkədə bayram gününə düşəcək. Belə halda nə etməlidir?"
Şeyx Fovzan (Allah onu qorusun) belə cavab verir: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurub: "Onu (ayı) görməklə oruc tutun və onu (ayı) görməklə də iftar edin". (Muslim, 1081). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) orucun vacibliyini ayın görsənməsi ilə bağlamışdır. Ay da, çıxışlarında müxtəlif olur (yəni bir ölkədə bu gün, digərində isə başqa vaxt görsənir). Şəkk yoxdur ki, Səudiyyə ilə Əlcəzairin ay çıxışları müxtəlif ola bilər. Hər bir insan yaşadığı yer və camaat ilə oruc tutur və iftar edir. Yaşadığın ölkədən asılı olmayaraq sən, yaşadığın ölkə camaatının hökmündəsən və sən onlarla iftar edir və onlarla da oruc tutursan".
(Şeyx Saleh ibn Fovzan ibn Abdullaha verilən səsli sualdan, Orucluq fətvaları, 8-ci sual).
https://menhec.net/node/487

Müsəlman niyə öz rəhbəri üçün dua etməlidir? - Şeyx Məhəmməd bin Salih əl-Useymin

Mərhəmətli və Rəhmli Allahın adı ilə.
Peyğəmbər ﷺ buyurmuşdur: “Mənim ölümümdən sonra siz rəhbərlərin ədalətsizliklərini və onların zülmünü görəcəksiniz. Eləcə də siz onların bəzi pis əməllərinin şahidi olacaqsınız”.
O zaman Peyğəmbərin ﷺ səhabələri soruşdular: “Ey Allahın elçisi, bəs bizə bu halda nə etməyi əmr edirsən?”. Peyğəmbər ﷺ buna cavab olaraq belə buyurdu: “Sizin onlara verməli olan haqları onlara verin. Onlardan sizə çatmalı olan haqlarınızı isə Allahdan istəyin.” (əl-Buxari).
20-ci əsrin görkəmli İslam alimi, şeyx Məhəmməd bin Salih əl-Useymin (Allah ona rəhm etsin) bu hədisi izah edərkən demişdir:
«Hədisdə qeyd olunan məhz günahlardır, küfr deyil. Küfr olmadığı təqdirdə də, Peyğəmbər ﷺ bizə yol göstərərək deyir: “onlara verməli olan haqlarını (itaəti) onlara verin,” – yəni günah olmayan hər bir şeydə rəhbərə tabe olun və itaət edin.
Sonra Peyğəmbər ﷺ buyurmuşdur: “Onlardan sizə çatmalı olan haqqlarınızı isə onu Allahdan istəyin”.
Rəhbərlərə qarşı münasibətdə, bizim onlar qarşısında olan borclarımızdan biri də – Allahdan dövlət başçısını xeyirə və haqqa müvəffəqiyyət verməsini istəməkdir.
Dövlət başçısının qarşımızda qoyduğu öhdəlikləri yerinə yetirmək də üzərimizdə olan borclardan biridir.
Ancaq bəzi səfehlər bu məsələni anlamırlar. Bəzən eşidirsən ki, onlar deyirlər: “İndiki rəhbərlər üçün dua etmək və Allahdan onların vəziyyətini və onların əli ilə müsəlmanların vəziyyətini düzəltməsini istəmək düzgün deyildir! Çünki bu rəhbərlər dua edilməyə layiq deyillər”.
Belə yanlış fikirdən Allaha sığınırıq! Qəlblər kimin əlindədir? Allahın əlində! Əgər bunu bilirsənsə, Allaha dua et ki, Uca Allah bütün müsəlman rəhbərlərin vəziyyətini düzəltsin. Misir, Suriya, İordaniya rəhbərləri üçün – bütün müsəlman rəhbərləri üçün Allaha dua et!
Məgər belə dua ziyan verə bilər? Əlbəttə ki, xeyr! O ancaq xeyir gətirəcəkdir. Əgər Allah sənin duanı qəbul etsə, onda hər şey yaxşıya doğru dəyişəcəkdir. Allah ədalətsiz rəhbərin vəziyyətini düzəldə bilər və ya, ola bilər ki, Uca Allah elə edər ki, heç bir anarxiyasız və qan tökülmədən onun yerinə daha yaxşı rəhbər gəlsin.
“Mən bu rəhbərin etdiklərindən razı deyiləm, və buna görə onun üçün dua etməyəcəyəm”, – deyən kəslərə gəlincə, şübhə yoxdur ki, bu ağılsızlıqdır. Axı Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizə deyib: “Onların haqlarını onlara verin. Sizə çatmalı olan haqları isə Allahdan istəyin”.
Dövlət başçısının üzərimizdə olan haqlarından biridə – bizim onun üçün dua etməkdir.
Həqiqətən də, əgər insanlar Peyğəmbərin ﷺ bu göstərişlərinə əməl etsəydilər, bir çox xeyirə nail olar və bir çox şərdən xilas ola bilərdilər.
Hər bir insan anlamalıdır ki, o öz öhdəliklərini yerinə yetirməlidir!
Əgər müsəlman ona çatmalı olan haqlarına nail ola bilmirsə, bu haqlarını Allahdan istəməli və başqa yollara əl atmamalıdır!
Hər hansı bir rəhbərin zülm etdiyini görsək, bu, bizi narahat etməməlidir. Çünki rəhbərin və xalqın hər birinin ayrıca öhdəlikləri vardır.” (hər biri bu öhdəliklərə görə Allah dərgahında cavab verəcəkdir). (Şərh əs-Siyəsatu əş-Şariyəh, 89-90)».
mənbə: abu-bakr.com
http://menhec.net/node/818

👍4👎1

https://menhec.net/node/818

👍6
"Mufəvvida"ların şübhələrinə cavablar
"Mufəvvida"lar İmam Əhməddən ərvayət gətirərək Allahın sifətləri barəsində bəzi şübhələr atırlar. Biz bu cavabda onların şübhələrinə cavabları qeyd edirik.
Şübhəyə cavab:
“Mufəvvida” sözü ərəbcə فَوَّضَ [fəvvəda] “həvalə etmək” feilinin indiki zaman feili sifətidir, mənası “həvalə edən” deməkdir. Çünki onlar Uca Allahın Sifətləri barədə belə deyirlər: “Biz Allahın Sifətlərinə iman edirik, lakin bu sifətlərlə nə nəzərdə tutulduğunu Allaha həvalə edirik”. Onlardan bəziləri Uca Allahın Sifətlərinə dair dəlillərin zahirini qəbul etdiyini söyləyir, lakin həmin dəlillərin mənasını Allaha həvalə edir və bunun sələfin məzhəbi olduğunu iddia edirlər. Halbuki sələflərin Uca Allahın Sifətləri barədə sözlərinə diqqət etsək görərik ki, onlar heç də belə deməmişlər.
Əhli-Sünnə Uca Allahın Sifətlərinin mənasını isbat etməklə keyfiyyətini Allaha həvalə edir. Əhli-Sünnə Uca Allahın Adları və Sifətləri ilə bağlı dəlilləri zahiri mənası üzrə qəbul edir və mənalarını ərəb dilində, sələf alimlərinin anladığı şəkildə başa düşür.
“Mufəvvida” firqəsi Uca Allahın Sifətlərini isbat və inkar etmək baxımından iki qrupa bölünür:
Birinci qrup deyir ki, Quran və Hədislərdə keçən Sifətlərdə zahiri mənanın əksi qəsd olunur və bu mənanı nə peyğəmbərlər, nə mələklər, nə səhabələr, nə də ümmətdən kimsə bu mətnlərlə Allahın nəyi qəsd etdiyini bilmir.
İkinci qrup deyir ki, Quran və Hədislərdə keçən Sifətlər zahirində olduğu kimi qəbul edilir. Bununla belə, onların mənasını yalnız Uca Allah bilir.
Sələfin məzhəbi ilə “Mufəvvida” məzhəbi arasında iki əsas cəhətdən fərq vardır:
Birinci fərq budur ki, sələf alimləri Quran və Hədislərdə keçən Sifətlərin həm ləfzi, həm də həmin ləfzin ifadə etdiyi mənanı isbat etmişlər. Onlar bu mənanı həm ərəb dilindəki lüğəvi mənasına görə, həm də danışanın — yəni Allahın və Onun Elçisinin — nəyi qəsd etdiyini bilməklə anlamışlar. Buna görə də onlar eşitmək, görmək, Üz, İki əl, Sirat, Tərəzi və buna bənzər anlayışların mənasını bilmişlər.
Mufəvvidalara gəldikdə isə, onlar Quran və Hədislərdə keçən Sifətlərin ləfzini isbat etmiş, onu lüğəvi cəhətdən başa düşmüş olsalar da, Allah haqqında bu ləfzin konkret olaraq nəyi ifadə etdiyini müəyyən etməkdə dayanmış, hətta onun zahiri mənasını qəbul etməmişlər.
İkinci fərq budur ki, Sələf alimləri yalnız keyfiyyətin elmini Allaha həvalə etmiş, mənanın elmini isə həvalə etməmişlər. Onlar eşitmə, görmə, Üz və İki əl kimi sifətlərin mənasını bildikləri kimi, Allahın Axirət günü ilə bağlı xəbər verdiyi nemətlərin və əzabların da mənasını bilirlər. Lakin bunların necə olduğunu və həqiqi mahiyyətini bilmirlər.
Mufəvvidalara gəldikdə isə, onlar həm keyfiyyətin, həm də mənanın elmini Allaha həvalə etmişlər. Buna görə də nə Sifətlərə dair, nə də axirətlə bağlı Quran və Hədislərdə keçən dəlillərin mənalarını bilmirlər. Əksinə, deyirlər ki: “Biz Allahın bunlarla nəyi qəsd etdiyini bilmirik”.
“Mufəvvida” ilə Allahın Sifətlərini başqa mənaya yozan təvil əhli arasında Kitab və Sünnədə keçən Sifətləri inkar etmək baxımından əslində heç bir fərq yoxdur. Hər iki firqə Sifətləri inkar edənlər sırasındadır. Lakin onların inkar etmə üsulları fərqlidir.
“Mufəvvida” əhli ləfzi qəbul edir, lakin mənanı inkar edərək onun elmini Allaha həvalə edirlər. Təvil edənlər isə mənanı dəlillərin zahirinə zidd olan başqa bir mənaya yönəldirlər.
Məsələn “Mufəvvida” əhli Uca Allahın “ər-Rahmən Ərşin üzərində ucaldı” (Taha, 5) və “Allahın Əli onların əllərinin üstündədir” (əl-Fəth, 10) ayələri barədə: “Ucalmaq” və “Əl” sifətlərinin nə məna verdiyini bilmirik, mənasını Allaha həvalə edirik” – deyirlər. Təvilçilər isə “Ucalmaq” sifətini “hökmü altına almaq”, “Allahın Əli”ni isə “Allahın qüdrəti” kimi izah edərək mənanı mətnin zahirindən uzaqlaşdırırlar.
Daha ətraflı
https://menhec.net/node/820
http://telegram.me/menhecnet
#Bidətçilərlə_münasibət

👍5