MƏNHƏC.NET
344 subscribers
141 photos
1 file
341 links
menhec.net saytının rəsmi telegram kanalı

Müxtəlif mənhəc məsələləri barədə suallara cavab, məqalələr
Download Telegram
Ruzi qazanmaq haqda Şeyx əl-Albaninin nəsihəti

Nə üçün Uca Allah "sizdən ruzi istəmirəm" (əz-Zəriyat, 57) deyir? Çünki müsəlman ruzi qazanmaq haqqında ibadət etməkdən daha çox narahat olmasın. O, ruzi üçün yox, yaradıldığı şey üçün (ibadət üçün) narahat olmalıdır, çünki Allah qullarının ruzisinə mükəlləfdir, onların ruzisini onlar analarının bətnində olarkən yazmışdır. Səhih hədisdə Peyğəmbərimiz ﷺ demişdir: "Uca Allah dörd aydan sonra bətndəki rüşeymə ruh üfürmək üçün mələk göndərir, sonra həmin mələk onun əcəlini, ruzisini, xoşbəxt və ya bədbəxt olacağını soruşaraq yazır". Beləliklə, Allah bizim ruzimizi illər öncə yazmışdır, ona görə də müsəlmanın öz ruzisi haqqında narahat olması düzgün deyil.
Diqqət edin, mən demirəm ki, müsəlman ruzi axtarmamalıdır, lakin mən deyirəm ki, müsəlman Allaha ibadətləri haqqında narahat olduğu qədər ruzisindən narahat olmamalıdır. Ruziyə zəmanət verilib və biz demirik ki, müsəlman ruzi axtarmasın, biz deyirik ki, ruzi qazanmağı həyatının əsas məqsədi kimi görməsin, çünki həyatın əsas məqsədi Allaha şərik qoşmadan ibadət etməkdir. 


Daha ətraflı
http://menhec.net/node/804

https://chat.whatsapp.com/8XPL6Bfh8bYC65HwNvb2AE

#mənhəc_nədir #ruzi
👍5