mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
İyulun 30-u Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günüdür.

Bu tarix BMT Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən hər il qeyd edilir. Məqsəd insan alverinin mahiyyəti barədə məlumatlılığın artırılmаsı, beynəlxalq ictimaiyyətin diqqətinin insan alveri qurbanlarının üzləşdiyi problemlərə yönəldilməsidir.

#humantraffickingawareness #İnsanalveri
👍7
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov Azərbaycanda rəqəmsal inkişaf istiqamətində görülən işlər haqqında danışacaq.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #RəqəmsalDialoq #İRİA
👍11
1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərman müstəqil Azərbaycanın ictimai-siyasi həyatında və yazı mədəniyyətimizin tarixində mühüm hadisə kimi yer alıb.

Ana dilimizi sevək və qoruyaq!

#1avqust #AzərbaycanDiliGünü
👍6
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 7 avqust 2023-cü il tarixində saat 10:00-da Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edəcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Daha ətraflı: https://tinyurl.com/y9hkf83z

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Vətəndaşqəbulu
👍9👏1
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən “Azparking” mobil tətbiqi istifadəyə verilib.

Daha ətraflı: https://tinyurl.com/ycka7cds

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AYNA #nəqliyyat #Azparking
👍7
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması" haqqında Fərman imzalayıb.

Fərmana əsasən Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin edən Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi yaradılacaq.

Daha ətraflı: https://tinyurl.com/sdcmdkvz

#MDDTAzerbaijan #RİNNAzərbaycan #KağızsızHökumət
👏8👍1
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev aerokosmos, müdafiə və təhlükəsizlik sahəsində dünya nəhənglərindən olan İtaliyanın “Leonardo” şirkətinin direktorlar şurasının sədri Stefano Pontekorvo ilə görüşüb.

Görüş zamanı kibertəhlükəsizlik, kosmik fəaliyyət və nəqliyyat üzrə potensial əməkdaşlıq imkanları müzakirə edilib.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #aerokosmos #kibertəhlükəsizlik
#nəqliyyat
👏7❤2
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də "Teleradio" İB-nin baş direktoru vəzifəsini icra edən Elman Həsənov və Dövlət Radiotezliklər İdarəsinin rəisi vəzifəsini icra edən İlham Əhədov Azərbaycan Respublikası ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi haqqında danışacaqlar.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #RəqəmsalDialoq #DRİ #Teleradio
👍9
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 7 avqustda Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Daha ətraflı: https://tinyurl.com/48rxkrp2

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Vətəndaşqəbulu
👍8
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Xızı rayonuna səfəri çərçivəsində şəhid Natiq Verdiyev və şəhid Elməddin Cəfərovun ailəsini ziyarət edib.

Görüşdə ailə üzvləri şəhidlərlə bağlı xatirələrini bölüşüb, onların keçdiyi rəşadətli döyüş yolundan danışıblar.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Vətəndaşqəbulu
👍9❤2