mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistan İslam Respublikasına səfəri çərçivəsində Pakistanın dəmir yolu və aviasiya naziri Xavaca Saad Rafiq, kommunikasiyalar naziri Əsəd Mahmud, dənizçilik naziri Syed Faysal Ali Subzvari ilə ikitərəfli görüşlər keçirib.

Daha ətraflı: https://tinyurl.com/mrxx66zc

#MDDTAzerbaijan #RİNNAzərbaycan #nəqliyyat
👍9👏2😁1
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistan İslam Respublikasına səfəri çərçivəsində Cənubda Davamlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının (COMSATS) icraçı direktoru Məhəmməd Nafis Zəkəriya ilə görüşüb.

Görüşdə iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahələrində uzunmüddətli əməkdaşlıq imkanlarından danışılıb.

Daha ətraflı: https://tinyurl.com/4drm378b

#MDDTAzerbaijan #RİNNAzərbaycan #COMSATS #texnologiya
👍5❤3👏2
22 iyul ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir.

Zamanında Ulu Öndər Heydər Əliyev demokratiyanın mühüm prinsiplərindən olan söz və məlumat azadlığına xüsusi diqqət və qayğı ilə yanaşırdı. Məhz Ümummilli Liderin 1998-ci ildə senzuranın ləğv edilməsi haqqında müvafiq fərmanından sonra Azərbaycan mətbuatında yeni mərhələ başladı, medianın bugünkü dinamik inkişafının təməli qoyuldu.

Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edir, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq. Səmərəli əməkdaşlığa görə hər birinə təşəkkür edirik.

#HeydarAliyev #HeydərƏliyev100 #MətbuatGünü
👍7👏4
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də "Aztelekom" MMC-nin baş direktor vəzifəsini icra edən Elçin Niyazov I yarımillikdə qurumun həyata keçirdiyi layihələr haqqında danışacaq.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #RəqəmsalDialoq #Aztelekom
👍12
“Aztelekom” Laçın rayonunu yüksəksürətli internetlə təmin etməyə başlayıb.

İşğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi olaraq “Aztelekom” MMC tərəfindən Laçın şəhərində 800 evdə GPON texnologiyasının tətbiq olunması üçün layihə hazırlanıb, şəbəkə quraşdırılıb. Laçın şəhəri ilə yanaşı, rayonun Zabux və Sus kəndləri də GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında layihələndirilib. İşlər tamamlandıqdan sonra Zabux kəndində 250, Sus kəndində 75 ev təsərrüfatı xidmətlərdən yararlana biləcək.

Daha ətraflı məlumat: https://tinyurl.com/293mw84t

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Laçın #OnlaynAzərbaycan #Aztelekom
👍10
“Azərpoçt” MMC 2023-cü ilin birinci yarımilliyi üzrə media əməkdaşları üçün brifinq keçirib.

Brifinqdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov “Azərpoçt” MMC-nin 2023-cü ilin birinci yarısında gördüyü işlər, eləcə də qurumun maliyyə vəziyyəti barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən “Azərpoçt” MMC-də transformasiya prosesləri ilə yanaşı, “Postcargo”, “Retail”, “Logistika” kimi irihəcmli layihələrə də start verilib. Bundan əlavə, poçt operatorunun “VISA” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü statusunu alması və nəticə etibarilə nağdsız poçt əməliyyatlarının aparılması ilə maliyyə şəffaflığının təmin olunmasındakı əhəmiyyəti də vurğulanıb.

Daha ətraflı məlumat: https://tinyurl.com/mr4x79be

#MDDTAzerbaijan #RİNNAzərbaycan #brifinq #Azərpoçt
👏7👍4