mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Bu gün Qahirə şəhərində Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirilib.

İclasda Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, #rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verib, Müştərək Komissiyanın tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün səmərəli platforma olduğunu vurğulayıb.

Ətraflı: http://bit.ly/4ifzKOQ

#RİNN
❤4
Bu gün Qahirə şəhərində Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycan və Misir şirkətlərinin iştirakı ilə biznes forum təşkil olunub.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, #rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev forumda çıxış edərək bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin artımı və qarşılıqlı investisiyalar üçün yeni imkanlar yaradacağına əminliyini vurğulayıb.

Ətraflı: https://bit.ly/49yxIXV

#RİNN
❤4
Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında 25 noyabr #Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir.

Bu gün Kəlbəcər şəhərinə yenidən həyat qayıdır.

#RİNN #KəlbəcərŞəhəriGünü
❤5
Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (#WTDC-25) iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev, Beynəlxalq Telekommunikasiya İttifaqının (#BTİ) Baş katibi Dorin Boqdan-Martin, BTİ-nin Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Lakison Zavazava və beynəlxalq qurumun digər nümayəndələri əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

İştirakçılar daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər. Onlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

#RİNN #WTDC25
❤3
Ölkənin əsas #rəqəmsal hökumət platforması olan “#mygov” istifadəçilərinin sayı 2 milyonu ötüb.

Cari ildə platformadan 1 milyondan çox vətəndaş qeydiyyatdan keçib. Bu isə ötən ilin sonu ilə müqayisədə iki dəfədən çox artım deməkdir.

Platformadan mütəmadi istifadə edən, davamlı şəkildə sistemə daxil olan və rəqəmsal xidmətlərdən yararlanan aktiv istifadəçilərin sayı isə 800 min nəfərdir.

Hazırda platformada ümumilikdə 400-dən çox rəqəmsal xidmət mövcuddur.

#RİNN #İRİA
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Elmin Məmmədov Beynəlxalq Əmək Təşkilatının (#BƏT) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Ofisinin direktoru Mixail Puşkin ilə görüş keçirib.

Ətraflı: https://bit.ly/4p9dEQW

#RİNN
❤3
Media is too big
VIEW IN TELEGRAM
Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (#WTDC-25) çərçivəsində bir sıra ölkələr sosial tədbirlər təşkil edib. Bu format nümayəndə heyətlərinə Beynəlxalq #Telekommunikasiya İttifaqı Şurasına keçiriləcək seçkilərdə dəstək qazanmaq üçün öz təşəbbüslərini təqdim etmək imkanı verib.

Sosial tədbirlər, həmçinin konfrans iştirakçıları arasında qeyri-rəsmi ünsiyyət və əməkdaşlığın güclənməsinə şərait yaradıb.

#RİNN #WTDC25
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin bir qrup əməkdaşı üçün hesabatlılıq və şəffaflığın təmin olunmasına, eləcə də dövlət qulluqçularının etik davranış qaydalarına dair təlim təşkil olunub.

Ətraflı: https://bit.ly/3Xk8rt5

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən #Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Forumunda Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz regionu üzrə Əhatəli Əlaqələndirmə Gündəliyi panelində iştirak edib.

Nazir çıxışı zamanı qeyd edib ki, iri #dəhliz layihələrində əsas maneələr sərhəd standartlarının fərqli olması, rəqəmsallaşmanın yetərsizliyi və infrastruktur çatışmazlıqlarıdır.

Rəşad Nəbiyev Azərbaycanın strateji mövqeyi, sabitliyi və iqtisadi diversifikasiyası sayəsində etibarlı və cəlbedici investisiya məkanı olduğunu vurğulayıb.

O, həmçinin #Zəngəzur dəhlizinin Avropa ilə Mərkəzi Asiya arasında dayanıqlı, sürətli və sərfəli əlaqə yaradacağını, Orta Dəhlizin isə region üçün davamlı və effektiv model kimi inkişaf etdirildiyini bildirib.

#RİNN
❤4