mincom.gov.az
✔
521 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı davam edir. Tədbirdə müzakirə olunan sənədlər tezlik və spektr siyasəti, #kibertəhlükəsizlik, #rəqəmsal #inklüzivlik, “yaşıl” #İKT, #innovasiya, rəqəmsal bacarıqlar, uşaqların rəqəmsal mühitdə qorunması, ucqar ərazilərdə İKT-nin tətbiqi və “ağıllı” şəhər modelləri kimi bir çox strateji istiqamətləri əhatə edir.

Konfransın nəticələrinin daha inklüziv, təhlükəsiz və dayanıqlı rəqəmsal ekosistemin qurulmasına töhfə verəcəyi gözlənilir.

#RİNN #WTDC25
❤5👍1
Media is too big
VIEW IN TELEGRAM
“Azərbaycan təkcə özünün deyil, regionun da #rəqəmsal inkişafına töhfə verir”.

Bunu Beynəlxalq #Telekommunikasiya İttifaqının (#ITU) Baş katibinin müavini Tomas Lamanauskas deyib.

#RİNN #WTDC25
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon və ABŞ Dövlət Departamentinin Siyasətin Planlaşdırılması Ofisinin baş müşaviri Conatan Askonas ilə görüşüb.

Görüşdə qarşı tərəfə Orta Dəhlizin inkişafı üçün Azərbaycan tərəfindən görülmüş işlər barədə məlumat verilib. Bu istiqamətdə, eləcə də #Zəngəzur dəhlizi ilə bağlı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Eyni zamanda #kibertəhlükəsizlik və süni #intellekt sahələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi aparılıb.

#RİNN
❤3
Prezident İlham Əliyev “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
❤4
Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində Azərbaycan və İraq respublikaları arasında FM #radioyayım stansiyalarının koordinasiyasına dair görüş keçirilib.

Azərbaycan tərəfini #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi, İnformasiya #Kommunikasiya Texnologiyaları Agentliyi və Dövlət #Radiotezliklər İdarəsinin nümayəndələri təmsil ediblər.

Ətraflı: https://bit.ly/4o6TbdS

#RİNN #WTDC25
❤3👍1
Beynəlxalq #Telekommunikasiya İttifaqının yeni Regional Akselerasiya Mərkəzi Azərbaycan Respublikası #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (#İRİA) ilə BMT-nin rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (#BTİ) arasında strateji əməkdaşlıq çərçivəsində təsis edilib.

Ətraflı: http://bit.ly/4ocLPFL

#RİNN
❤4
Media is too big
VIEW IN TELEGRAM
“Beynəlxalq Telekommunikasiya İttifaqının Bakıda keçirilən konfransı 2025-ci il üçün çox ilhamverici oldu. Azərbaycan bizi çox səmimi qarşıladı. Şəhər çox gözəldir, insanlar mehribandır”.

Bu fikirləri Lesoto Krallığının rabitə, elm və texnologiya naziri Nthati Moorasi səsləndirib.

#RİNN #WTDC25
❤3
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin Tədris və inkişaf sektorunun müdiri Ayaz Kərimov “İKT LAB-ın 10 illik fəaliyyətində qazandığı nailiyyətlər” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤3👍1
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının (QHT) həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb.
❤6
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,0% artaraq 3,120.5 milyon manat təşkil edib.

#RİNN
❤4👍1
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,9% artaraq 11,998.1 milyon manat təşkil edib.

#RİNN
❤4
Media is too big
VIEW IN TELEGRAM
“Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (#WTDC-25) mükəmməl şəkildə keçirilir. Hər şeyin yüksək səviyyədə təşkil olunduğunu görmək bizi həqiqətən heyran etdi. Hesab edirik ki, Azərbaycanın #rəqəmsal transformasiya yolu çox dəyərli təcrübədir”.

Bu fikirləri Mozambikin rabitə və rəqəmsal transformasiya naziri Ameriko Muçanqa səsləndirib.

#RİNN #WTDC25
❤5