#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 19 mart 2026-cı il tarixində saat 09:30-da Qobustan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şamaxı və Qobustan rayonlarının sakinlərini qəbul edəcək.
Qəbula 18 mart 2026-cı il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
#RİNN #VətəndaşQəbulu

❤3
Dövlət qurumları, özəl sektor və universitetlərlə əməkdaşlıq çərçivəsində təlim proqramları və #kibermaarifləndirmə təşəbbüslərini həyata keçirir, beynəlxalq tərəfdaşlarla birlikdə müasir tədris metodlarını ölkəyə gətirir, bununla da #kibertəhlükəsizlik sahəsində yerli məhsulların yaradılmasını və ekosistemin inkişafını dəstəkləyirik.
Məqsədimiz ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə vermək, bu sahədə ixtisaslı mütəxəssislərin sayını artırmaq, onların peşəkar bilik və bacarıqlarını gücləndirməkdir.
#RİNN #İRİA #AKM

❤4
Novruz və Ramazan bayramı günlərində əhalinin #nəqliyyat, #poçt, #telekommunikasiya, o cümlədən #internet, mobil #rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.
Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.
#RİNN

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 19 mart tarixində Qobustan şəhərində #Şamaxı və #Qobustan rayonlarının sakinlərini qəbul edib.
Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

❤2
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,2% artaraq 608.6 milyon manat təşkil edib.
#RİNN
#RİNN
❤2👏1
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,6% artaraq 2,267.2 milyon manat təşkil edib.
#RİNN
#RİNN
❤2👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Birlik, mərhəmət və mənəvi saflığın rəmzi olan Ramazan bayramı münasibətilə hər birinizi təbrik edirik!
#RİNN #RamazanBayramı
#RİNN #RamazanBayramı
❤3👍1
Milli-mənəvi dəyərlərimizin parlaq təcəssümü olan Novruz bayramı münasibətilə hər birinizi təbrik edir, xoş bahar əhvali-ruhiyyəsi və firavanlıq arzulayırıq!
#RİNN #NovruzBayramı
#RİNN #NovruzBayramı
❤3👍1
Media is too big
VIEW IN TELEGRAM
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələrində ayın ən vacib və aktual yeniliklərini sizə təqdim edir.
Budəfəki buraxılışda:
✅ Rəqəmsal dövlət xidmətlərinin vahid platformalarda təqdim edilməsi;
✅ Buzovna qəsəbəsində elektrik avtobus deposunun istifadəyə verilməsi
və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız.
#RİNN #NaRİNN

✅ #WUF13 zamanı istifadə olunacaq #radioelektron avadanlıqların və tezliklərin koordinasiyası məqsədilə portalın istifadəyə verilməsi;
✅ Xırdalanda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı həyata keçiriləcək yeni layihələr

31 Mart – Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad edirik.
#RİNN #AzərbaycanlılarınSoyqırımıGünü
#RİNN #AzərbaycanlılarınSoyqırımıGünü
❤3
Azərbaycan Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının mənzil-qərargahında keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (#BNF) 12-ci Nəqliyyat Statistikası Görüşündə təmsil olunub.
Azərbaycan bu görüşdə fəal iştirakı ilə BNF-yə sədrliyi çərçivəsində məlumat əsaslı, dayanıqlı və gələcəyə yönələn nəqliyyat sistemlərinin təşviqinə, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verib.
Ətraflı: https://bit.ly/3OeQriO

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və cari məsələlər ətrafında müzakirələr aparılıb.

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə işgüzar səfərdə olan “Samruk-Kazına” ASC-nin İdarə heyətinin sədri Nurlan Jakupov ilə görüş keçirib.
Görüş zamanı nəqliyyat və logistika sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Həmçinin Azərbaycan və Qazaxıstan limanlarında dibdərinləşdirmə işləri üzrə birgə layihə çərçivəsində əldə olunmuş nəticələr və əsas məqsədlər barədə fikir mübadiləsi aparılıb.
Görüşün yekununda AZCON Holding ilə “Samruk-Kazına” ASC-nin törəmə şirkəti olan “Samruk-Kazına Invest” MMC arasında dibdərinləşdirmə gəmisinin alışı və dibdərinləşdirmə işlərinin aparılması məqsədilə birgə müəssisənin yaradılmasına dair səhmdarlar sazişi imzalanıb.

❤2👍1
mincom.gov.az
Photo
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib.
Dövlətimizin başçısı görüşdə çıxış edərək vurğulayıb ki:
- Bu gün bizim hamımızın qarşısında duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarımızı genişləndirməkdir. Prinsip etibarilə buna hər zaman ehtiyac var. Çünki ölkələrimizdən keçən Orta Dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır.
- Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb. Həm dəmir yolları, Bakı Ticarət Limanı, bizim avtomobil yollarımız, hava limanlarımız - bütün nəqliyyat infrastrukturu hazır vəziyyətə gətirilib. O ki qaldı, Zəngəzur dəhlizinin icrasına, orada avtomobil yolunun təqribən 90 faizi, dəmir yolunun isə təxminən 70 faizi hazırdır.
- Bilirik və çox şadıq ki, Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verilmişdir. Beləliklə, bu layihələrin uzlaşdırılması, koordinasiya şəklində icra edilməsi yeni bir önəmli beynəlxalq dəhliz açacaqdır. Bu, Orta Dəhlizin bir qolu olacaq və bizim inşa etdiyimiz dəmir yolu infrastrukturu birinci mərhələdə 15 milyon ton yükün daşınmasına hesablanıb.
- 15 milyon tonluq yeni bir dəhlizin açılması həm ölkələrimiz, həm də geniş coğrafiya üçün böyük önəm daşıyır. Biz yenə də burada çox ciddi və məsuliyyətli mövqe sərgiləyirik - həm öz maraqlarımızı təmin edirik, həm də dünya üçün yeni nəqliyyat yollarını təqdim edirik.