mincom.gov.az
Photo
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib.
Dövlətimizin başçısı bildirib ki:
- Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar–sentyabr aylarında bu daşımaların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artıb və 8 min tondan çox olub.
- Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və “Şimal–Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks-istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar. Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək.
- Ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında – bir sözlə, demək olar ki, bütün aparıcı sahələrdə genişmiqyaslı birgə təşəbbüsləri uğurla həyata keçirmək üçün kifayət qədər resurslara malikdir. Əminəm ki, planauyğun birgə iş ən qısa müddətdə əhəmiyyətli praktik nəticələr əldə etməyə imkan verəcək.
- Bu gün Vyetnam Cənub–Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik.

❤1
20 noyabr #Ağdam Şəhəri Günü kimi qeyd olunur.
Ağdamda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri onun dayanıqlı inkişafı və gələcək rifahına xidmət edir.
#RİNN #AğdamŞəhəriGünü

❤2
mincom.gov.az
Photo
Tarixi nəticə: Ölkəmiz rəqəmsal hökumət sahəsində dünya üzrə 36 pillə irəliləyib.
Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə 2026-cı il hesabatında möhtəşəm irəliləyişə imza atıb. Ölkəmiz cəmi iki il ərzində 36 pillə irəliləyərək 74-cü mövqedən dünya reytinqinin 38-ci pilləsinə yüksəlib!
Bu, Azərbaycanın rəqəmsal hökumət sahəsində indiyədək əldə etdiyi ən mühüm beynəlxalq nəticələrdən biridir.
Əldə olunan nailiyyətlərin əsas göstəriciləri:
🔹 Ümumi EHİİ reytinqində 36 pillə irəliləyiş – dünya üzrə 38-ci yer;
🔹 Onlayn Xidmətlər İndeksində 56 pillə irəliləyiş – dünya üzrə 11-ci yer;
🔹 Xidmətlərin təqdim edilməsi altindeksi üzrə dünya üzrə 10-cu yer;
🔹 İnstitusional çərçivə altindeksi üzrə dünya üzrə 1-ci yer.
Azərbaycan bununla da “Çox yüksək EHİİ” kateqoriyasında mövqeyini daha da gücləndirərək Avstriya, Yaponiya, Kanada və İsrail kimi ölkələrin yer aldığı V3 altqrupuna yüksəlib.
Bu tarixi nəticə ölkəmizdə rəqəmsal transformasiyanın dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilməsi, strateji təşəbbüslərin həyata keçirilməsi, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi və vətəndaşyönümlü rəqəmsal xidmətlərin inkişafının nəticəsidir.
“mygov”, “digital.bridge”, rəqəmsal sənəd dövriyyəsi və digər mühüm təşəbbüslər vahid rəqəmsal hökumət ekosisteminin formalaşmasına və Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə töhfə verir.
#RİNN

❤5