mincom.gov.az
Photo
16 noyabr tarixində Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BTİ-nin Şurasının 2027–2030-cu illər üzrə üzvlüyünə, həmçinin AZCON Holding-in strukturuna daxil olan Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) əməkdaşı Sitarə Mehdiyeva təşkilatın Radio Tənzimləmə Komitəsinin (RTK) 2027–2030-cu illər üzrə üzvlüyünə seçilib.
Seçkilər ciddi beynəlxalq rəqabət şəraitində keçirilib. BTİ-yə üzv olan 194 ölkədən 48 ölkə BTİ-nin Şurasına üzv seçilir. Azərbaycan təmsil olunduğu Şərqi Avropa və Şimali Asiya regionu üzrə ən yüksək səs toplayaraq 129 səslə BTİ Şurasına üzv seçilib.
BTİ-nin Radio Tənzimləmə Komitəsinə (RTK) keçirilən seçkilərdə isə 194 ölkə arasından yalnız 12 ölkənin nümayəndəsi təmsilçilik hüququ qazanıb. Azərbaycan bu seçkilərdə də öz qrupunda ən yüksək səs toplayaraq 111 səslə RTK-ya üzv seçilib.
Beləliklə, Azərbaycan hər iki seçkidə təmsil olunduğu region üzrə ən yüksək səs toplayaraq BTİ-nin hər iki idarəetmə orqanında təmsil olunmaq hüququ qazanıb.
Ətraflı: https://tinyurl.com/mt9k92bu
#RİNN

Azərbaycan Respublikasının Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına və BTİ-nin Radio Tənzimləmə Komitəsinin 2027–2030…
❤1
17 noyabr Milli #Dirçəliş Günüdür.
Azadlıq iradəmizin və birliyimizin rəmzi olan bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edir, ölkəmizə firavanlıq və davamlı tərəqqi arzulayırıq!
#RİNN #MilliDirçəlişGünü
Azadlıq iradəmizin və birliyimizin rəmzi olan bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edir, ölkəmizə firavanlıq və davamlı tərəqqi arzulayırıq!
#RİNN #MilliDirçəlişGünü
❤2
2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,9% artaraq 3,639.6 milyon manat təşkil edib.
#RİNN
#RİNN
❤1
2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,2% artaraq 14,288.8 milyon manat təşkil edib.
#RİNN
#RİNN
❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Sabirabad şəhərində #Saatlı, #İmişli, #Sabirabad rayonlarının sakinlərini qəbul edib.
Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
#RİNN #VətəndaşQəbulu

❤3
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin bir qrup əməkdaşı üçün hesabatlılıq və şəffaflığa dair növbəti təlim keçirilib. Tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində təşkil edilib. Təlimdə hesabatlılıq və şəffaflıq prinsiplərinin tətbiqi, onların hüquqi əsasları əsas müzakirə mövzusu olub.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov vurğulayıb ki, hesabatlılıq və şəffaflıq effektiv idarəetmə üçün vacib amillərdəndir. Bu, aparılan islahatların nəticələrinə müsbət təsir göstərir. Şəffaf idarəetmənin təşviqi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyətində də prioritet təşkil edir.
Ətraflı: https://tinyurl.com/5t2wcwbs