mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Müstəqillik Günü xalqımızın tarixində qürur duyulacaq səhifələrdəndir.

Azərbaycanın dövlət müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzulayırıq!

#28May
❤10👍2
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Perspektivli şagird və tələbələri təlimlərə cəlb edərək onların olimpiadalarda yüksək nəticə əldə etmələrinə dəstək oluruq. Məqsədimiz ölkədə gələcək peşəkar #İKT mütəxəssislərinin sayını artırmaqdır.

#RİNN #1İyun #İnsanHüquqlarıAylığı #HumanRightsMonth
❤10
Bu gün Azərbaycanda #poçt rabitəsinin yaranmasının 206-cı ildönümüdür.

Azərbaycan poçtunun tarixi 1818-ci il iyunun 1-də Gəncə şəhərində ilk poçt kontorunun açılmasından başlanır.

Üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirən bütün poçt və #rabitə işçilərini təbrik edirik!

#RİNN
❤7👍1
Bu gün Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki #Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir.

Mülki hava gəmilərinin təhlükəsiz uçuşu, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunmasına nəzarəti təmin edən aviasiya işçilərini təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar arzulayırıq!

#2İyun #MülkiAviasiya
👍6❤3
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “Azərbaycan Hava Yolları” QSC prezidentinin müşaviri və “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyev “Azərbaycanda aeronaviqasiyanın perspektivləri və çağırışları” mövzusunda canlı yayımda çıxış edəcək.

Yayımı, həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #AZAL
❤6👍3
4 iyunda İsveçrənin Cenevrə şəhərində işə başlayan Beynəlxalq #Telekommunikasiya İttifaqı (BTİ) Şurasının illik sessiyasında Azərbaycanın təşkilatın 2025-ci ildə keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (ÜTİK) ev sahibliyi təsdiqlənib.

Qeyd edək ki, #MDB regionundan ilk dəfə #Azərbaycan bu tədbirə ev sahibliyi etmək imkanını əldə edib.

Ətraflı: https://tinyurl.com/3a595jm9

#RİNN
👍9❤3
İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər.
❤8👍1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) sədrinin müşaviri Şahin Əliyev “Təkmilləşdirilmiş rəqəmsal hökumət həlləri” mövzusunda canlı yayımda çıxış edəcək.

Yayımı, həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #İRİA #RəqəmsalHəllər
👍4❤3
“Onlayn Azərbaycan” layihəsi çərçivəsində #Gəncə şəhərinin 90%-dən çox hissəsi #yüksəksürətli internetlə əhatə edilib.

Yeni qoşulmalar davam etdirilir.

Ətraflı: https://tinyurl.com/4zubj4d8

#RİNN #Aztelekom #OnlaynAzərbaycan
❤5👍3
15 İyun – Milli #Qurtuluş Günü və #Qurban bayramı günlərində əhalinin #nəqliyyat, #poçt, #telekommunikasiya, o cümlədən #internet, #mobil #rabitə xidmətləri və #teleradio yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Ətraflı: https://tinyurl.com/37zstjz4

#RİNN
❤7
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 25 iyun 2024-cü il tarixində saat 09:00-da Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində #Şabran, #Siyəzən və #Xızı rayonlarının sakinlərini qəbul edəcək.

Ətraflı: https://tinyurl.com/3wx78wav

#RİNN #VətəndaşQəbulu
👍4❤3