mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İKTA-nın İstehlakçı hüquqları şöbəsinin müdiri Xalid Mikayılov və Poçt rabitəsi şöbəsinin aparıcı mütəxəssisi Vüqar Səmədov “Telekommunikasiya və #poçt (karqo) sahəsində vətəndaş şikayətləri” mövzusunda canlı yayımda çıxış edəcəklər.

Yayımı, həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #İKTA #Telekommunikasiya
👍3❤1
Media is too big
VIEW IN TELEGRAM
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal bələdçi” layihəsi davam edir.

Layihənin məqsədi qurumların əsas fəaliyyət istiqamətləri, eləcə də nazirlik tərəfindən həyata keçirilən layihələr barədə ictimaiyyətin məlumatlılığını artırmaqdır.

Layihənin növbəti videoçarxı “Teleradio” İB-nin fəaliyyətinə həsr olunub.

#RİNN #RəqəmsalBələdçi #Teleradio
👍9❤2
22-24 mayda Çin Xalq Respublikasının Çenqdu şəhərində 6-cı Çin Beynəlxalq #Təchizat Zənciri və #Logistika Sərgisi keçirilir.

Sərgidə iştirak edən #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Fariz Əliyev son illərdə Azərbaycanın #nəqliyyat sistemində əldə olunmuş nailiyyətlər və aparılmış islahatlardan danışıb.

Ətraflı: https://tinyurl.com/35sp9pxc

#RİNN
👍5❤4
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü keçirilib.
❤8👍3
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.
❤7👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Onlayn Azərbaycan” layihəsi çərçivəsində insanların rifahını yaxşılaşdırmaq məqsədilə #yüksəksürətli internetə çıxışın təmin olunması işlərini uğurla davam etdiririk!

#RİNN #Aztelekom #OnlaynAzərbaycan
❤8
22-24 may tarixlərində Almaniyanın Leypsiq şəhərində Beynəlxalq Nəqliyyat Forumunun #yaşıl #nəqliyyat mövzusuna həsr olunmuş Sammiti (ITF Summit 2024) keçirilib. Forumun 2-ci vitse-prezidenti olan #Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı və #COP29 Əməliyyat Şirkətinin dəstəyi ilə Sammit çərçivəsində keçirilən sərgidə ilk dəfə olaraq milli pavilyonla təmsil olunub.

Tədbirdə ölkəmizi #rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Ətraflı: https://tinyurl.com/mr4ywd5v

#RİNN
❤5👍2
#İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 25 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

“Azərpoçt” MMC bu fəaliyyətə töhfə vermək üçün “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində #poçt markaları buraxıb.

Ətraflı: https://tinyurl.com/2sfk7jpd

#RİNN #Azərpoçt #YaşılDünya
❤7👍2
“Çin – Avropa birbaşa sürətli keçid – Transxəzər sınaq daşımaları” pilot layihəsi çərçivəsində ilk sınaq daşımalarına başlanılıb. Çindən yola düşən 3 yük #nəqliyyat vasitəsi bu gün Azərbaycana çatıb.

Ətraflı: https://tinyurl.com/26589huc

#RİNN
👍5❤3
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova “Milli poçt sahəsində yeniliklər” mövzusunda canlı yayımda çıxış edəcək.

Yayımı, həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #Azərpoçt
👍9❤1