mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
“Aztelekom” MMC #Abşeron rayonunun 99%-ni yüksəksürətli internetlə əhatə edib.

Müasir texnologiyaların tətbiqi istiqamətində #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Ətraflı: https://bit.ly/3BQ0Meu

#RİNN #Aztelekom #OnlaynAzərbaycan
👍4❤2
Qazaxıstanda “Google” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Qafqaz və Mərkəzi Asiya 2024” hakatonu keçirilib. Astanada təşkil olunan və 7 ölkədən 120-dən çox iştirakçının yarışdığı hakatonda #Azərbaycan startapı “Farm Forward” 3-cü yerə sahib çıxıb. Startapın sahibi Altun Tarverdiyev #hakaton təşkilatçıları tərəfindən təltif olunub.

Tədbirdə ölkəmizi #rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Ətraflı: https://bit.ly/3UjFLiI

#RİNN
👍6❤1
Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq #nəqliyyat dəhlizlərinin qovşağında yerləşən #Azərbaycan #dəmiryolu ilə #tranzit yükdaşımaların həcmini artırır.

Bu ilin sonuna qədər 8 milyon ton tranzit yükün daşınması gözlənilir.

Bakı-Tbilisi-Qars dəmiryolunun yükötürmə həcminin 5 milyon tona çatdırılması, eyni zamanda yenilənmiş Astara Terminalının istifadəyə verilməsi dəmir yollarının #yükdaşıma gücünü əhəmiyyətli dərəcədə artırıb.

#RİNN #ADY #BakıTbilisiQars
👍5❤2
25 oktyabr #Qubadlı Şəhəri Günüdür.

Bu gün cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında qeyd edilir.

#RİNN
❤7🙏2
Bir sıra xarici ölkələrin Cenevrədə akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları üçün #brifinq təşkil olunub.

Brifinq Beynəlxalq #Telekommunikasiya İttifaqı, #Azərbaycan Respublikasının #Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi tərəfindən #COP29 zamanı keçiriləcək #Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü ilə bağlı keçirilib.

Ətraflı: https://bit.ly/3UogWST

#RİNN #BTİ
❤5
Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində oktyabrın 27-dən paytaxtın mərkəzi hissəsi – #İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrasına başlanılır.

Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən təsdiq edilən layihədə İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılması, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulur.

Ətraflı: https://bit.ly/3UqGhf4

#RİNN #Mobillik #Piyadalaşdırılma
❤6👍1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində şəhidlərin ailə üzvlərinin əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilib.

Şəhid ailələrinin həyat keyfiyyətinin yaxşılaşdırılması və #sosial inteqrasiyasına dəstək məqsədi daşıyan tədbir nazirlikdə üçüncü dəfə təşkil olunub.

Ətraflı: https://bit.ly/4e06WWL

#RİNN
❤6🙏1