mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
14-15 oktyabrda Beynəlxalq #Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə Hindistanın Nyu-Dehli şəhərində Qlobal Standartlar Simpoziumu (GSS-24) və Ümumdünya Standartlaşdırma Assambleyası (WTSA-24) işə başlayıb.

Tədbirdə ölkəmizi #rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Şahin Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Ətraflı: https://bit.ly/4dJGzVb

#RİNN #BTİ
❤5
14-24 oktyabrda Beynəlxalq #Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə Hindistanın Nyu-Dehli şəhərində keçirilən Qlobal Standartlar Simpoziumu (GSS-24) və Ümumdünya Standartlaşdırma Assambleyası (WTSA-24) çərçivəsində #Azərbaycan nümayəndə heyəti tərəfindən bir sıra görüşlər təşkil olunub.

Ətraflı: https://bit.ly/4f9FJSN

#RİNN #BTİ
❤6
17 oktyabr #Füzuli Şəhəri Günüdür.

Bu gün cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında qeyd edilir.

#RİNN
❤7
15-18 oktyabrda Türkiyənin İstanbul şəhərində Beynəlxalq Yol Federasiyasının təşkilatçılığı ilə “Dünya Konqresi 2024” adlı tədbir keçirilib.

#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Cavid Qurbanov nazirlər toplantısında, həmçinin tədbir çərçivəsində baş tutmuş sərgi və plenar müzakirələrdə iştirak edib.

Ətraflı: https://bit.ly/3BZTIfi

#RİNN
❤2
#Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümü münasibətilə xalqımızı təbrik edirik!

Müstəqilliyimiz əbədi və sarsılmaz olsun!

#18Oktyabr
❤8
20 oktyabr #Zəngilan Şəhəri Günüdür.

Bu gün cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında qeyd edilir.

#RİNN
❤6👍1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) #Kibertəhlükəsizlik üzrə davamlı inkişaf və araşdırma şöbəsinin müdiri Elman Kərimli “Azərbaycan #Kibertəhlükəsizlik Mərkəzinə yeni qeydiyyat dalğası” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #İRİA #AKM
❤6
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvlüyünə seçkilər keçirilib.

Səsvermədə üzvlüyə namizəd olan 12 nəfərdən ən çox səs toplamış 10 nəfər İctimai Şuraya üzv seçilib.

Ətraflı: https://bit.ly/3NTyvXv

#RİNN #İctimaiŞura
❤4👍3