mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
17 oktyabr #Füzuli Şəhəri Günüdür.

Bu gün cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında qeyd edilir.

#RİNN
❤7
15-18 oktyabrda Türkiyənin İstanbul şəhərində Beynəlxalq Yol Federasiyasının təşkilatçılığı ilə “Dünya Konqresi 2024” adlı tədbir keçirilib.

#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Cavid Qurbanov nazirlər toplantısında, həmçinin tədbir çərçivəsində baş tutmuş sərgi və plenar müzakirələrdə iştirak edib.

Ətraflı: https://bit.ly/3BZTIfi

#RİNN
❤2
#Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümü münasibətilə xalqımızı təbrik edirik!

Müstəqilliyimiz əbədi və sarsılmaz olsun!

#18Oktyabr
❤8
20 oktyabr #Zəngilan Şəhəri Günüdür.

Bu gün cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında qeyd edilir.

#RİNN
❤6👍1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) #Kibertəhlükəsizlik üzrə davamlı inkişaf və araşdırma şöbəsinin müdiri Elman Kərimli “Azərbaycan #Kibertəhlükəsizlik Mərkəzinə yeni qeydiyyat dalğası” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio #İRİA #AKM
❤6
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvlüyünə seçkilər keçirilib.

Səsvermədə üzvlüyə namizəd olan 12 nəfərdən ən çox səs toplamış 10 nəfər İctimai Şuraya üzv seçilib.

Ətraflı: https://bit.ly/3NTyvXv

#RİNN #İctimaiŞura
❤4👍3
“Aztelekom” MMC #Abşeron rayonunun 99%-ni yüksəksürətli internetlə əhatə edib.

Müasir texnologiyaların tətbiqi istiqamətində #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Ətraflı: https://bit.ly/3BQ0Meu

#RİNN #Aztelekom #OnlaynAzərbaycan
👍4❤2
Qazaxıstanda “Google” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Qafqaz və Mərkəzi Asiya 2024” hakatonu keçirilib. Astanada təşkil olunan və 7 ölkədən 120-dən çox iştirakçının yarışdığı hakatonda #Azərbaycan startapı “Farm Forward” 3-cü yerə sahib çıxıb. Startapın sahibi Altun Tarverdiyev #hakaton təşkilatçıları tərəfindən təltif olunub.

Tədbirdə ölkəmizi #rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Ətraflı: https://bit.ly/3UjFLiI

#RİNN
👍6❤1