mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib.
 
Cənab Prezident Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılmasının nəyə xidmət etdiyinə və bu təsisatdan gözləntilərin nədən ibarət olduğuna dair sualı cavablandırıb.
❤4🤡1🖕1
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib.

Cənab Prezident şəhər avtobus parkını elektrobuslarla əvəzləmək prosesinə başlanıldığını qeyd edib.
❤6
#Nəqliyyat sahəsində 2024-cü ildə görülmüş işlər və 2025-ci ildə planlaşdırılan layihələr haqqında mətbuat konfransı keçirilib.

Mətbuat nümayəndələri, sahə üzrə ekspertlər və mütəxəssislərin iştirakı ilə keçirilən tədbirdə #rəqəmsal #inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ötən il reallaşdırılan layihələr barədə məlumat verib. Bildirib ki:

✅ Son 20 ildə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş islahatlar, görülmüş işlər #yol infrastrukturunda ciddi dəyişikliklərə gətirib çıxarıb.

✅ Respublika üzrə 20,767 km uzunluğunda #avtomobil yolları salınıb, yenidən qurulub və təmir olunub. 335 ədəd körpü və yol ötürücüsü, 163 ədəd #yeraltı və #yerüstü #piyada keçidi və 45 ədəd tunel tikilib.

✅ Hazırda işğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 3 371,1 km təşkil edən 44 avtomobil yolu layihəsi icra edilir. 45 #tunel, 447 #körpü və 16 viadukun tikintisi aparılır.

Ətraflı: https://bit.ly/4fY15SN

#RİNN
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də Azərbaycan Dəmir Yollarının (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov “2024-cü ildə Azərbaycan dəmir yollarında #sərnişindaşıma sahəsində hansı yeniliklər olub?” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 24 yanvar 2025-ci il tarixində saat 09:30-da Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində #Quba, #Xaçmaz və #Qusar rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula 23 yanvar 2025-ci il tarixinə qədər Çağrı Mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
❤5👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibi Kayrat Sarıbay ilə görüşüb.

Görüşdə Azərbaycanın təşkilata sədrliyi çərçivəsində nəqliyyat və #İKT sahəsində görüləcək işlər müzakirə edilib.

Müvafiq tədbirlərin keçirilməsi və layihələrin icrası ilə bağlı əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

#RİNN
❤4
Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq edilib.

#Konsepsiya #rəqəmsal texnologiyaların tətbiqi ilə dövlət idarəetməsinin təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və vətəndaşların həyat keyfiyyətinin artırılmasını hədəfləyir.

Ətraflı: https://bit.ly/4jiW6ir

#RİNN
👍4❤2
Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsini dərin ehtiramla anırıq.

#20Yanvar #20Yanvar1990
❤5🙏2
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.

Ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub.

#20Yanvar #20Yanvar1990
❤6🙏3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyevin #Quba, #Xaçmaz və #Qusar rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Rəşad Nəbiyev vətəndaşları Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 27 yanvar 2025-ci il tarixində saat 09:00-da qəbul edəcək.

Qəbula 24 yanvar 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
❤6🙏1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyevin #Quba, #Xaçmaz və #Qusar rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Rəşad Nəbiyev vətəndaşları Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 31 yanvar 2025-ci il tarixində saat 09:00-da qəbul edəcək.

Qəbula 30 yanvar 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
❤5👍1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev və Kibertəhlükəsizlik üzrə davamlı inkişaf və araşdırma şöbəsinin müdiri Elman Kərimli “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ötənilki nəticələri və perspektivləri” mövzusunda çıxış edəcəklər.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤3👍1