mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
2025-ci ilin yanvar ayında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,9% artaraq 273,5 milyon manat təşkil edib.

#RİNN
❤2👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Şahin Babayev Asiya İnkişaf Bankının (AİB) özəl sektorun inkişafı üzrə regional direktoru Enriko Pinalinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı ölkəmizdə nəqliyyat sektorunun inkişafı, bu sahədə AİB tərəfindən icra olunan layihələrlə bağlı müzakirələr aparılıb.

Eyni zamanda nəqliyyat sahəsində AİB-nin Azərbaycan hökuməti ilə əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

#RİNN
❤3👍1
2025-ci ilin yanvar ayında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,1% artaraq 1,079.4 milyon manat təşkil edib.

#RİNN
❤4
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə #telekommunikasiya sahəsinin inkişafıdır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi “Aztelekom” MMC tərəfindən #Xocalı rayonunda məskunlaşma olan bütün yaşayış yerləri və biznes subyektləri, #internet də daxil olmaqla, telekommunikasiya xidmətləri ilə təmin olunub.

Ətraflı: https://bit.ly/3EYuqQe

#RİNN
❤5
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupunun görüşü baş tutub.

Ətraflı: https://bit.ly/3CZ98BC

#RİNN
❤5👎1
22 fevral #avtomobil yolları işçilərinin peşə bayramı günüdür.

Ölkədə mobilliyin təmin edilməsində, müasir və təhlükəsiz yolların qurulmasında əvəzsiz rolu olan bütün yol işçilərinə minnətdarlığımızı bildiririk!

#RİNN
❤3
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Bakıda keçirilmiş Azərbaycan – Pakistan biznes forumunda çıxış edib.
❤2👍2
#Xocalı soyqırımından 33 il keçir.

Faciə qurbanlarını ehtiramla anırıq.

Xocalı soyqırımı heç vaxt unudulmayacaq.

#XocalıSoyqırımı #KhojalyGenocide #JusticeForKhojaly #XocalıyaƏdalət
❤2👍1
#Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin kollektivi faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib.

Nazirliyin kollektivi faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək Xocalı soyqırımı abidəsinin önünə güllər düzüb.

#XocalıSoyqırımı #KhojalyGenocide #JusticeForKhojaly #XocalıyaƏdalət
❤3👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 4 mart 2025-ci il tarixində saat 12:00-da #Samux şəhərində yerləşən Heydər Əliyev Mərkəzində #Qazax, #Ağstafa, #Tovuz, #Şəmkir, #Gədəbəy, #Daşkəsən, #Samux, #Göygöl rayonları və #Gəncə şəhər sakinlərini qəbul edəcək.

Qəbula 3 mart 2025-ci il tarixinə qədər Çağrı Mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
❤2
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 28 fevral tarixindən Gəncədən Şuşa şəhərinə müntəzəm #avtobus reysi istifadəyə veriləcək.

Məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli #nəqliyyat xidmətlərinin göstərilməsi, habelə #Qarabağ və Şərqi #Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

Ətraflı: https://bit.ly/41wLPbE

#RİNN #AYNA #BöyükQayıdış
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də “AzInTelecom”un İşə qəbul və əmək münasibətlərinin tənzimlənməsi şöbəsinin müdiri Bəxtiyar Quliyev və İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar bölməsinin rəhbəri Amin Nəzərli “Əmək bazarında #SİMA ilə #rəqəmsallaşma” mövzusunda çıxış edəcəklər.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤1👍1👎1