İyunun 30-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “İnternetə qoşulma və #internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda İşçi qrupun rəhbəri və üzvləri, eləcə də özəl sektor nümayəndələri iştirak ediblər.
İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görüldüyünü qeyd edib.
Ətraflı: http://bit.ly/4epl1Ps
#RİNN

❤2
mincom.gov.az
İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısı çıxışında bildirib ki:
• Biz bugünkü imkanları nəzərə alaraq, həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı nəzərdən keçirdik.
• Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq.
• Çünki Orta Dəhliz layihəsi ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malikdir. Təbii ki, Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturu, - mən Azərbaycanın nəqliyyat infrastrukturunu nəzərdə tuturam, - xeyli böyük həcmdə yük qəbul etməyə hazır olmalıdır.

❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.
Bu gün saat 19:05-də “AzInTelecom”un Marketinq şöbəsinin müdiri Murad Əhmədov və İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar bölməsinin rəhbəri Amin Nəzərli “AzInTelecom”da 10 illik rəqəmsal yol və gələcək planlar” mövzusunda çıxış edəcəklər.
Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.
#RİNN #ASANRadio

❤3
Çin Xalq Respublikasında müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə “Qlobal Dayanıqlı #Nəqliyyat Forumu” keçirilib. Tədbirin məqsədi nəqliyyat sahəsində dayanıqlı inkişafın təmin olunması üçün holistik baxışın və vahid strategiyanın formalaşdırılması, #innovativ və təkrarlanabilən təşəbbüslərin paylaşılması, #rəqəmsal inkişaf, #yaşıl və aşağı karbonlu #texnologiyalar, nəqliyyat sistemlərinin inklüzivliyi və təhlükəsizliyi ilə bağlı qlobal əməkdaşlığı gücləndirməkdir.
Tədbirdə ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev təmsil edib.
Ətraflı: http://bit.ly/40D3LAx

❤2👍2
Fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş müvafiq rayonlara səfərlər üçün “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalından əldə olunan icazənin müddəti 5 günədək artırılıb.
👍3❤2

Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikası vətəndaşlarına məxsus #nəqliyyat vasitəsinin qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur.
Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, müvafiq yoxlanışdan keçdikdən sonra işğaldan azad edilmiş ərazilərə daxil olduqda mina təhlükəsizliyinə əməl etmək üçün marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.
Vətəndaşlar, həmçinin “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən vətəndaşlar əraziyə giriş icazəsi əldə etmiş olacaqlar.

❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Cenevrədə Beynəlxalq #Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (#WSIS)+20 Yüksək Səviyyəli Tədbir 2025” çərçivəsində təşkil edilən nazirlərin dəyirmi masasında iştirak edib.
Ətraflı: http://bit.ly/4lJfm9q
#RİNN
Ətraflı: http://bit.ly/4lJfm9q
#RİNN
👍4❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Cenevrədə Beynəlxalq #Telekommunikasiya İttifaqının (#BTİ) Baş katibi Dorin Boqdan Martin ilə görüş keçirib.
Ətraflı: http://bit.ly/4lPwMkU
#RİNN
Ətraflı: http://bit.ly/4lPwMkU
#RİNN
❤4👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Elmin Məmmədov Çin Mülki #Aviasiya Administrasiyasının Baş direktorunun müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ətraflı: http://bit.ly/44qcPeC
#RİNN
Ətraflı: http://bit.ly/44qcPeC
#RİNN
👍4❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüş keçirib.
Görüşdə ölkələrimiz arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq və gələcək perspektivlər, #BTQ dəmir yolu layihəsinin tam fəaliyyətə başlaması üçün görüləcək işlər, #avtomobil nəqliyyatı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
Eyni zamanda #İKT, rəqəmsal transformasiya, süni #intellekt və #innovasiya sahələrində potensial əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

❤2👍1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.
Bu gün saat 19:05-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (#İRİA) Nüvə tədqiqatları departamentinin müdiri Cəlal Nağıyev “Azərbaycanda #nüvə və #radiasiya texnologiyaları” mövzusunda çıxış edəcək.
Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.
#RİNN #ASANRadio
Bu gün saat 19:05-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (#İRİA) Nüvə tədqiqatları departamentinin müdiri Cəlal Nağıyev “Azərbaycanda #nüvə və #radiasiya texnologiyaları” mövzusunda çıxış edəcək.
Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.
#RİNN #ASANRadio
❤2
Cari ilin 17-28 noyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq #Telekommunikasiya İttifaqının (#BTİ) Dünya Telekommunikasiya İnkişaf Konfransı (#WTDC-25) çərçivəsində təşkil edilən #Könüllülük Proqramının müsahibə mərhələsi uğurla yekunlaşıb.
Ətraflı: http://bit.ly/464xTsc
#RİNN
Ətraflı: http://bit.ly/464xTsc
#RİNN
❤2