mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Azərbaycan İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən “Beynəlxalq Standartlaşdırma Təşkilatı (#ISO) tərəfindən təşkil olunan “Süni intellekt idarəetmə və standartlarında bacarıqların artırılması” layihəsində və Xeyir üçün Süni İntellekt Zirvə Görüşündə (AI for Good Summit) təmsil olunub.

Ətraflı: http://bit.ly/4lslMtR

#RİNN
❤2
Beynəlxalq #Telekommunikasiya İttifaqının 2025-ci il üzrə #İKT İnkişaf İndeksi (#IDI) hesabatı dərc olunub.

İKT İnkişaf İndeksində Azərbaycan 15 pillə irəliləyərək 164 ölkə arasında 76-cı yerə yüksəlib və ən sürətlə irəliləyən ilk 5 ölkə arasında yer alıb.

Azərbaycan (85,9) həm qlobal ortalamadan (78,0), həm də yuxarı orta gəlirli ölkələrin ortalamasından (81,1) yüksək nəticə göstərib.

“Onlayn Azərbaycan” layihəsinin nəticəsi olaraq ölkədə yüksək #rəqəmsal aktivlik artıb, sabit #genişzolaqlı #internet trafikinin həcmi MDB ortalamasından iki dəfə çox olub.

Ətraflı: http://bit.ly/4nXibFO

#RİNN
❤3
Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (#İKTA) jurnalistlər üçün təlim keçirilib.

Görüşü giriş sözü ilə açan #rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov #media təmsilçilərini təbrik edərək Azərbaycan mediasının inkişafından bəhs edib.

Ətraflı: http://bit.ly/4lyboRb

#RİNN
❤2
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (#AYNA) Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov “Nəqliyyat sahəsində mətbuatın rolu” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤1
2025-ci il iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi #nəqliyyat vasitələri ilə, həm də qrup halında #Şuşa, #Laçın, #Ağdam, #Füzuli, #Xocalı və #Xankəndi şəhərlərinə səfər edə biləcəklər. Qeyd edilən imkan 90 gün müddətinə qədər Azərbaycana səfər edən, həmçinin ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara şamil olunacaq.

Fərdi minik avtomobilləri ilə adıçəkilən ərazilərə səfər etmək istəyən xarici ölkələrin vətəndaşları “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalı üzərindən icazə almaqla səfərlərini reallaşdırmaq imkanı əldə edəcəklər.

Ətraflı: http://bit.ly/4o7eWvF

#RİNN
❤2
2025-ci ilin 1-ci yarımilliyində Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artaraq 1,761.3 milyon manat təşkil edib.

#RİNN
❤2👍1
2025-ci ilin 1-ci yarımilliyində Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4% artaraq 6,926.2 milyon manat təşkil edib.

#RİNN
❤1👍1
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.

Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb.
❤3
Bu gün ölkəmizdə Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi qeyd olunur.

Bu əlamətdar tarix münasibətilə #media nümayəndələrini təbrik edir, peşəkar fəaliyyətlərində uğurlar arzu edirik!

#RİNN #22İyul #MilliMətbuatGünü
❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 25 iyul 2025-ci il tarixində saat 09:00-da Füzuli rayonunun #Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində #Beyləqan, #İmişli, #Xocavənd və #Füzuli rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula 24 iyul 2025-ci il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
👍2❤1
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 25 iyulda #Horadiz şəhərində #Beyləqan, #İmişli, #Xocavənd və #Füzuli rayonlarının sakinlərini qəbul edib.

Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

#RİNN #VətəndaşQəbulu
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (#İKTA) Texniki tənzimləmə şöbəsinin müdiri Asim Namazov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cahangir Atakişiyev “Ölkədə #internet xidmətlərinin keyfiyyəti” mövzusunda çıxış edəcəklər.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤4
Xorvatiyanın paytaxtı Zaqreb şəhərinə Avropa Şurasının təşkilatçılığı ilə Azərbaycanda Media Peşəkarlığı və İnformasiya Azadlığının Təşviqi (PRO-M-FEX) layihəsi çərçivəsində “Məlumatların mühafizəsi təcrübələri” adlı tədris səfəri təşkil edilib.

Səfər zamanı ölkəmizdə “Azərbaycan Respublikasının #informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında #Rəqəmsal #İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı və “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni #intellekt Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlər, habelə informasiya təhlükəsizliyi və #kibertəhlükəsizlik, fərdi məlumatların işlənməsi və mühafizəsi, süni intellekt üzrə prioritet istiqamətlər barədə məlumat verilib.

Ətraflı: http://bit.ly/3GP9CMG

#RİNN
❤4