mincom.gov.az
✔
521 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,6% artaraq 10,645.9 milyon manat təşkil edib.

#RİNN
❤4
Bakıda Beynəlxalq #Nəqliyyat Forumunun (#ITF) 4-cü rüblük iclasları keçirilir. 4 günlük toplantı çərçivəsində Tədqiqat Komitəsinin iclasları təşkil edilib. İclaslarda 42 üzv ölkə təmsil olunub ki, bu da Komitənin tarixində ən yüksək göstəricidir.

Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kim çıxışında Azərbaycanın toplantıya ev sahibliyini yüksək qiymətləndirib. Baş katib ITF-in fəaliyyətinə dair hesabat təqdim edib, həyata keçirilən proqramlar, araşdırmalar və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat verib.

Ətraflı: http://bit.ly/47iOUOl

#RİNN
❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstanda keçirilən 5-ci Tbilisi İpək Yolu Forumunda iştirak edib.

Nazir Azərbaycanın Orta Dəhliz üzrə həyata keçirdiyi məqsədyönlü və müasir infrastruktur yatırımları, həmçinin daxili nəqliyyat şəbəkəsinin gücləndirilməsi istiqamətində atılan addımların nəticələrini diqqətə çatdırıb.

Rəşad Nəbiyev çıxışı zamanı #Zəngəzur dəhlizi üzrə aparılan sürətli infrastruktur işlərini və bu layihənin region üçün strateji əhəmiyyətini xüsusi vurğulayıb.

Nazir, həmçinin Azərbaycanın nəqliyyat sahəsindəki strateji mövqeyi, müasir #logistika imkanları və gələcəyə hesablanmış təşəbbüsləri barədə ətraflı məlumat verib.

#RİNN
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun (#BNF) Baş katibi Yunq Ta Kimlə görüş keçirib.

Azərbaycanın BNF-yə prezidentliyi ilə bağlı məsələlər, bu dövr üçün müəyyən edilən prioritetlər və təşkilatla əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Qeyd olunub ki, BNF-nin hazırda Bakıda keçirilən 4-cü rüblük iclasları uğurla davam edir.

Görüşdə, həmçinin nəqliyyat sahəsində #rəqəmsallaşma, #kadr potensialının gücləndirilməsi istiqamətində əməkdaşlıq məsələləri, cari və növbəti ildə Bakıda keçiriləcək BNF tədbirləri barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤4
Pakistanın paytaxtı İslamabad şəhərində Regional Nəqliyyat Nazirləri Konfransı keçirilir. 27 ölkənin iştirak etdiyi tədbirdə Azərbaycanı #rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Rəhman Hümmətov təmsil edir.

Nazir müavini Rəhman Hümmətov toplantıda çıxış edərək Azərbaycanda və regionda nəqliyyat dəhlizlərinin inkişafı barədə məlumat verib. Bildirib ki, Şərq və Qərb, Şimal və Cənub arasındakı kəsişmə nöqtəsində yerləşən Azərbaycan uzun illərdir, Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən mühüm #tranzit mərkəzi kimi çıxış edir. Ölkəmiz böyük infrastruktur layihələrinə sərmayə yatırıb və #multimodal nəqliyyat şəbəkəsi yaradıb. 2024-cü ildə ümumi tranzit həcmi 2019-cu illə müqayisədə 2,5 dəfə artaraq 14,5 milyon tona çatıb və bu yükün təxminən 30%-i Orta Dəhliz vasitəsilə daşınıb.

Ətraflı: http://bit.ly/4o7bKQj

#RİNN
❤3
Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumunda (#BNF) sədrliyi çərçivəsində Bakıda BNF-nin dördüncü rüb iclasları keçirilib. Eyni zamanda Nəqliyyatın İdarə Olunması Şurasının görüşü də baş tutub.

#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi tərəfindən təşkil olunan toplantının açılışında Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kim çıxış edərək iclasın yüksək səviyyədə keçirilməsinə görə Azərbaycana minnətdarlığını bildirib.

Ətraflı: http://bit.ly/42XrJI2

#RİNN
❤4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıda keçirilən Beynəlxalq #Nəqliyyat Forumunun (#BNF) Nəqliyyatın İdarə Olunması Şurasının iclasında iştirak edən Portuqaliyanın İnfrastruktur Nazirliyinin nümayəndəsi Luis Martins təəssüratlarını bölüşüb.

#RİNN #ITF
❤4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıda keçirilən Beynəlxalq #Nəqliyyat Forumunun (#BNF) Nəqliyyatın İdarə Olunması Şurasının iclasında iştirak edən Çex Respublikasının Nəqliyyat Nazirliyinin nümayəndəsi Jakub Cenek təəssüratlarını bölüşüb.

Qeyd edək ki, hazırda Çex Respublikası BNF-nin 1-ci vitse-prezidentidir, 2026 – 2027-ci illərdə prezidentliyi üzərinə götürəcək.

#RİNN #ITF
❤4