mincom.gov.az
✔
520 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumunda (#BNF) sədrliyi çərçivəsində Bakıda BNF-nin dördüncü rüb iclasları keçirilib. Eyni zamanda Nəqliyyatın İdarə Olunması Şurasının görüşü də baş tutub.

#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi tərəfindən təşkil olunan toplantının açılışında Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kim çıxış edərək iclasın yüksək səviyyədə keçirilməsinə görə Azərbaycana minnətdarlığını bildirib.

Ətraflı: http://bit.ly/42XrJI2

#RİNN
❤4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıda keçirilən Beynəlxalq #Nəqliyyat Forumunun (#BNF) Nəqliyyatın İdarə Olunması Şurasının iclasında iştirak edən Portuqaliyanın İnfrastruktur Nazirliyinin nümayəndəsi Luis Martins təəssüratlarını bölüşüb.

#RİNN #ITF
❤4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıda keçirilən Beynəlxalq #Nəqliyyat Forumunun (#BNF) Nəqliyyatın İdarə Olunması Şurasının iclasında iştirak edən Çex Respublikasının Nəqliyyat Nazirliyinin nümayəndəsi Jakub Cenek təəssüratlarını bölüşüb.

Qeyd edək ki, hazırda Çex Respublikası BNF-nin 1-ci vitse-prezidentidir, 2026 – 2027-ci illərdə prezidentliyi üzərinə götürəcək.

#RİNN #ITF
❤4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakıda keçirilən Beynəlxalq #Nəqliyyat Forumunun (#BNF) Nəqliyyatın İdarə Olunması Şurasının iclasında iştirak edən Türkiyə Nəqliyyat Nazirliyinin nümayəndəsi Oral Erdoğan təəssüratlarını bölüşüb.

#RİNN #ITF
❤4
Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında 25 oktyabr #Qubadlı Şəhəri Günü kimi qeyd edilir.

Bu gün Qubadlı yeni inkişaf dövrünü yaşayır.

#RİNN #QubadlıŞəhəriGünü
❤3
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (#İRİA) Rəqəmsal məhsulların inkişafı departamentinin müdiri Emil Rüstəmov “#mygov platformasında son yeniliklər” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤2👍2
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşüb.
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Çin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niupinqlə görüşüb.

Görüş zamanı iki ölkə, xüsusilə də Sian vilayəti ilə Azərbaycan arasında dəmir yolu və ümumilikdə nəqliyyat sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Həmçinin Sian şəhəri ilə birbaşa #hava əlaqələrinin yaradılması imkanları, süni #intellekt, #rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Bu məqsədlə müvafiq işçi qrupunun yaradılması barədə qərar verilib.

#RİNN
❤3
29 oktyabr 2025-ci il tarixində yerli media nümayəndələri üçün Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) ilə bağlı #brifinq təşkil olunub.

Brifinqdə qeyd edilib ki, Beynəlxalq #Telekommunikasiya İttifaqının (#BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı bu il 17-28 noyabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək. #MDB regionunda ilk dəfə təşkil olunan bu tədbir Azərbaycanın #rəqəmsal #transformasiya və #texnoloji #innovasiyalar sahəsində artan qlobal rolunu nümayiş etdirəcək.

Ətraflı: http://bit.ly/47rcEQf

#RİNN #WTDC25
👍3❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev “Huawei Enterprise Business Group”un Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə prezidenti Hao Zhichen ilə görüş keçirib.

Görüşdə Azərbaycanın süni #intellekt strategiyası, süni intellekt həllərinin tətbiqi istiqamətində müvafiq infrastrukturun formalaşdırılması və bu sahədə “Huawei” şirkətinin beynəlxalq təcrübəyə əsaslanan həllərinin təqdim edilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda #elektron #hökumət platformalarında süni intellekt texnologiyalarının tətbiqi imkanları, “Huawei”in təcrübəsindən irəli gələrək “Ağıllı şəhər” konsepsiyasının reallaşdırılması, insan kapitalının inkişafı məqsədilə birgə təşəbbüslərin həyata keçirilməsi barəsində fikir mübadiləsi aparılıb.

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun rifahı üzrə regional təcrübə direktoru Asad Alam və tanınmış iqtisadçı alim Ufuk Akçiğit ilə görüş keçirib.

Görüşdə Azərbaycanda #innovasiya və sahibkarlıq ekosisteminin inkişafı, dövlət qurumları və özəl sektorda səmərəliliyin yüksəldilməsi, eləcə də rəqəmsal transformasiyanın tətbiqi ilə #innovativ iqtisadi artım modelləri istiqamətində geniş müzakirələr aparılıb.

#RİNN
❤3👍1
Bu ilin 17-28 noyabrında keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı və 16 noyabrda keçiriləcək Qlobal Gənclər Sammiti tədbirlərini işıqlandırmaq istəyən #media nümayəndələri üçün ayrıca qeydiyyat prosesi nəzərdə tutulub.

Tədbirdə iştirak etmək üçün hər bir media nümayəndəsi aşağıdakı üç sənədi doldurmalıdır:
1. Ümumi qeydiyyat forması;
2. “WTDC-25” üzrə media akkreditasiyası forması;
3. “GYC-25” üzrə media akkreditasiyası forması.

Formalara keçid üçün təqdim olunan QR kodu skan etmək kifayətdir. Bütün sənədlər tam şəkildə doldurulduqdan sonra info@wtdc2025.az elektron ünvanına göndərilməlidir.

#Akkreditasiya məlumatları əsasında media nümayəndələrinə tədbir boyunca giriş nişanı təqdim olunacaq.

Ətraflı: https://wtdc2025.az/

#RİNN #WTDC25 #GYC25
❤3
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (#İRİA) İnformasiya təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Rəqəmsal inkişaf və innovasiya şöbəsinin böyük məsləhətçisi Arzu Abdullayeva “Kibertəhlükəsizlik sahəsində maarifləndirmə və kadr potensialının artırılması” mövzusunda çıxış edəcəklər.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤4
❤4