mincom.gov.az
Photo
Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək bildirib ki:
- Biz rəqəmsallaşmanı ölkəmizdə geniş miqyasda tətbiq edirik və bunun faydasını görürük. Yəni, bəlkə də geniş ictimaiyyət bunu yaxından izləmir. Ancaq biz görürük ki, rəqəmsallaşma olan sahələrdə artıq işin keyfiyyətinin əmsalı da artır, səmərə də artır və nəticə etibarilə daha gözəl nəticələr hasil edilir. Ona görə təsadüfi deyil ki, artıq bir müddət bundan əvvəl bizim hökumət strukturunda nazirliyə “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” adı verilmişdir və bu istiqamətdə də addımlar atılır. Azərbaycan alimlərini burada yenə də fəal olmağa dəvət edirəm.
- Digər vacib məsələ kibertəhlükəsizliklə bağlıdır. İndi dünyada kiberhücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara bu il məruz qalmışdır və Kibertəhlükəsizlik Mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya bilək, müdafiə edə bilək.

❤5
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Saməddin Əsədov “#Ookla” şirkətinin Yaxın Şərq və Afrika ölkələri üzrə vitse-prezidenti Tristan Muhader ilə görüş keçirib.
Görüşdə “Ookla” şirkətinin #İKT sahəsində əməkdaşlıq üçün təklifləri təqdim olunub, 2025-ci ilin iyun ayında Bakıda keçirilən görüş zamanı Nazirlik tərəfindən qaldırılan məsələlər müzakirə edilib.
Ətraflı: https://bit.ly/4qGwvDX
#RİNN

❤3
Hazırda 5 milyondan çox yüklənmə sayı olan “SİMA İmza” mobil tətbiqi vətəndaşlarla xidmətlər arasında sürətli, təhlükəsiz və məsafədən əlaqəni təmin edir.
Məqsədimiz istifadəçilərin maliyyə, sığorta, dövlət və digər sahələrdəki onlayn əməliyyatları maksimum əlçatan, vaxt baxımından daha səmərəli və təhlükəsiz şəkildə həyata keçirmələrinə şərait yaratmaqdır.
#RİNN #AzInTelecom #SİMAİmza

❤2👍1
Beynəlxalq #Telekommunikasiya İttifaqının (#BTİ) Cenevrədəki qərargahında BMT missiyaları və beynəlxalq ictimaiyyətin nümayəndələri üçün diplomatik #brifinq təşkil edilib.
Brifinqdə bu il 17-28 noyabr tarixlərində Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (#WTDC-25) barədə məlumat verilib.
Ətraflı: https://bit.ly/4hP0Ufu
#RİNN #WTDC25

❤4
Ölkəmizin hər bir guşəsinin keyfiyyətli #televiziya və #radio yayımı ilə təmin olunmasına töhfə verən bütün #teleradio işçilərini peşə bayramları münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!
#RİNN #AzərbaycanTeleviziyasıVəRadiosuGünü

❤6
Sofiyada keçirilən konfransda Bakı şəhərinin “#Rəqəmsal əkiz”i layihəsi təqdim olunub.
Ətraflı: https://bit.ly/3JJ30Rj
#RİNN
Ətraflı: https://bit.ly/3JJ30Rj
#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabi İnkişaf Fondu, Küveyt Ərəb İqtisadi İnkişaf Fondu və Səudiyyə İnkişaf Fondunun nümayəndə heyətləri ilə görüş keçirib.
Görüş zamanı qonaqlara #AZCON Holding-ə daxil olan şirkətlərin fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr və gələcək planları barədə ətraflı məlumat verilib.
Xüsusilə #telekommunikasiya, #rəqəmsallaşma və nəqliyyat sahələrində #innovativ layihələrin maliyyələşdirilməsi, beynəlxalq maliyyə resurslarının cəlb olunması, eləcə də bu istiqamətlərdə investisiya təşəbbüslərinin həyata keçirilməsi imkanları müzakirə edilib.
Eyni zamanda birgə əməkdaşlığın gücləndirilməsi və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin formalaşdırılmasına dair fikir mübadiləsi aparılıb.

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüş keçirib.
Görüş zamanı #AZCON Holding-ə daxil olan şirkətlərlə effektiv tərəfdaşlığın qurulması və layihələrin maliyyələşdirilməsi məsələləri müzakirə edilib.
Tərəflər, həmçinin gələcək əməkdaşlıq üçün imkanların araşdırılması istiqamətində fikir mübadiləsi aparıblar.
Görüşdə ölkəmizin təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu bildirilib.
Məhəmməd Süleyman Əl-Casir Azərbaycanda son illər ərzində #rəqəmsallaşma sahəsində görülən işləri yüksək qiymətləndirdiyini vurğulayıb.