Media is too big
VIEW IN TELEGRAM
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi davam edir.
Süni intellekt əsaslı #xəbər rubrikasının aparıcısı NaRİNN-lə növbəti buraxılışda #nəqliyyat və #telekommunikasiya sahələri üzrə ayın ən mühüm yeniliklərindən xəbərdar ola bilərsiniz.
#RİNN #Smartİcmal #NaRİNN #Süniİntellekt

❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Saməddin Əsədov Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziçlə görüşüb.
Görüşdə Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına hazırlıq prosesi, qlobal rəqəmsal bağlantının gücləndirilməsi və bu sahədə Azərbaycan – #Aİ əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub.
Ətraflı: https://bit.ly/48gzZWo
#RİNN

❤4
mincom.gov.az
Photo
Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya+Azərbaycan” formatında 7-ci Məşvərət Görüşünün iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək bildirib ki:
- Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır.
- Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb.
- Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir.
- Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir.
- Rəqəmsal rabitə sahəsində əməkdaşlığımız böyük potensiala malikdir. “Rəqəmsal İpək Yolu” layihəsinə Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi planları daxildir.

❤3
Bakıda Ümumdünya #Telekommunikasiya İnkişafı Konfransının (#WTDC-25) gənclərə həsr olunmuş “Beynəlxalq Telekommunikasiya İttifaqı Qlobal #Gənclər Sammiti 2025” (#ITU Global Youth Celebration 2025) keçirilib.
60-dan artıq ölkədən 500-dən artıq nümayəndənin iştirak etdiyi tədbirin məqsədi gənc innovatorları, dövlət xadimlərini və sənaye liderlərini bir araya toplayaraq gənclərin #rəqəmsal inkişafın gələcəyinin formalaşmasında iştirakını təşviq etmək olub.
Ətraflı: https://bit.ly/4rkMyrB
#RİNN #WTDC25

Müstəqillik iradəsinin, azad və güclü gələcəyə olan sarsılmaz inamın rəmzi olan Milli #Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edirik!
#RİNN #MilliDirçəlişGünü
#RİNN #MilliDirçəlişGünü
❤4
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.
Bu gün saat 19:05-də Elektron Təhlükəsizlik Xidmətinin (#ETX) Kibertəhlükəsizliyin idarəedilməsi sektorunun aparıcı məsləhətçisi Sənan Vəlizadə “Vətəndaşların üzləşdiyi aktual #kibertəhlükələr” mövzusunda çıxış edəcək.
Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.
#RİNN #ASANRadio

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Dövlətimizin başçısı bildirib ki:
- Telekommunikasiya sahəsində mötəbər beynəlxalq tədbir – Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq Azərbaycanda keçirilməsi əlamətdar hadisədir. Bu, Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında mövcud olan uzunmüddətli səmərəli əməkdaşlıq ənənələrinin təzahürü, eyni zamanda ölkəmizin rəqəmsal inkişaf sahəsində qlobal müstəvidə aparıcı mövqeyə malik olmasının bariz göstəricisidir.
- Telekommunikasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən tənzimləyici orqanları, beynəlxalq təşkilatları və bütün maraqlı tərəfləri bir araya gətirən bu konfransın məqsədi strategiya və tənzimləmə mexanizmlərini təkmilləşdirmək, inklüziv və dayanıqlı rəqəmsal transformasiyanın təşviqi istiqamətində müzakirələr aparmaq, rəqəmsal əlçatanlığı artırmaqdır.
- Kommunikasiya texnologiyaları sahəsi Azərbaycanın qeyri-neft iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmiş, son dörd ildə sabit artım ritmi qazanmışdır. Bütün bunlar süni intellektin inkişaf etdirilməsi, kiberhücumların qarşısının alınması və rəqəmsal infrastrukturun genişləndirilməsi sahəsində görülən ardıcıl tədbirlərlə müşayiət olunur.
- İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil edir. Bundan əlavə “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər” sənədinə uyğun olaraq rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi ölkəmizin əsas strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Biz bu istiqamətdə dövlət və özəl sektorları arasında əməkdaşlığa xüsusi önəm veririk.
- Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur. Rəqəmsal şəxsiyyət sahəsində də ölkəmiz qabaqcıl ölkələr sırasındadır. “SİMA” adlı biometrik rəqəmsal imza sistemi artıq 3,6 milyon istifadəçi tərəfindən qəbul edilmiş, 80-dən çox dövlət informasiya sisteminə inteqrasiya olunmuşdur. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin “Elektron Hökumətin İnkişafı İndeksi”nin ən yüksək kateqoriyası qrupuna daxil olmuşdur. Məqsədimiz növbəti beş il ərzində bu indeksdə ilk 40 ölkə sırasında yer almaqdır.
- Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edən Bakı bu gün yalnız qlobal telekommunikasiya mərkəzi deyil, həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır. Konfrans çərçivəsində eyni zamanda Bakı şəhərində BTİ-nin Regional Akselerasiya Mərkəzinin açılması planlaşdırılır. BTİ-nin qlobal innovasiya şəbəkəsinin bir hissəsi olacaq bu Mərkəz region üçün innovasiya və sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcəkdir.