mincom.gov.az
✔
521 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Bu gün Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (#WTDC-25) açılış mərasimi keçirilib.

Beynəlxalq #Telekommunikasiya İttifaqı (#BTİ) və Azərbaycan Respublikasının #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilən bu tədbirin mövzusunu “#inklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” təşkil edir.

Ətraflı: https://bit.ly/4oSgKIY

#RİNN #WTDC25
❤3
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (#WTDC-25) çərçivəsində #brifinq keçirilib.

Brifinqdə #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi və Beynəlxalq #Telekommunikasiya İttifaqının təmsilçiləri #media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

#RİNN #WTDC25
❤3
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Mərkəzi Asiya və Qafqaz üçün #rəqəmsal bağlantı” mövzusunda #seminar keçirilib.

Seminarın açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədov tədbirin mövzusunun regionun inkişafı və gələcək rifahı üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd olunub ki, hazırda tikintisi davam edən #Transxəzər fiber-optik kabel layihəsi Avropa ilə Asiyanı birləşdirən #yüksəksürətli və təhlükəsiz alternativ marşrut yaradaraq Azərbaycanı regional rəqəmsal mərkəzə çevirəcək.

Ətraflı: https://bit.ly/4r6GNNO

#RİNN #WTDC25
❤3
“Burada olmaq bizim üçün böyük şərəfdir. Sizin qonaqpərvərliyiniz həqiqətən təsirlidir. Qonaqlama və bu konfransın yüksək səviyyədə təşkilinə görə sizə təşəkkür edirik. Baş katibimizin də vurğuladığı kimi, bu #konfrans ilk dəfə olaraq #MDB regionunda keçirilir. #Azərbaycan xalqına və hökumətinə göstərdiyi misilsiz qonaqpərvərliyə və forum iştirakçılarının yüksək səviyyədə qarşılanmasına görə dərin minnətdarlığımı bildirirəm”.

Bunu Beynəlxalq #Telekommunikasiya İttifaqının İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının açılış mərasimində çıxışı zamanı deyib.

#RİNN #WTDC25
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının informasiya texnologiyaları və #telekommunikasiya üzrə federal naziri Şaza Fatima Xavaja ilə görüş keçirib.

Görüşdə Azərbaycanda #innovasiya və rəqəmsal inkişaf sahəsində həyata keçirilən yeniliklər haqqında müzakirələr aparılıb. #İKT sahəsində normativ hüquqi bazanın genişləndirilməsi və müvafiq sahədə birgə layihələrin icrası məqsədilə işçi qrupun yaradılmasına dair razılıq əldə olunub.

#RİNN
❤5
Bakıda keçirilən “#WTDC-25” çərçivəsində Azərbaycanın #telekommunikasiya və #poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (#İKTA) ilə Rumıniyanın kommunikasiya sahəsi üzrə tənzimləyici milli qurumu ANCOM arasında işgüzar görüş keçirilib.

Müzakirələrin sonunda qurumlar arasında Anlaşma Memorandumu imzalanıb. #Memorandum qurumların qarşılıqlı təcrübə və bilik mübadiləsini daha da genişləndirməsini, ortaq layihələr və təlim proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Ətraflı: https://bit.ly/4i7GTkm

#RİNN #WTDC25
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda səfərdə olan Malayziyanın rabitə naziri Datuk Ahmad Fahmi Mohamed Fadzil ilə görüş keçirib.
 
Görüşdə iki ölkə arasında #İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Xüsusilə #5G, data mərkəzləri və rəqəmsal iqtisadiyyat sahəsində təcrübə mübadiləsi, bu məqsədlə azərbaycanlı mütəxəssislərin qısa zamanda Malayziyaya ezam olunması barədə razılıq əldə olunub.
 
#RİNN
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (#WTDC-25) iştirak məqsədilə ölkəmizdə səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Səttar Haşemi ilə görüşüb.

Görüşdə iki ölkə arasında #İKT sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəfdaşlığın gücləndirilməsi ilə bağlı işçi qrupun yaradılması və normativ hüquqi bazanın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə son zamanlar iki ölkə arasında İKT sahəsində, xüsusilə tezliklərin koordinasiyasında əldə olunan uğurlu əməkdaşlığın davam etdirilməsi razılaşdırılıb.

#RİNN
❤3