mincom.gov.az
✔
521 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq layihələr sektorunun baş məsləhətçisi Bəhruz Ağalarov “#WTDC-25: Rəqəmsal inkişafın qlobal prioritetləri və Azərbaycanın bu prosesdə rolu” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤3
Ölkə üzrə #rəqəmsal infrastrukturun inkişafına yönəlmiş yüksəkkeyfiyyətli genişzolaqlı həllər təqdim edirik.

Məqsədimiz etibarlı, keyfiyyətli və sürətli interneti hər kəs üçün daha əlçatan etməkdir.

#RİNN #Aztelekom
❤3👍2
Bu gün Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib.

Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, #rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev İraq nümayəndə heyətini salamlayaraq bildirib ki, sıx tarixi, dini və mədəni əlaqələrə malik iki dost ölkə olan Azərbaycan və İraq arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclasının Protokolu imzalanıb.

Ətraflı: https://bit.ly/4rB8izl

#RİNN
❤4👍1
Media is too big
VIEW IN TELEGRAM
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsində süni intellekt əsaslı #xəbər rubrikasının aparıcısı NaRİNN nəqliyyat və #telekommunikasiya sahələri üzrə ayın ən mühüm yeniliklərini çatdırır.

#RİNN #Smartİcmal #NaRİNN #Süniİntellekt
❤4
❤3
mincom.gov.az
Photo
6 dekabr – #Rabitə və #informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyində tədbir keçirilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov çıxışında Azərbaycan rabitəsinin 144 illik zəngin tarixinə nəzər salıb. O, eyni zamanda texnoloji inkişafın yeni mərhələsindən, ölkədə #internet infrastrukturunun, elektron xidmətlərin təkmilləşdirilməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan söz açıb.

Nazir müavini əldə olunan nailiyyətlərdə əməkdaşların böyük əməyi olduğunu vurğulayıb və sahə işçilərini təbrik edib.

Sonra peşə bayramı və ölkəmizdə #telefon rabitəsinin yaradılmasının 144 illiyi ilə əlaqədar RİNN tərəfindən “Rabitə ustası” adına və Fəxri Fərmana layiq görülən əməkdaşlar təltif olunublar.

#RİNN
❤4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
6 dekabr – #Rabitə və #informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə həmkarlarımızı təbrik edir, ölkəmizin #rəqəmsal inkişafı istiqamətində fəaliyyətlərində uğurlar arzulayırıq!

#RİNN
❤4