mincom.gov.az
✔
521 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
6 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü münasibətilə #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib.

Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri düzülüb.

#RİNN
❤5
17-28 noyabr tarixlərində Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (#WTDC-25) uğurlu nəticələrlə yadda qalıb.

Tədbir iştirakçı sayı və yüksəksəviyyəli qonaqların iştirakı baxımından əvvəlki illərin nəticələrini üstələyərək rekord qırıb.

Ətraflı: https://bit.ly/3Y0kKLH

#RİNN #WTDC25
❤4👍1
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Rəqəmsal Dialoq” layihəsi “ASAN Radio”da davam edir.

Bu gün saat 19:05-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (#İRİA) İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli “#İnnovasiya ekosistemində son yeniliklər” mövzusunda çıxış edəcək.

Canlı yayımı həmçinin nazirliyin və radionun “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz.

#RİNN #ASANRadio
❤2
Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış ediblər.

Dövlətimizin başçısı çıxışında bildirib ki:

- İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin.

- Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.

- Gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik.

- Beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik.
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfəri çərçivəsində “Intel” şirkətinin vitse-prezidenti Sara Kemp ilə görüş keçirib.

Görüşdə süni #intellekt və yüksək performanslı hesablama infrastrukturu, “ağıllı” #mobillik və bu sahələrdə milli #kadr hazırlığı üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

İnsan kapitalının inkişafı istiqamətində təlim proqramlarına dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda ölkəmizin prioritet sektorlar üzrə birgə investisiyanın və tətbiqi həllərin araşdırılmasına hazır olduğu bildirilib.

#RİNN
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-də Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin direktoru vəzifəsini icra edən Madhu Qottumukkala ilə görüş keçirib.

Görüş zamanı #kibertəhlükəsizlik standartlarının uyğunlaşdırılması, “bulud” mühitində dövlət məlumatlarının daha etibarlı qorunması, bu sahədə idarəetmə modelinin yaxşılaşdırılması və #kadr hazırlığının gücləndirilməsi üzrə tərəfdaşlıq perspektivləri müzakirə edilib.

#RİNN
❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “Amazon Web Services” (AWS) şirkətinin ümumdünya dövlət sektorunda texnologiyalar üzrə vitse-prezidenti Dominik Delmolino ilə görüş keçirib.

Görüş zamanı “bulud” infrastrukturunun inkişafı, dövlət xidmətlərində rəqəmsal transformasiya, #kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və #innovasiya ekosisteminin genişləndirilməsi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi Daniel Edvards ilə görüş keçirib.

Görüşdə Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi strateji əhəmiyyəti, multimodal dəhlizlər və infrastruktur layihələri barədə ətraflı məlumat verilib.

Həmçinin #Zəngəzur dəhlizinin açılması, “TRIPP” layihəsinin sürətləndirilməsi, Naxçıvan dəmir yolunun bərpası və modernləşdirilməsində ABŞ ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda #aviasiya və dəniz nəqliyyatı daxil olmaqla nəqliyyatın digər sahələrində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

#RİNN
❤3👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “Google” şirkətinin beynəlxalq hökumət əlaqələri üzrə rəhbəri Reyçel Koulman ilə görüşüb.

Görüş zamanı “Google” ilə “bulud” #innovasiya laboratoriyaları, bacarıq proqramları da daxil olmaqla, innovasiya və #startap ekosisteminin qurulması istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “Ağ Ev”in Elm və Texnologiya Siyasəti Ofisinin rəhbəri İtan Klayn ilə görüşüb.

Görüşdə süni #intellekt və yeni #texnologiyalar sahəsində əməkdaşlıq, beynəlxalq standartlara uyğun #kadr hazırlığı, eləcə də enerji və #kibertəhlükəsizlik istiqamətlərində birgə fəaliyyət və təlim imkanları müzakirə edilib.

Həmçinin ABŞ şirkətləri ilə Azərbaycan arasında daha sıx tərəfdaşlığın qurulması və bu istiqamətdə atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.

İki ölkə arasında normativ-hüquqi bazanın genişləndirilməsi, bu çərçivədə #İKT və süni intellekt sahələrinin xüsusi yer almasının vacibliyi vurğulanıb.

#RİNN
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Ticarət Departamenti katibinin müavinləri Vilyam Kimmitt və Ceffri Kessler ilə görüşüb.

Görüşdə iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, Azərbaycanda investisiya üçün əlverişli mühit olduğu vurğulanıb.

Həmçinin Orta Dəhliz və Zəngəzur dəhlizinin inkişafı, eləcə də “#TRIPP” layihəsinin qısa zamanda istifadəyə verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

#Rəqəmsallaşma, süni #intellekt və #kibertəhlükəsizlik sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Qarşı tərəf ABŞ istehsalı olan rəqəmsal məhsulların Azərbaycana ixracında mövcud çətinliklərin aradan qaldırılmasına dəstək göstərməyə hazır olduğunu bildirib.

#RİNN
❤2
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin daha bir qrup əməkdaşı üçün “Hesabatlılıq və şəffaflığın təmin olunması: normativ hüquqi baza və institusional mexanizmlər” mövzusunda təlim təşkil olunub.

Tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 – 2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində baş tutub.

Ətraflı: https://bit.ly/48Mkepy

#RİNN
❤3