mincom.gov.az
✔
521 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin daha bir qrup əməkdaşı üçün “Hesabatlılıq və şəffaflığın təmin olunması: normativ hüquqi baza və institusional mexanizmlər” mövzusunda təlim təşkil olunub.

Tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 – 2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində baş tutub.

Ətraflı: https://bit.ly/48Mkepy

#RİNN
❤3
Bakıda Beynəlxalq Mülki #Aviasiya Təşkilatının (#ICAO) Avropa və Şimali Atlantika regionu üzrə ətraf mühitin mühafizəsinə dair İşçi qrupunun iclası keçirilir.

Tədbirdə “ICAO”nun ətraf mühit strategiyası, dövlətlərin emissiyaların azaldılması üzrə fəaliyyət planları təqdim olunur, bu sahədəki son yeniliklər müzakirə edilir.

Ətraflı: https://bit.ly/4oF51fD

#RİNN
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Saməddin Əsədov Çin Xalq Respublikasının Dövlət Şurası yanında Dövlət Əmlakına Nəzarət və İdarəetmə Komitəsinin (#SASAC) nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Azərbaycan ilə Çin arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Saməddin Əsədov qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub və Orta Dəhlizi onun əsas tərkib hissəsi kimi görür.

Ətraflı: https://bit.ly/4aHIUlr

#RİNN
❤3👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “Brookfield” şirkətinin icraçı direktoru Bruce Flatt ilə görüş keçirib.

Görüş zamanı data mərkəzləri, süni #intellekt, nəqliyyat infrastrukturunun modernləşdirilməsi sahəsində birgə #investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-də “IBM” şirkətinin Qlobal strateji təşəbbüslər üzrə icraçı direktoru Dima Alatel ilə görüşüb.

Görüşdə Azərbaycanın rəqəmsal transformasiyası, suveren “bulud”, data və kvantum platformalarının yaradılması, həmçinin dövlət müəssisələrinin rəqəmsallaşdırılması, logistika layihələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Eyni zamanda #innovasiya mərkəzləri və #kadr hazırlığı proqramları vasitəsilə uzunmüddətli strateji tərəfdaşlıq və investisiya modelləri barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (#GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi, Kapital formalaşdırılması üzrə qlobal rəhbəri Erik Varvel və “BlackRock” şirkətinin baş idarəedici direktoru Cud Abdel Macid ilə görüş keçirib.

Görüşdə Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin yaratdığı regional imkanlar müzakirə edilib.

Həmçinin nəqliyyat, logistika, rəqəmsal infrastruktur və #data mərkəzləri üzrə birgə investisiya platformasının yaradılması barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤3