#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (#GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi, Kapital formalaşdırılması üzrə qlobal rəhbəri Erik Varvel və “BlackRock” şirkətinin baş idarəedici direktoru Cud Abdel Macid ilə görüş keçirib.
Görüşdə Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin yaratdığı regional imkanlar müzakirə edilib.
Həmçinin nəqliyyat, logistika, rəqəmsal infrastruktur və #data mərkəzləri üzrə birgə investisiya platformasının yaradılması barədə fikir mübadiləsi aparılıb.
#RİNN

❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Saməddin Əsədov ölkəmizdə səfərdə olan ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanla ABŞ arasında məzmunca zənginləşən strateji əməkdaşlıqdan məmnunluq ifadə olunub. Nazirliklə ABŞ-nin Ticarət və İnkişaf Agentliyi arasında #dəmiryol infrastrukturu, #telekommunikasiya, #kosmik texnologiyalar, süni #intellekt texnologiyaları üçün #data mərkəzlərinin tikintisi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

❤2