mincom.gov.az
✔
521 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Saməddin Əsədov Çin Xalq Respublikasının Dövlət Şurası yanında Dövlət Əmlakına Nəzarət və İdarəetmə Komitəsinin (#SASAC) nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Azərbaycan ilə Çin arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Saməddin Əsədov qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub və Orta Dəhlizi onun əsas tərkib hissəsi kimi görür.

Ətraflı: https://bit.ly/4aHIUlr

#RİNN
❤3👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “Brookfield” şirkətinin icraçı direktoru Bruce Flatt ilə görüş keçirib.

Görüş zamanı data mərkəzləri, süni #intellekt, nəqliyyat infrastrukturunun modernləşdirilməsi sahəsində birgə #investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-də “IBM” şirkətinin Qlobal strateji təşəbbüslər üzrə icraçı direktoru Dima Alatel ilə görüşüb.

Görüşdə Azərbaycanın rəqəmsal transformasiyası, suveren “bulud”, data və kvantum platformalarının yaradılması, həmçinin dövlət müəssisələrinin rəqəmsallaşdırılması, logistika layihələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Eyni zamanda #innovasiya mərkəzləri və #kadr hazırlığı proqramları vasitəsilə uzunmüddətli strateji tərəfdaşlıq və investisiya modelləri barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (#GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi, Kapital formalaşdırılması üzrə qlobal rəhbəri Erik Varvel və “BlackRock” şirkətinin baş idarəedici direktoru Cud Abdel Macid ilə görüş keçirib.

Görüşdə Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin yaratdığı regional imkanlar müzakirə edilib.

Həmçinin nəqliyyat, logistika, rəqəmsal infrastruktur və #data mərkəzləri üzrə birgə investisiya platformasının yaradılması barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədovla ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə ticarət elçisi Lord Con Olderdays arasında görüş keçirilib.

Ticarət elçisinə son 20 ildə ölkədə nəqliyyat və #kommunikasiya infrastrukturuna yatırılan sərmayələr və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Azərbaycanın Mərkəzi Asiya, eləcə də Orta Dəhliz üzərində yerləşən digər ölkələrlə fəal əməkdaşlığı nəticəsində son illərdə bu dəhlizlə daşımaların həcminin bir neçə dəfə artdığı qeyd olunub.

Ətraflı: https://bit.ly/4oNe4v2

#RİNN
❤2👎1
12 dekabr Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.
 
Bütün həyat və fəaliyyətini Azərbaycanın inkişafına həsr edən Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edirik.
 
#RİNN #12dekabr #HeydərƏliyev
❤5
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.

12 dekabrda #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Ümummilli Liderin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.

#RİNN
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “AMD” şirkətinin baş vitse-prezidenti Devid Vanq ilə görüşüb.

Görüşdə Azərbaycanın süni #intellekt sahəsində imkanlarının genişləndirilməsi və regional rəqəmsal mərkəzə çevrilməsi perspektivləri müzakirə olunub.

Həmçinin “AMD” ilə birgə süni intellekt mərkəzləri, tədqiqat və təhsil təşəbbüsləri, eləcə də uzunmüddətli strateji əməkdaşlıq və birgə investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-də “Meta” şirkətinin qlobal əlaqələr üzrə direktoru Molli Montqomeri ilə görüşüb.

Görüşdə Azərbaycanın “Meta” şirkəti ilə rəqəmsal idarəetmə və #innovativ həllərin tətbiqi üzrə əməkdaşlıq imkanları, eləcə də regional rəqəmsal ekosistemin inkişafına yönəlmiş birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.

#RİNN
❤6
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-də Stanford Mühəndislik Məktəbinin Qlobal və Onlayn Təhsil Mərkəzinin (CGOE) rəhbəri Karissa Litl və Stanford Universitetinin professoru Marko Pavone ilə görüş keçirib.

Görüşdə süni #intellekt, istedadların inkişafı və #innovasiya ekosistemləri sahələrində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

#RİNN
❤3