mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-də “IBM” şirkətinin Qlobal strateji təşəbbüslər üzrə icraçı direktoru Dima Alatel ilə görüşüb.

Görüşdə Azərbaycanın rəqəmsal transformasiyası, suveren “bulud”, data və kvantum platformalarının yaradılması, həmçinin dövlət müəssisələrinin rəqəmsallaşdırılması, logistika layihələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Eyni zamanda #innovasiya mərkəzləri və #kadr hazırlığı proqramları vasitəsilə uzunmüddətli strateji tərəfdaşlıq və investisiya modelləri barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (#GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi, Kapital formalaşdırılması üzrə qlobal rəhbəri Erik Varvel və “BlackRock” şirkətinin baş idarəedici direktoru Cud Abdel Macid ilə görüş keçirib.

Görüşdə Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin yaratdığı regional imkanlar müzakirə edilib.

Həmçinin nəqliyyat, logistika, rəqəmsal infrastruktur və #data mərkəzləri üzrə birgə investisiya platformasının yaradılması barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədovla ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə ticarət elçisi Lord Con Olderdays arasında görüş keçirilib.

Ticarət elçisinə son 20 ildə ölkədə nəqliyyat və #kommunikasiya infrastrukturuna yatırılan sərmayələr və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Azərbaycanın Mərkəzi Asiya, eləcə də Orta Dəhliz üzərində yerləşən digər ölkələrlə fəal əməkdaşlığı nəticəsində son illərdə bu dəhlizlə daşımaların həcminin bir neçə dəfə artdığı qeyd olunub.

Ətraflı: https://bit.ly/4oNe4v2

#RİNN
❤2👎1
12 dekabr Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.
 
Bütün həyat və fəaliyyətini Azərbaycanın inkişafına həsr edən Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edirik.
 
#RİNN #12dekabr #HeydərƏliyev
❤5
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.

12 dekabrda #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Ümummilli Liderin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.

#RİNN
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “AMD” şirkətinin baş vitse-prezidenti Devid Vanq ilə görüşüb.

Görüşdə Azərbaycanın süni #intellekt sahəsində imkanlarının genişləndirilməsi və regional rəqəmsal mərkəzə çevrilməsi perspektivləri müzakirə olunub.

Həmçinin “AMD” ilə birgə süni intellekt mərkəzləri, tədqiqat və təhsil təşəbbüsləri, eləcə də uzunmüddətli strateji əməkdaşlıq və birgə investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-də “Meta” şirkətinin qlobal əlaqələr üzrə direktoru Molli Montqomeri ilə görüşüb.

Görüşdə Azərbaycanın “Meta” şirkəti ilə rəqəmsal idarəetmə və #innovativ həllərin tətbiqi üzrə əməkdaşlıq imkanları, eləcə də regional rəqəmsal ekosistemin inkişafına yönəlmiş birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.

#RİNN
❤6
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-də Stanford Mühəndislik Məktəbinin Qlobal və Onlayn Təhsil Mərkəzinin (CGOE) rəhbəri Karissa Litl və Stanford Universitetinin professoru Marko Pavone ilə görüş keçirib.

Görüşdə süni #intellekt, istedadların inkişafı və #innovasiya ekosistemləri sahələrində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

#RİNN
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “OpenAI” şirkətinin tətbiqi tədqiqatlar ofisinin rəhbəri Boris Pouer ilə görüşüb.

Görüşdə suveren süni #intellekt infrastrukturunun yaradılması, birgə #innovasiya və tədqiqat təşəbbüsləri, təhsil və #kadr hazırlığı, lokal tələblərə uyğunlaşdırılmış süni zəka həlləri sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤4
Media is too big
VIEW IN TELEGRAM
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsinin növbəti buraxılışında süni intellekt əsaslı #xəbər rubrikasının aparıcısı NaRİNN nəqliyyat və #telekommunikasiya sahələri üzrə ayın ən mühüm yeniliklərini çatdırır.

#RİNN #Smartİcmal #NaRİNN #Süniİntellekt
❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “NVIDIA” şirkətinin qlobal süni #intellekt təşəbbüsləri üzrə vitse-prezidenti Kalista Redmond ilə görüşüb.

Görüş zamanı Azərbaycan və “NVIDIA” arasında əməkdaşlıq çərçivəsində suveren milli süni intellekt platformalarının qurulması və yüksək hesablama gücünə əsaslanan dövlət xidmətlərinin modernizasiyası üzrə imkanlar müzakirə olunub.

Həmçinin suveren süni intellekt ekosisteminin əsas elementləri və iştirakçıları, startapların inkişafı, süni intellekt üzrə #kadr hazırlığı və “NVIDIA” texnologiyalarının strateji sahələrdə tətbiqi üzrə birgə təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində “Apple” şirkətinin korporativ hökumət əlaqələri üzrə rəhbəri Ceyson Lundqard ilə görüş keçirib.

Görüş zamanı rəqəmsal transformasiya və #innovasiya sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin təhsil, innovasiya ekosistemi və inkişaf proqramları üzrə “Apple Developer Academy” və digər təşəbbüslərlə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

#RİNN
❤5