mincom.gov.az
Photo
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib.
Dövlətimizin başçısı bildirib ki:
- Yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata üstünlük verilməsi bir çıxış yolu ola bilər. Bu istiqamət üzrə bizim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq mütəxəssisləri cəlb etməklə fəal işləyir.
- Artıq Bakının yeni yol infrastrukturunun xəritəsi təsdiqləndi. Qeyd etdiyim kimi, 10 yeni metro stansiyasının yeri də müəyyən olundu. O yerlər artıq onların sərəncamına verildi. Bundan başqa, əlavə iki depo da tikiləcək. Mövcud olan metro stansiyalarında optimallaşma layihələri icra edilir.
- Mikromobillik, piyadalar üçün daha geniş məkanın verilməsi və bəzi küçələrin ancaq piyadalar üçün təşkili prosesi davam edir və yaxın aylarda ictimaiyyət bunu görəcək.
- Yeni parklar, ictimai zonalar, istirahət zonaları yaradıldıqda mütləq onun nəqliyyat infrastrukturu da paralel olaraq öz həllini tapır.
- İndi velosiped zolaqlarının yaradılmasına başlanılmışdır. Bu, həm sağlamlıqdır, həm də ki, tıxaclara qarşı önəmli bir vasitə olacaq.
- Hər il Bakıya yüzlərlə yeni avtobus gətirilir. Hazırda havanı çirkləndirməyən elektrobuslar istehsal olunur. Həm dövlət, həm də özəl şirkətlər tərəfindən hər il yüzlərlə yeni avtobus gətiriləcək. Biz Bakının tıxac problemini belə həll edə bilərik.
- Bu gün Bakı-Sumqayıt dəmir yolu fəal işləyir.
- Hazırda nəinki milli hava şirkətimiz, bir çox digər beynəlxalq hava şirkətləri, eləcə də büdcəli hava şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Uçuşların coğrafiyası genişlənir.
- Planlaşdırdığımız işlər arasında Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminalın tikintisi də var. Bizə 15 milyonluq, ola bilsin, 20 milyonluq sərnişin tutumlu terminal lazım olacaq.

❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüş keçirib.
Görüşdə Zəngəzur dəhlizi, Orta Dəhlizin inkişafı, dəmir yolu nəqliyyatı və digər məsələlər müzakirə olunub. Ölkəmizin #BMT institutları ilə əməkdaşlığı, Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (#WTDC-25) Bakıda uğurla keçirilməsi yüksək qiymətləndirilib.
Vladanka Andreyevaya Azərbaycandakı fəaliyyəti dövründə əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrə görə təşəkkür edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.
#RİNN

❤3
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədov İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszla görüşüb.
Görüşdə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın ötən il noyabrın 20-də keçirilən 4-cü iclası çərçivəsində müzakirə edilən məsələlər üzrə görülən və planlaşdırılan işlərə dair fikir mübadiləsi aparılıb.
Ətraflı: https://bit.ly/44WfKvq

❤2👎1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 9 yanvar tarixində Şabran şəhərində #Xızı, #Siyəzən və #Şabran rayonlarının sakinlərini qəbul edib.
Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
#RİNN #VətəndaşQəbulu

❤4👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Saməddin Əsədov ölkəmizdə səfərdə olan ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanla ABŞ arasında məzmunca zənginləşən strateji əməkdaşlıqdan məmnunluq ifadə olunub. Nazirliklə ABŞ-nin Ticarət və İnkişaf Agentliyi arasında #dəmiryol infrastrukturu, #telekommunikasiya, #kosmik texnologiyalar, süni #intellekt texnologiyaları üçün #data mərkəzlərinin tikintisi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev “Mastercard” şirkətinin sədr müavini və strateji inkişaf üzrə prezidenti Con Hantsman ilə görüş keçirib.
Görüş zamanı süni #intellekt, #kibertəhlükəsizlik, rəqəmsal inkişaf, eləcə də #tranzit daşımaları və ümumilikdə nəqliyyat sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin Bakıda #kibertəhlükəsizlik üzrə mükəmməllik mərkəzinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

❤4
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub.

❤5