#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədov İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszla görüşüb.
Görüşdə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın ötən il noyabrın 20-də keçirilən 4-cü iclası çərçivəsində müzakirə edilən məsələlər üzrə görülən və planlaşdırılan işlərə dair fikir mübadiləsi aparılıb.
Ətraflı: https://bit.ly/44WfKvq
#RİNN

❤2👎1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 9 yanvar tarixində Şabran şəhərində #Xızı, #Siyəzən və #Şabran rayonlarının sakinlərini qəbul edib.
Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
#RİNN #VətəndaşQəbulu

❤4👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Saməddin Əsədov ölkəmizdə səfərdə olan ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanla ABŞ arasında məzmunca zənginləşən strateji əməkdaşlıqdan məmnunluq ifadə olunub. Nazirliklə ABŞ-nin Ticarət və İnkişaf Agentliyi arasında #dəmiryol infrastrukturu, #telekommunikasiya, #kosmik texnologiyalar, süni #intellekt texnologiyaları üçün #data mərkəzlərinin tikintisi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

❤2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev “Mastercard” şirkətinin sədr müavini və strateji inkişaf üzrə prezidenti Con Hantsman ilə görüş keçirib.
Görüş zamanı süni #intellekt, #kibertəhlükəsizlik, rəqəmsal inkişaf, eləcə də #tranzit daşımaları və ümumilikdə nəqliyyat sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin Bakıda #kibertəhlükəsizlik üzrə mükəmməllik mərkəzinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

❤4
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub.

❤5
mincom.gov.az
Photo
Yanvarın 20-də Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibəsindən sonra bu telekanalın təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırıb:
- Qonşu ölkələrlə qurulmuş münasibətlər əsasında biz nəqliyyat sahəsində bağlılıq layihələrinə sərmayə yatırmağa başladıq. Biz başlanğıcını Azərbaycandan götürən, Gürcüstan və Türkiyə ərazisindən keçən, oradan Avropaya və Aralıq dənizi limanlarına gedən dəmir yolu xəttinə investisiya yatırdıq. Beləliklə, bu layihə qismən Azərbaycandan Qərbə doğru ərazini əhatə edirdi. İndi isə biz Azərbaycandan Şərq istiqamətində layihə haqqında düşünürük.
- Bu vaxtadək biz əsasən öz nəqliyyat infrastrukturumuza - dəniz limanlarına, hava limanlarına, dəmir yollarına, magistrallara sərmayə yatırmağa nail olmuşuq. Beləliklə demək olar ki, hər bir şey artıq hazırdır. Lakin yüklərin həcmi o qədər sürətlə böyüyür ki, biz Dəniz Limanımızın ötürmə qabiliyyətini artırmaq qərarına gəldik. Beləliklə nəqliyyat əlaqələri, o cümlədən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi, həmçinin Ermənistanı da Mərkəzi Asiyanın daha geniş regional nəqliyyat şəbəkəsinə daxil edəcək, sülh işinə töhfə verəcək.

Media is too big
VIEW IN TELEGRAM
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələri üzrə ayın ən mühüm yeniliklərini çatdırır.
#RİNN #NaRİNN
#RİNN #NaRİNN
❤3
Fərdi məlumatların təhlükəsizliyi hər kəs üçün vacibdir.
Fərdi məlumatlarınızın qanunsuz toplanılması, işlənilməsi və mühafizəsinin təmin edilməməsi ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görürük.
#RİNN #MəlumatlarınMühafizəsiGünü

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın qabaqcıl #İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirib.
Görüş zamanı ölkəmizdə İKT sahəsinin inkişafı, prioritet istiqamətlər və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib.
Eyni zamanda şirkətlərin fəaliyyətində qarşılaşdıqları əsas çətinliklər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.