mincom.gov.az
✔
522 subscribers
2.54K photos
115 videos
457 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyevin 3 iyul 2026-cı il tarixində saat 09:00-da #Xaçmaz şəhərində yerləşən Tarix Diyarşünaslıq Muzeyində Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu təxirə salınıb.

Qəbulun tarixi barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.

#RİNN
❤4
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev BMT Baş katibinin yol hərəkəti təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Tod ilə görüş keçirib.

Görüş zamanı yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi, piyadaların və digər yol hərəkəti iştirakçılarının qorunması, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar və görülən işlər barədə ətraflı məlumat verilib.

#RİNN
❤3
Beynəlxalq Nəqliyyat Forumu (BNF) #nəqliyyat infrastrukturuna investisiya yatırılması ilə bağlı 32 ölkə arasında araşdırma aparıb və Statistik Məlumat Bülleteni dərc edib. Hesabata əsasən, Azərbaycan bu sahəyə yönəldilən investisiyaların ÜDM-də payına görə birinci yerdə qərarlaşıb.

Qeyd olunub ki, 2022 – 2024-cü illər üzrə Azərbaycanın daxili nəqliyyat infrastrukturuna investisiyaları ÜDM-in orta hesabla 3,5%-ni təşkil edib. Azərbaycan, Çin, Şimali Makedoniya, Serbiya kimi ölkələr ÜDM-in 2 faizdən çoxunu nəqliyyat infrastrukturuna yönəldərək beynəlxalq standartlara uyğun nəqliyyat şəbəkələrinin qurulması və genişləndirilməsi mərhələsindədir.

Ətraflı: https://bit.ly/44I9qqB

#RİNN
❤1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 20 iyul 2026-cı il tarixində saat 09:00-da Xaçmaz şəhərində yerləşən Tarix Diyarşünaslıq Muzeyində #Quba, #Qusar və #Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula 17 iyul 2026-cı il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
❤1👍1
❤2
mincom.gov.az
Photo
İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib, Forum iştirakçılarının suallarını cavablandırıb:

- Biz kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləmişik. Biz bəlkə də 10 ildən artıqdır çalışdıq ki, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək. Fiziki infrastruktur qurulub. İndi isə biz yalnız onun genişləndirilməsi yolları üzərində çalışırıq.

- Dəniz ticarət limanımıza gəldikdə, hazırda o, 15 milyon ton imkanı ilə Xəzərdə ən iri limandır və onun həcmi 25 milyon tonu təmin etmək üçün artırılacaq.

- Hazırda biz Avropaya və geriyə yükləri daşımaq üçün öz gəmiqayırma zavodumuzda 10 gəmini tikirik.

- Azərbaycan birtərəfli olaraq Ermənistana bütün tranzit məhdudiyyətlərini aradan qaldırdı və hazırda biz bunu etməklə 40 min tondan artıq müxtəlif yüklər Rusiya, Qazaxıstan və digər yerlərdən Ermənistana daşındı.

- Hazırda Prezident Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhlizə öz adını verib – TRIPP. Bizdə olan məlumata görə, layihə çərçivəsində praktiki işlərə, ümid edirik ki, artıq bu il başlanılacaq. Bu layihə regionun nəqliyyat bağlılığı xəritəsini tamamilə dəyişəcək, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.

- Qlobal gündəliyimizdə dayanan əsas məsələlərdən biri davamlı inkişafın təmin edilməsi, Qarabağın bərpası və yenidən qurulmasının başa çatdırılması, eləcə də yeni nəqliyyat marşrutlarının və bağlantı imkanlarının formalaşmasına xidmət edəcək bütün layihələrimizin uğurla tamamlanmasıdır.

- Gündəliyimizin əsas istiqamətlərindən biri də rəqəmsal transformasiyanın və süni intellektin inkişafıdır. Bu yaxınlarda mən həmin məsələlərin əlaqələndirilməsi məqsədilə xüsusi Sərəncam imzaladım və bununla da bu sahə üzrə müvafiq komissiya, birgə işçi qrup, yəni vahid şura yaradıldı.

- Ermənistanla münasibətlərin normallaşması prosesi başa çatdıqda, Azərbaycanla Ermənistan arasında birbaşa nəqliyyat əlaqələri başladıqda – indiki kimi deyil, birbaşa, Zəngəzur dəhlizi və ya digər dəhlizlər vasitəsilə – Cənubi Qafqaz siyasi cəhətdən hansısa üçtərəfli format yaratmağa hazır olduqda, onda vəziyyət fərqli olacaq.

- Mənim keçən il Çin Xalq Respublikasına dövlət səfərimdən və hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanmasından sonra bütün sahələrin – siyasi, iqtisadi, nəqliyyat – hamısında qarşılıqlı fəaliyyətin əhəmiyyətli dərəcədə fəallaşması müşahidə olunub.

- Orta Dəhlizə gəldikdə, Çindən Azərbaycan vasitəsilə və Azərbaycana daşınan yüklərin həcmi artır. Artıq qeyd etmişəm ki, biz ticarət limanımızın gücünü demək olar ki, ikiqat artırırıq və əsasən Çindən, həmçinin Mərkəzi Asiya ölkələrindən gələn yeni yükdaşımaların həcmlərinə güvənirik. Buna görə də burada qarşılıqlı münasibətlərin çox yaxşı tarixi, həmçinin bu dəhliz boyunca yerləşən bir çox ölkə ilə çoxtərəfli əməkdaşlıq mövcuddur.

- Bizdə avtobuslar üçün iki rəng var: elektrikli avtobuslar üçün yaşıl, ənənəvi avtobuslar üçün isə qırmızı. Nə qədər çox yaşıl avtobusumuz olsa, bir o qədər yaxşıdır.

- Mərkəzi Asiya Azərbaycanla vahid bir iqtisadi və siyasi məkanda birləşir. Eyni zamanda bağlantılar, nəqliyyat, logistika layihələrinin icrası istiqamətində bunun çox böyük mənası var.

- Qazaxıstan ilə Azərbaycan arasında fəal əməkdaşlıq olmadan regionumuzda, Xəzər bölgəsində hər hansı nəqliyyat layihəsi sadəcə mümkün deyil.

- Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında birgə əməkdaşlıq formatı artıq mövcuddur. Tarif siyasəti, rəqəmsallaşdırma, gömrük administrasiyası prosedurlarının sadələşdirilməsi və bir çox digər mühüm məsələlər müzakirə edilir və həll olunur.
❤1
mincom.gov.az
Photo
- Qazaxıstanla Azərbaycanı, həmçinin geniş coğrafi ərazini birləşdirəcək və rəqəmsallaşma, süni intellekt, verilənlər bazaları və sairə ilə bağlı proseslərin inkişafında mühüm rol oynayacaq fiber-optik kabelin tikintisi üzərində ikitərəfli əməkdaşlıq edirik.
❤1
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,5% artaraq 1,966.5 milyon manat təşkil edib.

#RİNN
❤2👍1👎1
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,0% artaraq 7,817.6 milyon manat təşkil edib.

#RİNN
❤1👎1👏1
mincom.gov.az
Photo
Xarici ticarət əməliyyatları üzrə məlumatları, xidmətləri və prosesləri vahid rəqəmsal ekosistemdə birləşdirən “Bir Pəncərə” İnformasiya Sistemi – Rəqəmsal #Logistika Platformasının rəsmi təqdimatı olub. Tədbirdə dövlət qurumlarının rəhbərləri və nümayəndələri, biznes sektorunun təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Platforma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2025-ci il tarixli 547 nömrəli Fərmanına uyğun olaraq #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi tərəfindən yaradılıb. Sistem idxal, ixrac, tranzit və nəqliyyat əməliyyatları üzrə məlumatları, xidmətləri və sənəd dövriyyəsini inteqrasiya edərək xarici iqtisadi fəaliyyət iştirakçılarına proseslərə daha sadə, şəffaf və izlənilə bilən çıxış imkanı yaradır. Bu yanaşma sahibkarlar üçün inzibati yükün azaldılmasına, dövlət xidmətlərinə çıxışın sadələşdirilməsinə və xarici ticarət proseslərinin daha səmərəli təşkilinə xidmət edir. Uzunmüddətli perspektivdə isə daha çevik və dayanıqlı xarici ticarət ekosistemi biznes mühitinin rəqabət qabiliyyətinin yüksəldilməsinə, ticarət proseslərinin optimallaşdırılmasına, ölkənin iqtisadi inkişaf məqsədlərinin dəstəklənməsinə və vətəndaşların istifadə etdiyi məhsul və xidmətlərin təchizat zəncirinin daha dayanıqlı təşkilinə töhfə verir.

Ətraflı: https://bit.ly/4wgiGi8

#RİNN
❤1
Media is too big
VIEW IN TELEGRAM
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələrində ayın ən vacib və aktual yeniliklərini sizə təqdim edir.

Budəfəki buraxılışda:

✅ “EPAM Azərbaycan” Mərkəzinin fəaliyyətə başlaması;
✅ Mərkəzi piyada zonalarında ödənişsiz şatlların fəaliyyətə başlaması

və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız.

#RİNN #NaRİNN
❤1👏1
Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Nəqliyyat Tədqiqat Komitəsinin iclasında qurumun əsas analitik sənədlərindən olan “Transport Outlook 2027” hesabatının hazırlanması məsələsi müzakirə edilib.

BNF Katibliyi bu məqsədlə yaradılan İşçi qrupun fəaliyyətini yüksək qiymətləndirib və prosesə mühüm töhfə verən 12 ölkəyə, o cümlədən Azərbaycana təşəkkür edib.

Məlumat üçün deyək ki, Azərbaycan İşçi qrupda #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi ilə təmsil olunur. Nazirlik beynəlxalq nəqliyyat siyasəti, dayanıqlı #mobillik, #rəqəmsallaşma və gələcəyin nəqliyyat tendensiyaları ilə bağlı müzakirələrdə fəal iştirak edir.

Ətraflı: https://bit.ly/4bwG2HH

#RİNN
❤1👍1