#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi ilə “#SpaceXAI” arasında süni intellekt həlləri və əlaqəli rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənəd “SpaceXAI”ın Grok modelləri əsasında hazırlanan süni intellekt həllərinin dövlət xidmətlərində və Azərbaycanın rəqəmsal transformasiyasının digər prioritet istiqamətlərində tətbiqi imkanlarını nəzərdə tutur. Əsas məqsəd daha keyfiyyətli, əlçatan və səmərəli dövlət xidmətlərinin formalaşdırılmasıdır.
Ətraflı: https://bit.ly/46T2NDe
#RİNN

❤1
#Velosiped yollarının inkişafı müasir şəhər mobilliyinin mühüm göstəricilərindən biridir.
#Mikromobillik istifadəçiləri üçün daha təhlükəsiz və rahat hərəkət mühiti yaradır, şəhər sakinlərinin sağlam və alternativ #nəqliyyat imkanlarını genişləndiririk.
Məqsədimiz şəhərdə təhlükəsiz, rahat və əlçatan mikromobillik imkanlarını davamlı şəkildə inkişaf etdirməkdir.
#RİNN #AYNA

mincom.gov.az
Photo
Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə nitq söyləyərək deyib ki:
- Keçən ilin noyabr ayında artıq çox əlamətdar hadisə baş vermişdi. Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edildi. Biz Mərkəzi Asiyada yerləşmirik, biz Cənubi Qafqazda yerləşirik. Amma görün, Azərbaycan bu ölkələrə nə qədər yaxındır ki, nə qədər ciddi siyasi, iqtisadi, nəqliyyat, enerji və digər layihələr önəmlidir ki, bax, presedenti olmayan bu hadisə də baş verdi.
- Ölkəmizin önəmi getdikcə daha da artacaq. Buraya əgər biz nəqliyyat sektorunu əlavə etsək – bu barədə də çox danışmaq istəmirəm – sadəcə olaraq deyə bilərəm ki, bu il Azərbaycan ərazisindən keçən gözlənilən tranzit yüklərin həcmi 16 milyon tona çatacaq. Yəni bu, böyük bir artımdır. Vaxtilə biz 3-4 milyon tonu arzulayırdıq. İnfrastruktur yaratdıq, təmaslar qurduq, o cümlədən lazımi inzibati tədbirləri gördük və bu dəhlizləri – Orta Dəhlizi və Şimal–Cənub Dəhlizini çox cəlbedici etdik. Ancaq biz yarı yoldayıq. Mən qarşıya hədəf qoymuşam ki, Azərbaycan ərazisindən keçən tranzit yüklər orta müddətdə 30 milyon tona çatacaq. Gör nə qədər bizə əlavə vəsait gələcək, minlərlə iş yerləri yaradılacaq və ölkəmizin önəmi daha da artacaq.

4 oktyabr #Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir.
Cəbrayılda həyata keçirilən genişmiqyaslı layihələr şəhərin müasir simasının formalaşmasına, dayanıqlı inkişafına və gələcəyə hesablanmış imkanların yaradılmasına xidmət edir.
#RİNN #CəbrayılŞəhəriGünü

#Rəqəmsal dünyanın imkanlarını gələcək nəsillərin bilik və bacarıqları ilə birləşdirən, #innovativ düşüncənin formalaşmasına töhfə verən bütün müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
#RİNN #BeynəlxalqMüəllimlərGünü
#RİNN #BeynəlxalqMüəllimlərGünü
❤2
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyində yaradılan İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşması üzrə Texniki Komitənin (TK-05) növbəti iclası keçirilib.
İclasda 2026-cı il üzrə Fəaliyyət Planına uyğun görülmüş işlər və qarşıda duran həlli vacib məsələlər, o cümlədən sahə üzrə aktual hesab edilən yeni 31 dövlət standart layihəsi müzakirə edilib və təsdiq olunması üçün Azərbaycan Standartlaşma İnstitutuna göndərilməsi qərara alınıb. Bu standartlara rəqəmsal texnologiyalar, elektromaqnit uzlaşması, süni intellekt, informasiya təhlükəsizliyi və sahə üzrə digər standartlar aiddir.
Ətraflı: https://bit.ly/4rTNeVw

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyanın Biznes, İnnovasiya və Ticarət Departamentinin ticarət üzrə dövlət naziri Anas Sarvar ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafı, xüsusilə nəqliyyat, rəqəmsal inkişaf, süni intellekt və #kibertəhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə Yol Xəritəsi ilə birlikdə Anlaşma Memorandumu imzalanıb və sənəddə nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirmək məqsədilə Birgə İşçi Qrupunun yaradılması barədə razılığa gəlinib.
Həmçinin nəqliyyat infrastrukturunun inkişafı və prioritet layihələrin maliyyələşdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.