mincom.gov.az
✔
520 subscribers
2.56K photos
115 videos
459 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
25-27 sentyabr tarixlərində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çin Xalq Respublikasında işgüzar səfərdə olub.

Səfər çərçivəsində nazir silsilə görüşlər keçirib.

Daha ətraflı: https://tinyurl.com/2k2acnrp

#MDDTAzerbaijan #RİNNAzərbaycan #İKT #nəqliyyat #aviasiya
👍9❤5
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 9 oktyabr 2023-cü il tarixində saat 09:30-da Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərini qəbul edəcək.

Daha ətraflı: https://tinyurl.com/3m946n8a

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍8
"Aztelekom" MMC Xankəndi və Xocalı ərazilərində internet magistral xəttinin və genişzolaqlı internet şəbəkəsinin təmin edildiyini qürur hissi ilə bildirir. 

Daha ətraflı: https://tinyurl.com/yckaazcj

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Aztelekom
👍6❤1
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də "AzInTelecom"un Kommersiya departamentinin direktor müavini Mirşahbaz Seyidli və Məhsul inkişafı üzrə meneceri Sovet Səfquluzadə "Biometrik texnologiya insanların həyatını necə dəyişir? – Üstünlüklər və biometriyanın gələcəyi" mövzusu haqqında danışacaqlar.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #AsanRadio #RəqəmsalDialoq #AzInTelecom
👍4
Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş zamanı radio-televiziya yayımlarının təşkili ilə bağlı onlar tərəfindən edilən xahişin yerinə yetirilməsi məqsədilə bölgədəki yayım vəziyyəti araşdırılıb.

Daha ətraflı məlumat: https://tinyurl.com/zw8cx5aj

#MDDTAzerbaijan #RİNNAzərbaycan #radio #televiziya
👍1
Bu gün Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin təntənəli açılış mərasimi keçirilib. 50 ildən sonra Bakı ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinin həyəcan və sevincini yaşayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər.

Dövlət başçısı Konqresin açılış mərasimində çıxış edib.

Daha sonra tədbir iştirakçılarını salamlayan Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri 50 il sonra konqresin təkrar Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib və bunun Azərbaycan kosmik sənayesinin tarixində önəmli hadisə olduğunu qeyd edib.

Daha ətraflı: https://tinyurl.com/bdzxzaa9

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Azercosmos #Azərkosmos #IAC2023
👍5👏1