mincom.gov.az
✔
520 subscribers
2.56K photos
115 videos
459 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
2 oktyabr tarixində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edən Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) baş direktoru Yuriy Borisovla ikitərəfli görüş keçirib.

Görüş zamanı yüksəkixtisaslı yeni nəsil mühəndislərin hazırlanması və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #IAC
👍7
2 oktyabr tarixində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak məqsədilə ölkəmizdə səfərdə olan Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) baş katibi xanım Yu Qi ilə ikitərəfli görüş keçirib.

Görüş zamanı Azərbaycan və APSCO arasında elm, tədqiqatlar və təlimlər istiqamətində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Daha ətraflı: https://tinyurl.com/nhk6sj7u

#MDDTAzerbaijan #RİNNAzərbaycan #IAC2023
❤7👍1
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İSESKO-nun baş direktoru ilə görüşüb.

Daha ətraflı: https://tinyurl.com/39bzs37j

#MDDTAzerbaijan #RİNNAzərbaycan #IAC2023
👍8
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Rəşad Nəbiyev vətəndaşları Zaqatala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 16 oktyabr 2023-cü il tarixində saat 09:30-da qəbul edəcək.

Daha ətraflı: https://tinyurl.com/zuk7b6fu

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Vətəndaşqəbulu
👍5
4 oktyabr Cəbrayıl Şəhəri Günüdür.

Bu gün cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında qeyd edilir.

Qürurvericidir ki, hazırda doğma Cəbrayılda bərpa-quruculuq işləri sürətlə davam edir.
👍7
11 Oktyabr – Beynəlxalq Qızlar Günü ərəfəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Elektron Təhlükəsizlik Xidmətinin (ETX) birgə təşkilatçılığı ilə qızlar üçün “Cyber4Girls” təlimi keçirilib. Təlimdə 13-18 yaşında 100-ə yaxın qız iştirak edib.

Daha ətraflı:
https://tinyurl.com/rn68xds

#MDDTAzerbaijan #RİNNAzərbaycan #ETX #Cyber4Girls
👍8
Azərbaycanın ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi dünya ictimaiyyətinin diqqətindədir. 

ABŞ-nin sosial şəbəkə monitorinqi və təhlili üzrə aparıcı proqramı “Talkwaker”in hesablamasına əsasən, tədbir #IAC2023 həştəqi ilə sosial media platformalarında trendə çevrilib. 

Konqres, həmçinin sosial şəbəkədə “top tədbirlər” siyahısına liderlik edir.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Azercosmos #Azərkosmos #IAC2023
👍4
“SpaceX” şirkətinin təsisçisi İlon Mask bu gün 74-cü Beynəlxalq Astronavtika Konqresində onlayn şəkildə çıxış edəcək.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirə İlon Mask virtual olaraq Bakı vaxtı ilə saat 17:45-də qoşulacaq.

Canlı yayımı aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz:

Sayt: https://www.iafastro.org/live/
Youtube: https://www.youtube.com/watch?v=N3YMtGVdm68
X: https://twitter.com/iac2023?s=21

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Azercosmos #Azərkosmos #IAC2023
👍7
Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin sonuncu günü ictimaiyyət üçün açıq olub. Ali təhsil müəssisələrinin tələbələri, startapçılar, məktəblilər, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid və müharibə veteranlarının övladları tədbir məkanına gəliblər.

Onlar 36 ölkədən 150 şirkətin stendinin təqdim edildiyi sərgi pavilyonunda kosmik yeniliklərlə tanış olublar.

Uşaqlar “VR ilə Aya səyahət”, “Robotics STEAM”, “LEGO” oyunları daxil olmaqla müxtəlif əyləncəli və maarifləndirici proqramlarda iştirak ediblər.

Tədbir çərçivəsində Əməkdar artist Bəhram Bağırzadə uşaqlarla görüşüb, onlara avtoqraflı kitablarını hədiyyə edib.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Azercosmos #Azərkosmos #IAC2023
❤2👍2