mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan konstitusiya 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib.

Müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbulu ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi üçün hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi.

#12noyabr
👍11❤4
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də Azərbaycan Dəmir Yollarının Hərəkətin təhlükəsizliyi departamentinin müdir müavini Əsəd Məmmədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova işğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturunun uğurla inşa edilməsi haqqında danışacaqlar.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #ADY
👍7
16 noyabr 2023-cü il tarixində Zəngilan şəhərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayacaq.

Konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək.

Konfransın keçirilməsində məqsəd trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı əsas məsələlərin müzakirəsi, bu istiqamətdə strategiyaların müəyyən edilməsi və maraqlı tərəflər arasında əməkdaşlığın qurulmasıdır.

Konfrans öz işini 17 noyabr tarixində Bakıda davam etdirəcək.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #logistics #transport #DevelopmentImpulsesFromZangilan
👍8
16 noyabr 2023-cü il tarixində Zəngilan şəhərində təşkil olunan beynəlxalq konfrans çərçivəsində “Tranzit dəhlizlərinin yaradılması: Avrasiyanın potensialından istifadə” mövzusunda yüksək səviyyəli panel keçiriləcək.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #logistics #transport #DevelopmentImpulsesFromZangilan
👍10
14 noyabr 2023-cü il tarixində Koreya Hökuməti tərəfindən alınmış İT sahəsinə aid avadanlıqlarla bağlı Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Elektron Təhlükəsizlik Xidməti arasında müvafiq protokol imzalanıb.

Protokolun imzalanması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında rəqəmsal texnologiyalar üzrə avadanlıqların alınmasına dair həyata keçirilmiş “Kiçik miqyaslı ODA” adlı qrant layihəsi çərçivəsində həyata keçirilib.

Daha ətraflı: https://tinyurl.com/bddyw6rh

#MDDTAzerbaijan #RİNNAzərbaycan #İRİA #IDDA #ETX #certaz #kibertəhlükəsizlik
👍11
16 noyabr 2023-cü il tarixində Zəngilan şəhərində təşkil olunan beynəlxalq konfrans çərçivəsində “Avrasiya regionunun ticarət və davamlı inkişafında beynəlxalq nəqliyyat dəhlizlərinin rolu” mövzusunda panel keçiriləcək.


#MDDTAzerbaijan #RİNNAzərbaycan #logistics #transport #DevelopmentImpulsesFromZangilan
👍13
16 noyabr 2023-cü il tarixində Zəngilan şəhərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransa start verilib.

Konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

Konfransın keçirilməsində məqsəd trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı dövlət, özəl və akademik sektorlar arasında müzakirələrin təşkili, maraqlı tərəflər arasında əməkdaşlığın qurulmasıdır.

Daha ətraflı: https://tinyurl.com/yf4fvfev

#MDDTAzerbaijan #RİNNAzərbaycan #logistics #transport #DevelopmentImpulsesFromZangilan
👍11
16 noyabr 2023-cü il tarixində Zəngilanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin 7-ci iclası keçirilib.

İclas zamanı cari ilin 3 noyabr tarixində Astana şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşü zamanı nəqliyyat sahəsi üzrə qəbul edilən qərarlar, habelə Xəzər dənizində yük daşımaları, mülki aviasiya, dəmir yolu sahələri üzrə əməkdaşlığın intensivləşdirilməsi, üzv ölkələr arasında tranzit daşımaların rəqəmsallaşdırılması və sair məsələlər ətrafında müzakirələr aparılıb.

Daha ətraflı: https://tinyurl.com/2s3mpjnn

#MDDTAzerbaijan #RİNNAzərbaycan #logistics #transport #DevelopmentImpulsesFromZangilan
👍11
Birliyimizi, mübarizliyimizi və məğrurluğumuzu təcəssüm etdirən Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edirik!

#17noyabr
👍13