mincom.gov.az
✔
520 subscribers
2.55K photos
115 videos
458 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
“Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransın ikinci günü Bakıda keçirilir.

Konfrans çərçivəsində “Zəngəzur dəhlizi təşəbbüsü regional əməkdaşlıq və inkişaf üçün katalizator kimi”, “Beynəlxalq nəqliyyat dəhlizləri üçün innovativ gömrüklər”, “Beynəlxalq nəqliyyat və logistik dəhlizlər sülh və tərəfdaşlığın vasitəsi kimi”, “Nəqliyyat və logistika sənayelərinin modernləşdirilməsində əsas trendlər”, “Logistika siyasətinin dizayn və həyata keçirilməsi”, “Orta Dəhliz boyu nəqliyyat xidməti infrastrukturunun inkişafı və rəqəmsallaşdırılması” və “Zəngəzur dəhlizinin regional inteqrasiyanın inkişafında rolu” mövzusunda panellər təşkil olunacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #logistics #transport #DevelopmentImpulsesFromZangilan
👍11
“Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransın ikinci günü Bakıda keçirilib.

Konfransın ikinci günündə açılış nitqi ilə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov konfransın regionda nəqliyyat və tranzit əməkdaşlığının təkmilləşdirilməsi, eləcə də çətinliklərin aradan qaldırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Konfransda yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin əməkdaşları, alimlər və beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərlərinin iştirakı ilə panel müzakirələr təşkil olunub.

Daha ətraflı: https://tinyurl.com/35v9atmn

#MDDTAzerbaijan #RİNNAzərbaycan #logistics #transport #DevelopmentImpulsesFromZangilan
👍10
Media is too big
VIEW IN TELEGRAM
16-17 noyabrda Zəngilan və Bakı şəhərlərində keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” adlı beynəlxalq konfransın icmal videosunu təqdim edirik.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #logistics #transport #DevelopmentImpulsesFromZangilan
👍5
20 noyabr Ağdam Şəhəri Günüdür.

Bu gün cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında qeyd edilir.

Qürurvericidir ki, hazırda Ağdamda tikinti-quruculuq işləri sürətlə həyata keçirilir.
❤5👍1
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal Dialoq" layihəsi "ASAN Radio"da davam edir.

Bu gün saat 19:05-də "Aztelekom" MMC-nin Müştərilərlə əlaqələr departamentinin direktoru Faiq Dadaşov müştəri məmnuniyyəti istiqamətində həyata keçirilən nəticəyönümlü tədbirlər haqqında danışacaq.

Canlı yayımı həm "ASAN Radio"da dinləmək, həm də nazirliyin və radionun "Facebook" səhifəsi üzərindən izləmək imkanınız olacaq.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #Aztelekom
👍7
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Rəşad Nəbiyev vətəndaşları Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 27 noyabr 2023-cü il tarixində saat 09:30-da qəbul edəcək.

Qəbula 24 noyabr 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#MDDTAzerbaijan #RİNNAzərbaycan #VətəndaşQəbulu
👍7