Operativ Media
✔
84.6K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
Azərbaycanın qış turizmi imkanları 17-18 oktyabr tarixlərində "London Snow Show 2026" sərgisində təqdim olunub.

● Sərgi çərçivəsində Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədri Florian Zenqstşmid "Euronews"un “Grand Voyager” səyahət proqramının aparıcısı Lilli Dausun moderatorluğu ilə keçirilən “The Future of the Ski Holiday” (“Xizək turizminin gələcəyi”) adlı panel müzakirəsində iştirak edib.

● Müzakirədə, həmçinin Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) idman və tədbirlər üzrə direktoru Sandra Spitz və "Mountain Trade Network"un təsisçisi, "Snow Show" sərgisinin tədbir direktoru Ceyms Qambrill iştirak ediblər.

● Paneldə yeni dağ-xizək istiqamətləri, səyahətçilərin dəyişən gözləntiləri və qış turizminin gələcək inkişaf tendensiyaları müzakirə olunub. Florian Zenqstşmid Azərbaycanın dağ turizmi sahəsindəki inkişafı və ölkənin mövcud imkanları barədə məlumat verib.

● Sərgidə “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi xizək, snoubord və digər açıq hava fəaliyyətləri üzrə imkanlarını təqdim ediblər.

● Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov da ölkə stendini ziyarət edib.

● Bu il 50-ci dəfə təşkil olunan "London Snow Show" qış idman növləri və turizm istiqamətlərini bir araya gətirən beynəlxalq tədbirdir.
⚡️TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
⚡️⚡️Prezidentin Sərəncamları ilə:

● Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

● O, Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.
Operativ Media pinned «⚡️⚡️Prezidentin Sərəncamları ilə: ● Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib. ● O, Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.»
⚡️⚡️Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib
Bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia" markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı əməliyyatları davam etdirilir.

Polisin keçirdiyi tədbirlərlə hadisəni törədən Fuad İbrahimovla birgə qeyd edilən cinayət əməlində əlbir olan tanışı İlkin Novruzov da müəyyən olunaraq tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Fransada etirazlar davam edir:

● Etirazlar Parisdən sonra Marsel və Lyon şəhərlərində də başlayıb

● Hüquq-mühafizə orqanları səs və gözyaşardıcı qaz qumbaralarından istifadə edirlər.
"Sabah" - "Barselona" oyununun biletləri satışa çıxarılıb.

● Bilet qiymətləri 15, 40, 50, 75, 120, 500, 750 manat aralığındadır.
Energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə bir qrup şəxs təltif edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
⚡️Cənubi Azərbaycanın "Traktor" klubunun oyunu irqçi şüarlara görə təxirə salınıb

● Mələvan azarkeşlərinin təhqiramiz hərəkətindən dərhal sonra "Traktor" klubunun sahibi Məhəmmədrza Zünuzi komandanın meydanı tərk etməsi və mələvan ənzəli komandası ilə bir daha heç bir oyuna çıxmaması barədə göstəriş verib.

● "Traktor" klubunun sahibi bəyan edib ki, İran Futbol Federasiyası mələvan ənzəli klubuna qarşı sərt cavab tədbirləri görməsə, FİFA-ya şikayət edəcək.
Mətbuat Şurası Türkiyənin media qurumlarını, jurnalist təşkilatlarını, redaksiyalarını və rəqəmsal platformalarda ictimai rəyə təsir göstərən şəxsləri Azərbaycana dair məlumatları dərc etməzdən əvvəl onları etibarlı mənbələr əsasında yoxlamağa çağırıb:

● Şura faktların təhrifinə, saxta və kontekstdən çıxarılmış görüntülərin yayılmasına yol verməməyə, Azərbaycan dövlətinin və xalqının ünvanına yönələn təhqir, böhtan və nifrət ritorikasından çəkinməyə, aşkar edilmiş yanlış məlumatları operativ şəkildə düzəltməyə və təkzib etməyə, eləcə də iki ölkə arasındakı münasibətlərə zərər vura biləcək hər növ manipulyativ kampaniyalara qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırır.

● Azərbaycan Mətbuat Şurası bəyan edir ki, həqiqətin təhrifinə, dezinformasiyanın yayılmasına və media imkanlarından ölkələrimiz arasında etimadı sarsıtmaq məqsədilə istifadəyə qarşı öz prinsipial mövqeyini bundan sonra da nümayiş etdirəcək.
⚡️ DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

● Masazırda 4 avtomobilin yandırılmasını təşkil edən şəxs Gürcüstandan Özbəkistana uçarkən DTX tərəfindən saxlanılaraq Azərbaycana gətirilib və həbs edilib.

● Oktyabrın 10-da baş verən hadisə zamanı “Mercedes”, “Lada”, “Hyundai” və “Renault” markalı avtomobillər yanıb.

● Cinayətin bütün iştirakçıları saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.
⚡️⚡️Dövlət əleyhinə açıq çağırışlar və dini nifrət məzmunlu materialların yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib:

● 1961-ci il təvəllüdlü, "Haksöz" jurnalı və "Haksöz Haber" internet resursunda müəllif kimi fəaliyyət göstərən Rıdvan Kaya;

● 1981-ci il təvəllüdlü, "Köklü Değişim" nəşrində yazıçı, "Değişim TV"nin aparıcısı Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan);

● 1976-cı il təvəllüdlü, "Analiz Merkezi" internet resursunun təsisçisi və "Fatih Tezcan'la Analiz Merkezi" proqramının müəllifi Fatih Tezcan;

● 1971-ci il təvəllüdlü, "Ahmet Şanlı Hukuk Bürosu"nun rəhbəri Ahmet Şanlı;

● 1971-ci il təvəllüdlü araşdırmaçı Fahrettin Taşkaya Saral;

● 1975-ci il təvəllüdlü, "Abdurrahman Tumer" adlı şəxsi Facebook profil sahibi Abdurrahman Tumer;

● moderator və idmançı kimi fəaliyyət göstərən Alparslan Tanrıkulu