Operativ Media
✔
85.3K subscribers
7.46K photos
3.63K videos
13 files
7.25K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
⚡Hikmət Hacıyev: Azərbaycan tez-tez beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir.

● Bir çox siyasətçilər və ekspertlər Azərbaycana qarşı yönəlmiş geniş dezinformasiya və qarayaxma kampaniyalarını müşahidə ediblər.

● Biz bu faktları yoxlayır və faktlara əsaslanan cavablar təqdim edirik. İndi isə həqiqəti sübut etmək daha çətindir, çünki texnologiya nəhəngləri və peşəkar jurnalistikanın rolunu oynamalı olan bəzi institutlar bəzən dezinformasiyanın yayılmasında fəal iştirak edirlər.

● Hökumətlər, media təşkilatları, texnologiya şirkətləri, akademiya və vətəndaş cəmiyyəti dəqiq, şəffaf və hesabatlı informasiya mühitinin yaradılması üçün ortaq məsuliyyət daşıyırlar.
Hikmət Hacıyev:

● Son illərdə Azərbaycan media mühitinin hərtərəfli modernləşdirilməsini həyata keçirir.

● Bu islahatlar peşəkar jurnalistikanın gücləndirilməsi, institusional potensialın artırılması, etik standartların təşviqi, media savadlılığının artırılması və medianın sürətli texnoloji dəyişikliklərə uyğunlaşmasına kömək etmək məqsədi daşıyır.

● Media islahatı dayanıqlı institutların qurulması, müstəqil jurnalistikanın dəstəklənməsi, dezinformasiyaya qarşı müqavimətin artırılması və ictimai etimadın gücləndirilməsi haqqındadır.
⚡Prezidentin köməkçisi: Qarabağ münaqişəsi beynəlxalq medianın da diqqət mərkəzində olub.

● Bəzi beynəlxalq media qurumları bizi bu münaqişədə günahkar qismində təqdim etməyə çalışırdılar. Bu da çox təəssüf doğurur.

● Qarabağ münaqişəsi haqqında danışarkən qeyd etmək lazımdır ki, biz sadəcə öz suverenliyimizi bərpa etmək istəyirdik və buna nail olduq.

● Lakin buna baxmayaraq, beynəlxalq mediada bizə qarşı qərəzli yanaşmalar davam edirdi.
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub.
⚡️İlham Əliyev Fransanın milli bayramı münasibətilə Emmanuel Makronu təbrik edib
⚡Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub
İlham Əliyev: Azərbaycan-Slovakiya əlaqələri inkişafı uğurla gedir.

Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır. Dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir.
⚡⚡Slovakiya Qarabağda məktəb tikəcək
Expressbank Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil edib

● Mediatur çərçivəsində iştirakçılar Azərbaycan Biznesinin İnkişafı Fondunun dəstəyilə Expressbank tərəfindən güzəştli biznes krediti ilə maliyyələşdirilmiş GP Safety MMC - İş Əlcəkləri İstehsalı Müəssisəsini ziyarət ediblər.

● Səfər proqramı çərçivəsində iştirakçılar Xankəndi şəhərində yerləşən Zəfər Parkını ziyarət edərək sərbəst zaman keçiriblər.

@Expressbank_asc
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənistan-Gürcüstan sərhəd-keçid məntəqəsində uzun növbələr yaranıb.

● Ermənilər bildirirlər ki, Gürcüstan tərəfi bilərəkdən onları gec buraxır

● Məntəqədə yaranmış gərginlik fonunda huşunu itirən şəxslərin olduğu barədə də məlumatlar yayılıb.
⚡2027-2028-ci illərdə Slovakiyanın Azərbaycandakı səfirliyi NATO-nun təmas ofisi kimi fəaliyyətini davam etdirəcək.
İlham Əliyev və Pelleqrini bir-birilərinə hədiyyələr təqdim ediblər
İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar.
🇦🇿🇸🇰İlham Əliyev və Peter Pelleqrini Qarabağda
⚡⚡Peskov: Bakının Ukrayna ilə bağlı mövqeyi Moskva ilə fikir ayrılığı mövzusudur, lakin bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə kölgə salmır.
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar.
⚡Slovakiya hökuməti Azərbaycana hədiyyə olaraq Ağdamda məktəb tikintisinə başlayır:

● Məktəbin ümumi ərazisi 3 hektardır

● Binada ümumilikdə 35 sinif, texnologiya, hərbi hazırlıq, kompüter otaqları, kitabxana, fizika, biologiya və kimya laboratoriyaları yaradılacaq.

● Akt və idman zalları, bufet və digər zəruri tədris infrastrukturu olacaq.

● Binanın elektrik təchizatını təmin etmək üçün Günəş panellərinin quraşdırılması nəzərdə tutulur.

● Məktəbin ərazisində həm şagirdlər, həm də sakinlər üçün qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri yaradılacaq, yaşıllıq zolaqları salınacaq.

● Slovakiyanın milli qəhrəmanı Milan Rastislav Ştefanik adına olan 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməli bu gün qoyulub.
⚡️Peskov: Hesab edirik ki, xüsusən də Azərbaycan kimi bir ölkə ilə münasibətlərimizi hərtərəfli inkişaf etdirməliyik.
⚡Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisələr yenidən təşkil edilir