Operativ Media
✔
84.5K subscribers
7.55K photos
3.66K videos
13 files
7.31K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
⚡Prezident Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsini təltif edib
Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
⚡İran səfirliyi Azərbaycan QHT-ləri tərəfindən Məsud Pezeşkiana yazılan məktubu məhv edəcəklərini açıqlayıb:

● Səfirlik QHT nümayəndələrini "naməlum şəxslər" adlandırıb və məktubun rəsmi qəbul edilmədiyini bildirib.

● APA-ya açıqlama verən QHT nümayəndələri İran səfirliyinin mövqeyini obyektivlikdən uzaq, məsuliyyətdən yayınmağa və diqqəti məktubun mahiyyətindən yayındırmağa yönəlmiş yanaşma kimi qiymətləndiriblər.

● Qeyd edək ki, Pezeşkiana yazılan məktubda İranda yaşayan azərbaycanlıların ana dilində təhsil hüququ ilə bağlı məsələ qaldırılıb.
⚡İran TRIPP-ə görə Ermənistana xəbərdarlıq edib:

● İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib ki, TRIPP İran üçün "qırmızı xətt" olaraq qalır.

● Vilayəti həmçinin qeyd edib ki, Tramp və müttəfiqləri İranın bu “qırmızı xətti”ni keçmək istəsələr, İran onların "ayaqlarını qıracaq".
Rayonun işğalından sonra doğulmuş uşaqlara məcburi köçkün statusu veriləcək.
Expressbank-ın "Yağış yuyur, gün qurudur" fılmi "Felis 2026" müsabiqəsində iki kateqoriya üzrə (Use of Music Writing/Screenpla) mükafata layiq görülüb.

Anım Günü üçün ərsəyə gətirilən film şəhidlərimizin xatirəsinə həsr olunub.

https://t.me/expressbank_asc/1172
Vətən müharibəsinə həsr edilən yeni muzey zalı və kitab təqdim edilib
Rusiya XİN: İran ətrafında yeni eskalasiya riskinin davam etməsi nəzərə alınmaqla, Rusiya vətəndaşlarına tövsiyələrimiz dəyişməz olaraq qalır. Vəziyyət həll olunana qədər müvəqqəti olaraq həmin ölkəyə səyahət etməkdən çəkinməyi tövsiyə edirik
⚡️Silahlı şəxs Türkiyənin Afyonkarahisar vilayətində 8 nəfəri qətlə yetirib

● Cinayətkar Yukarıtandır kəndində 3 qadını, Ayazini kəndində avtomobildə olan 3 nəfəri və Kıyır kəndinə 2 nəfəri güllələyərək öldürüb.

● Cinayətkarın saxlanılması üçün xüsusi əməliyyat başladılıb, o bir qədər əvvəl saxlanılıb.

● Güllələnən 9 nəfərdən yalnız biri sağ qalıb və onun vəziyyətinin ağır olduğu bildirilir.
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
⚡Azərbaycanın Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynaya humanitar, reabilitasiya və bərpa yardımlarının ümumi həcmi təxminən 52 milyon dollara çatıb.

● Enerji infrastrukturuna avadanlıq yardımları, İrpin şəhərində sosial obyektlərin bərpası, ukraynalı uşaqların reabilitasiyası sahəsində dəstək tədbirləri həyata keçirilib.

● Azərbaycanın indiyədək təqdim etdiyi 10-dan çox enerji yardımı paketi çərçivəsində Ukraynaya çatdırılmış zəruri avadanlıqlar enerji təchizatının bərpasında mühüm rol oynayır.
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿Azərbaycan Prezidenti: Dövlətin nə qədər gücü olsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir.

#Azərbaycan #8Noyabr #ZəfərGünü
Noyabrın 8-i saat 16:00-dan 18:00-dək hərbi orkestrlər aşağıda göstərilən ünvanlarda nümunəvi çıxışlar edəcəklər:

- Heydər Əliyev parkı (Heydər Əliyev sarayının qarşısı);
- Filarmoniya parkı;
- Fəvvarələr meydanı;
- Koroğlu parkı;
- Sahil parkı;
- Zabitlər parkında.
⚡Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq.
⚡İlham Əliyev və Mehriban Əliyeva Qarabağa səfər ediblər:

● Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

● Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

● Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

● Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər.
⚽️ Azərbaycan millisinin Lixtenşteyn və Andorra ilə oyunlar üçün heyəti açıqlanıb.

● "Sampdoria"nın hücumçusu Lorenzo Mezzotero da ilk dəfə əsas milliyə çağırılıb.

● "Qəbələ"dən Eşqin Əhmədov və "Sumqayıt"dan Nihad Əhmədzadə də milliyə ilk dəfə dəvət edilənlər siyahısındadır.
⚡Azərbaycanda fəaliyyət göstərən "Uber AZ" taksi şirkəti adını dəyişərək "Heetch az" edib.

Şirkət bundan sonra yeni adla fəaliyyət göstərəcək.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿Gəncədə Zəfər Günü ərəfəsində “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu"nun bağlanış mərasimi keçirilib

#Azərbaycan #8Noyabr #ZəfərGünü
Azərbaycan çinlilər üçün daha əlçatan olacaq

● Şanxay şəhərində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə “China Eastern Airlines” şirkətinin sədri Wang Zhiqing arasında görüş keçirilib.

● Görüşdə Heydər Əliyev Beynəlxalq Hava Limanının direktoru Teymur Həsənov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və baş icraçı direktorun müavini Rəşad Əliyev iştirak ediblər.

● Görüş zamanı “China Eastern Airlines” şirkətinin Azərbaycana uçuşlara başlaması, iki ölkə arasında hava əlaqələrinin genişləndirilməsi və qarşılıqlı turist axınının artırılması imkanları müzakirə olunub.

● Çinin aparıcı səyahət platformalarından olan “CTRIP.com” və “FLİGGY” platformalarında mütəmadi olaraq Azərbaycanın turizm potensialını təbliğ edən reklam kampaniyaları yerləşdirilib.

● 2025-ci ildə Çindən Azərbaycana gələn xarici vətəndaşların sayı 2024-cü illə müqayisədə 41,7% artaraq 63 500 nəfərə, 2026-cı ilin yanvar-oktyabr aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% artaraq 61 001 nəfərə çatıb.

Ətraflı
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿İşğaldan azad edilən Cəbrayılın Soltanlı kəndi yenidənqurma işlərindən sonra