Operativ Media
✔
84K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub
Prezident İlham Əliyev:

● Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk

● Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal dialoqun şahidiyik

● Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır

● Bizim ticarətimizin 40 faizi Aİ-nin payına düşür

● Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır.

● Ticarətin 70 faizdən artığı məhz Azərbaycanın payına düşür.

● Bu gün Aİ-nin 10 ölkəsi Azərbaycandan qaz idxal edir
⚡Ursula Fon der Lyayen:

● Azərbaycanın çox qədim tarixi və müasir görkəmi var

● Burada olmağımın məqsədi Aİ-Azərbaycan tərəfdaşlığını gücləndirməkdir

● Tarixi sülh sazişini parafladığınız üçün sizi təbrik edirəm

● Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin və bu da sabitlik, etimad və birgə firavanlıq üçün yol açır.

● Biz Cənubi Qafqazda bağlantı layihələri üçün vəsaitlər ayıracağıq

● Bu gün Azərbaycanla Aİ yüksək səviyyədə dialoq həyata keçirir

● Rusiya Avropa istiqamətində qazı dayandıranda Azərbaycan irəli çıxdı, buna görə mən sizə təşəkkür edirəm

● Azərbaycan etibarlı tərəfdaş olduğunu Aİ üçün sübut edib

● Avropa İttifaqı Azərbaycanın ən böyük sərmayəçisidir və biz bunu irəli aparmalıyıq
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿Prezident İlham Əliyev və Ursula Fon der Lyayenin səmimi söhbəti
⚡DSX hərbi qulluqçusu çayda boğularaq həyatını itirib

● Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Zabil oğlu Nəzərovun olduğu avtomobil idarəetmədən çıxaraq çay yatağına aşıb.

● Görülən tədbirlər nəticəsində hərbi qulluqçunun meyiti aşkar olunub.
DÇ-2026: İngiltərə Konqonu 2:1 hesabı ilə məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Forwarded from İlham Əliyev
Media is too big
VIEW IN TELEGRAM
Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
DÇ-2026-da daha iki komanda adını 1/8 final mərhələsinə yazdırıb.

● Belçika Seneqalı 3:2 hesabı ilə məğlub edib.

● ABŞ Bosniya və Herseqovinaya 2:0 hesabı ilə qalib gəlib.
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb.
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 2 iyul Azərbaycanda Polis Günü kimi qeyd olunur.

● Bu tarix 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk milli polis orqanlarının yaradılması ilə bağlıdır.

● Azərbaycan Polisi Günü 24 may 1998-ci il tarixli 710 nömrəli Fərman ilə təsis edilib. Həmin fərmana əsasən, 2 iyul hər il peşə bayramı kimi qeyd olunur.

● Azərbaycan polisi ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, ictimai təhlükəsizliyin təmin edilməsi kimi əsas vəzifələri həyata keçirir.

● Polis və Azərbaycan Respublikasının Daxili Qoşunları ölkənin ərazi bütövlüyünün müdafiəsində də fəal iştirak edib.

● Ermənistan-Azərbaycan münaqişəsi dövründə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhid olub

● Bu gün Azərbaycan polisi yaradılmasının 108-ci ildönümünü qeyd edir.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bu gün Ermənistanın Baş naziri ilə danışıqlar aparacaq.
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib.
⚡️Ursula Fon der Lyayen:

● Ermənistan islahatlar yoluna sadiq qalır və Avropaya doğru yaxınlaşır.

● Ona görə də mən bura sadə bir mesajla gəlmişəm: Ermənistan bizə arxalana bilər.
⚡Zakir Həsənov: Azərbaycan BMT və NATO əməliyyatlarında iştirak perspektivlərini araşdırır
⚡️Ursula Fon der Lyayen:

● Ermənistan suveren seçimini edib və buna görə də Rusiya tərəfindən ciddi iqtisadi təzyiqlərlə üzləşir.

● Tərəfdaşlarımıza təzyiqlər artdıqda, biz dəstəyimizi gücləndiririk.

● Ermənistanın ticarətini və iqtisadiyyatını gücləndirəcək və diversifikasiya edəcəyik
⚡Paşinyan: Türkiyə və Azərbaycanla elektrik ötürücü xətlərinin və birləşdiricilərin tikilməsi vacibdir.

Bu həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də yaşıl keçid hədəflərinin reallaşdırılmasına töhfə verə bilər.
⚡Alen Simonyan parlament mandatından istefa verib.
Media is too big
VIEW IN TELEGRAM
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları 2 İyul Polis Gününə həsr olunan fləşmob keçirib.
Prezidentin Fərmanı ilə səhiyyə nazirinin müavinlərinin sayı artırılıb.