Operativ Media
✔
85K subscribers
7.46K photos
3.63K videos
13 files
7.25K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
⚡Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Ermənistana 17 milyon 128.64 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Peter Pelleqrini və Əli Əsədov arasında görüş olub.

Görüşdə iki ölkə arasında ticarət-investisiya və infrastruktur əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib.
⚡️Azərbaycan XİN:

● Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları təəssüf hissi ilə qeydə alınmaqda davam edir.

● Xüsusilə, Qara dəniz hövzəsində davam edən hərbi əməliyyatlar, mülki gəmiçiliyə qarşı mövcud təhlükələr, pilotsuz uçuş aparatları, raket və digər silahlardan istifadə edilməsi nəticəsində regionda təhlükəsizlik vəziyyəti son dərəcə həssas olaraq qalır. Hərbi əməliyyatların coğrafiyası və intensivliyi nəzərə alınmaqla, mülki gəmilər və onların ekipaj üzvləri üçün risklər əhəmiyyətli dərəcədə artıb.

● Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən dəniz gəmilərində işləməkdən çəkinməyə bir daha çağırış edirik.
⚡Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib.
⚡️AQTA: Ölkəyə gətirilən heyvanlar yalnız xüsusi ixtisaslaşmış nəqliyyat vasitələrində daşınmalıdır.
⚡️Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumu çərçivəsində Azərbaycan Turizm Bürosu (ATB) ilə “Slovakia Travel” arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair memorandum imzalanıb.

● Memoranduma əsasən, tərəflər turizm sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə B2B formatlı tədbirlərin, eləcə də turizm sənayesi və media nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili istiqamətində birgə fəaliyyət göstərəcəklər.

● Bununla yanaşı, memorandumda hər iki ölkənin turizm potensialının beynəlxalq səviyyədə təşviqi və turizm sənayesi arasında əlaqələrin inkişafı məqsədilə birgə marketinq və tanıtım layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

● Qeyd edək ki, “Wizz Air” aviaşirkəti tərəfindən Bakı və Bratislava şəhərləri arasında birbaşa uçuşların həyata keçirilməsi planlaşdırılır.
⚡️Azərbaycan və Malayziya arasında vizasız rejimin tətbiqi istiqamətində işlər aparılır

"Report"un məlumatına görə, yaxın aylarda bu məsələ ilə bağlı irəliləyiş gözlənilir.
⚡️Azərbaycan xarici işlər naziri 16-17 iyul tarixlərində Rusiyaya səfər edəcək.
Macarıstanın keçmiş xarici işlər naziri Peter Siyatro deputat vəzifəsindən istefa verib və Çinin avtomobil nəhəngi BYD şirkətində işləməyə başlayıb.

Siyatro bildirib ki, BYD-də xarici əlaqələr və yeni biznes xətlərinin inkişafı üzrə məsul qrupun rəhbəri kimi çalışacaq.
Azərbaycanla Yunanıstan arasında turizm əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub

● İyulun 15-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Papakonstantinu arasında görüş keçirilib.

● Görüş çərçivəsində iki ölkə arasında turizm sahəsində əməkdaşlığın mövcud vəziyyəti və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

● Tərəflər arasında qarşılıqlı turist axınının dinamikasını artırmaq üçün nəqliyyat baxımından əlçatanlığın artırılmasının vacibliyi haqqında fikir mübadiləsi aparılıb. Həmçinin cari olaraq Bakıdan Yunanıstanın Krit adasına çarter reyslərinin uğurla həyata keçirildiyi vurğulanaraq, gələcəkdə iki ölkə arasında birbaşa və müntəzəm uçuşların bərpa edilməsinin turizm əlaqələrinin genişlənməsinə töhfə verəcəyi bildirilib.

● Görüşün yekununda Azərbaycan və Yunanıstanın turizm potensialının qarşılıqlı olaraq tanıdılması məqsədilə ikitərəfli tanıtım və təbliğat işlərinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Expressbank 2026-cı ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb

● Bank hesabat dövründə gəlirliliyini əhəmiyyətli dərəcədə artıraraq xalis mənfəətini ötən ilin müvafiq dövrü ilə müqayisədə 72,1% yüksəldib.

● Belə ki, 2025-ci ilin ikinci rübündə 4,297 milyon manat təşkil edən xalis mənfəət 2026-cı ilin eyni dövründə 7,397 milyon manata çatıb.

● Cari hesabat dövründə əməliyyat mənfəəti 20,8% artaraq 12,782 milyon manata çatıb.

● Faiz gəlirləri və xalis faiz gəlirləri göstəricilərində müvafiq olaraq 15.8% və 10.6% artım əldə olunub.

● Expressbankın cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 38,2 milyon manat və ya 5,7% artaraq 704,969 milyon manat təşkil edib.

● Kredit portfeli 18,1 milyon manat artaraq 567,815 milyon manata yüksəlib.

Ətraflı: https://operativmedia.az/post/134979/expressbank-yarim-ilde-oten-ilin-yekun-neticesini-usteleyib

@Expressbank_asc
6
⚡️ABŞ İrana qarşı hücumlarını yenidən başladıb

İranda partlayışlar qeydə alınıb
⚽️ DÇ-2026: Argentina yarımfinalda İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finalda İspaniyanın rəqibi oldu.
⚡️ Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb.
1
Azərbaycan ilə UN-Habitat arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalanıb.
1
⚡️Tramp İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı onunla bağlı çıxışından paylaşım edib
1
⚡️Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Fələstinin Baş nazirini qəbul edib
1
⚡Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir
1
⚡Ermənistan hökuməti TRIPP layihəsi ilə bağlı strateji əməkdaşlıq haqqında çərçivə sazişinin təsdiq prosesini başladıb

● Layihə Ermənistan Konstitusiya Məhkəməsinə təqdim edilib.

● Konstitusiya Məhkəməsinin müsbət qərarından sonra saziş təsdiq üçün parlamentə göndəriləcək.
1