Operativ Media
✔
89.5K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
Azərbaycanla Yunanıstan arasında turizm əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub

● İyulun 15-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Papakonstantinu arasında görüş keçirilib.

● Görüş çərçivəsində iki ölkə arasında turizm sahəsində əməkdaşlığın mövcud vəziyyəti və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

● Tərəflər arasında qarşılıqlı turist axınının dinamikasını artırmaq üçün nəqliyyat baxımından əlçatanlığın artırılmasının vacibliyi haqqında fikir mübadiləsi aparılıb. Həmçinin cari olaraq Bakıdan Yunanıstanın Krit adasına çarter reyslərinin uğurla həyata keçirildiyi vurğulanaraq, gələcəkdə iki ölkə arasında birbaşa və müntəzəm uçuşların bərpa edilməsinin turizm əlaqələrinin genişlənməsinə töhfə verəcəyi bildirilib.

● Görüşün yekununda Azərbaycan və Yunanıstanın turizm potensialının qarşılıqlı olaraq tanıdılması məqsədilə ikitərəfli tanıtım və təbliğat işlərinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Expressbank 2026-cı ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb

● Bank hesabat dövründə gəlirliliyini əhəmiyyətli dərəcədə artıraraq xalis mənfəətini ötən ilin müvafiq dövrü ilə müqayisədə 72,1% yüksəldib.

● Belə ki, 2025-ci ilin ikinci rübündə 4,297 milyon manat təşkil edən xalis mənfəət 2026-cı ilin eyni dövründə 7,397 milyon manata çatıb.

● Cari hesabat dövründə əməliyyat mənfəəti 20,8% artaraq 12,782 milyon manata çatıb.

● Faiz gəlirləri və xalis faiz gəlirləri göstəricilərində müvafiq olaraq 15.8% və 10.6% artım əldə olunub.

● Expressbankın cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 38,2 milyon manat və ya 5,7% artaraq 704,969 milyon manat təşkil edib.

● Kredit portfeli 18,1 milyon manat artaraq 567,815 milyon manata yüksəlib.

Ətraflı: https://operativmedia.az/post/134979/expressbank-yarim-ilde-oten-ilin-yekun-neticesini-usteleyib

@Expressbank_asc
6
⚡️ABŞ İrana qarşı hücumlarını yenidən başladıb

İranda partlayışlar qeydə alınıb
⚽️ DÇ-2026: Argentina yarımfinalda İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finalda İspaniyanın rəqibi oldu.
⚡️ Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb.
1
Azərbaycan ilə UN-Habitat arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalanıb.
1
⚡️Tramp İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı onunla bağlı çıxışından paylaşım edib
1
⚡️Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Fələstinin Baş nazirini qəbul edib
1
⚡Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir
1
⚡Ermənistan hökuməti TRIPP layihəsi ilə bağlı strateji əməkdaşlıq haqqında çərçivə sazişinin təsdiq prosesini başladıb

● Layihə Ermənistan Konstitusiya Məhkəməsinə təqdim edilib.

● Konstitusiya Məhkəməsinin müsbət qərarından sonra saziş təsdiq üçün parlamentə göndəriləcək.
1
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib.
1
⚡Rusiya XİN: Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşıdır.

● Ölkələrimiz arasında münasibətlər ənənəvi dostluq və mehriban qonşuluq ruhunda ardıcıl şəkildə inkişaf edir.

● Fəaliyyətimiz qarşılıqlı hörmət və bir-birimizin maraqlarını nəzərə almaq prinsiplərinə söykənir.
1
Ali Rada Sergey Koretskini Ukraynanın Baş naziri təyin edib.
3
Moldovanın aşağıbüdcəli aviaşirkəti “FLYONE” Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlayıb.
1
⚡ADY: 1 avqust tarixinə qədər Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.

● Yolun təm bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 1 avqustdan Bakı-Balakən-Bakı reysləri müvəqqəti dayandırılacaq.

● Bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq.

● Qeyd edək ki, Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ziyan dəyib.
1
⚡Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

● Müşavirədə qeyd olunub ki, 2026-cı ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 6909 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb ki, onların 93,2 %-nin açılması təmin olunub.

● Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 8 milyon 777 min 740 manat məbləğində maddi ziyanın 6 milyon 432 min 712 manatı və ya 73,2 %-nin ödənilməsi təmin edilib

● İcra və əmək intizamı qaydalarına riayət olunmasına ciddi nəzarət edilməklə, Bakı şəhər prokurorluq orqanlarının 1 əməkdaşının intizam tənbeh tədbiri qismində tutduğu vəzifədən azad olunması qeyd edilib.
1
Media is too big
VIEW IN TELEGRAM
Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla süni intellekt proqramlarından istifadə üsulu ilə qadınları şantaj edən şəxslər saxlanılıb
1
⚡️İlham Əliyev Donald Trampa təşəkkür edib:

● Şuşa Qlobal Media Forumundakı çıxışımdan fikirlərimi bölüşdüyünüz üçün təşəkkür edirəm.

● Tarixi Vaşinqton Zirvə Toplantısının birinci ildönümünə bir aydan az vaxt qaldığı bir vaxtda, Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin edilməsindəki əvəzsiz rolunuza görə bir daha səmimi minnətdarlığımı bildirmək istərdim.

● Liderliyiniz bölgəmizi sülhə, sabitliyə və rifaha yaxınlaşdırmağa tarixi töhfə verib.
3
Azərbaycan Ermənistana plastik tikinti materialları ixracına başlayıb.

● İyun ayı ərzində Ermənistana 5,91 min ABŞ dolları dəyərində 1,39 ton plastik tikinti detalları göndərilib.

● 2026-cı ilin yanvar-iyun ayları ərzində ixrac edilən məhsulların ümumi dəyəri 17 milyon 128,64 min dollar təşkil edib.
1
⚡️XİN:

● Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş Atlas Bey mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq, Odessaya gətirilib.
 
● Müvafiq zəruri tədbirlər yekunlaşan kimi cənazə ölkəmizə yola salınacaq. 
 
● Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!
1