⚡Türkiyə Böyük Millət Məclisinin 91 deputatı CHP-dən istefa verib
● Deputatlar bu gün CHP-nin keçmiş sədri Özgür Özel tərəfindən elan edilən "Yeni Parti"yə üzv olublar
● Bununla da TBMM-də əsas müxalifət partiyası "Yeni Parti" olub.

⚡️Prezidentin Fərmanları ilə:
● İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçirilib
● "İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə" dəyişib
● "Kraudfandinq haqqında" qanun təsdiqlənib

Peşəkar Futbol Liqasının İdarə Heyətinin yeni tərkibi səsverməyə çıxarılıb və yekdilliklə təsdiq olunub.
Növbəti 4 il müddətində PFL-in idarə heyətində aşağıdakı şəxslər təmsil olunacaqlar:
• Elxan Səmədov – PFL prezidenti
• Məlik Həsənov – İdman işləri üzrə müşavir
• Aslan Şahgəldiyev – Vitse-prezident
• Zaur Hacı-Məhərrəmov – İcraçı direktor
• Elgiz Abbasov – Texniki-idman direktoru
• Sənan Abdullayev – Media və marketinq direktoru

⚡Prezidentin Sərəncamları ilə:
● Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb
● O, Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

● Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın İtaliyada, eyni zamanda Malta, San Marinoda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb
● O, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib

⚡ADY: İndiyə qədər Bakı-Tbilisi-Bakı marşrut üzrə 23 000-ə yaxın sərnişin daşınıb.
● Qatarların doluluq göstəricisi 100% olub.
● Yaxın günlərdə Bakı–Tbilisi–Bakı marşrutu üzrə növbəti əlavə vaqonların istismara verilməsi üçün Gürcüstan tərəf ilə zəruri texniki və əməliyyat işləri aparılır.

⚡️Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Geniş Kollegiya iclası keçirilib
İclasda bildirilib ki:
● cari ilin birinci yarımilində ölkə ərazisində 15420 cinayət qeydə alınmaqla onların 90,7 %-nin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi *7893 cinayət işinin istintaqı tamamlanmışdır ki, onlardan da 470-i prokurorluq orqanlarında istintaq edilmişdir.
● Prokurorluq orqanları tərəfindən 269, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5511 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir.
● Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə müəyyən edilmiş maddi ziyandan istintaq tədbirləri ilə 27 milyon 152 min manatın ödənilməsi təmin edilmiş, 3 milyon 485 min manat məbləğində əmlak üzərinə isə həbs qoyulmuş və müəyyən edilən ziyanın tam ödənilməsi üçün hazırda tədbirlər davam etdirilir.

Forwarded from AR Elm və Təhsil Nazirliyi
2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan təqaüdçülərin siyahısı müəyyən olunub.
Müsabiqənin nəticələrinə əsasən, Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.
Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 155 nəfəri dünyanın ən nüfuzlu 10 universiteti sırasında yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu təhsil müəssisələri sırasına "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, Berkeley", "ETH Zurich", "Harvard University", "Yale University" kimi dünyanın ən nüfuzlu universitetləri daxildir.
Ətraflı: https://dp.edu.az/az/news/5016

İmişlidə DOST filialı fəaliyyətə başlayıb.
● 9 əməkdaşla fəaliyyət göstərəcək filialda gün ərzində orta hesabla 100-ə yaxın vətəndaşa xidmət göstərilməsi planlaşdırılır.
● İmişli filialının da istifadəyə verilməsi ilə hazırda ölkə üzrə 7 DOST Mərkəzi, 4 DOST filialı və 3 DOST məntəqəsi vətəndaşlara xidmət göstərir.

⚡Azərbaycan parlamenti ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin Bakıda çoxsaylı cinayət əməllərinə görə həbsdə olan ermənilərin qeyd-şərtsiz azadlığa buraxılması çağırışını rədd edən bəyanat yayıb
● Bildirilib ki, həmin şəxslər hərbi əsirlər və ya siyasi məhbuslar deyil.
● Onlar Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquq normaları ilə nəzərdə tutulan hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və digər cinayətlər törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb ediliblər.
● Beynəlxalq hüquq normalarına və prinsiplərinə kobud etinasızlığın bariz nümunəsi olan bu təşəbbüs Birləşmiş Ştatların Konqresindən erməni lobbisinin maraqları naminə Azərbaycan əleyhinə siyasi təzyiq aləti kimi istifadə etmək üçün göstərilən növbəti cəhddir.

21-24 iyul tarixlərində Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil edilib.
● Səfər müddətində Qazaxıstan və Özbəkistandan olan 20-yə yaxın turizm şirkətinin nümayəndələri Azərbaycanın mövcud turizm infrastrukturu, təqdim olunan xidmətlər, çimərlik turizmi imkanları, mədəni irs və milli mətbəxlə tanış olublar.
● Səfər çərçivəsində Qazaxıstan və Özbəkistanın turizm sənayesinin təmsilçiləri ilə yerli turizm şirkətləri və hotellərin 80-ə yaxın nümayəndəsi arasında B2B formatında işgüzar görüş təşkil olunub.
● Görüşdə yeni əməkdaşlıqların yaradılması və mövcud tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi üzrə müzakirələr aparılıb.
● Qeyd edək ki, 2026-cı ilin ilk yarımilliyində Qazaxıstandan 50 mindən çox, Özbəkistandan isə 34 mindən çox ziyarətçi ölkəmizə səfər edib.
● Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11% və 49% artım deməkdir.

⚡"Zolotaya Korona" vasitəsilə Azərbaycandan Rusiyaya pul köçürmələri müvəqqəti olaraq dayandırılıb (TASS)