Operativ Media
✔
84K subscribers
7.48K photos
3.63K videos
13 files
7.26K links
Bizdən xəbər al!

Əlaqə: @operativadmin
Download Telegram
⚡️ DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

● Masazırda 4 avtomobilin yandırılmasını təşkil edən şəxs Gürcüstandan Özbəkistana uçarkən DTX tərəfindən saxlanılaraq Azərbaycana gətirilib və həbs edilib.

● Oktyabrın 10-da baş verən hadisə zamanı “Mercedes”, “Lada”, “Hyundai” və “Renault” markalı avtomobillər yanıb.

● Cinayətin bütün iştirakçıları saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.
⚡️⚡️Dövlət əleyhinə açıq çağırışlar və dini nifrət məzmunlu materialların yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib:

● 1961-ci il təvəllüdlü, "Haksöz" jurnalı və "Haksöz Haber" internet resursunda müəllif kimi fəaliyyət göstərən Rıdvan Kaya;

● 1981-ci il təvəllüdlü, "Köklü Değişim" nəşrində yazıçı, "Değişim TV"nin aparıcısı Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan);

● 1976-cı il təvəllüdlü, "Analiz Merkezi" internet resursunun təsisçisi və "Fatih Tezcan'la Analiz Merkezi" proqramının müəllifi Fatih Tezcan;

● 1971-ci il təvəllüdlü, "Ahmet Şanlı Hukuk Bürosu"nun rəhbəri Ahmet Şanlı;

● 1971-ci il təvəllüdlü araşdırmaçı Fahrettin Taşkaya Saral;

● 1975-ci il təvəllüdlü, "Abdurrahman Tumer" adlı şəxsi Facebook profil sahibi Abdurrahman Tumer;

● moderator və idmançı kimi fəaliyyət göstərən Alparslan Tanrıkulu
⚽️ "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Borussiya" ilə oyundan öncə mətbuat konfransında çıxış edib.

● "Borussiya" Almaniyanın, dünyanın ən böyük klubrından biridir. Onların çox yaxşı baş məşqçiləri var.

● "Borussiya" eyni zamanda çox yüksək səviyyədə pressinq edən komandadır. Qarşımızda çox böyük çətinliklər dayanır. Çempionlar Liqasında asan oyun olmur. Sabahkı matçı səbirsizliklə gözləyirəm.

● Azarkeşlər əllərindən gələni edirlər, bizə enerjilərini ötürürlər. Qələbə ehtimalı haqda danışmaq istəmirəm. Daha çox mənə komandamın performansı maraqlıdır.
Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.
Sabah azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyi ilə ödənişsiz avtobuslar təşkil olunacaq.

● "Gənclik" Nəqliyyat Mübadilə Mərkəzi – Bakı Olimpiya Stadionu

● "Qara Qarayev" metrostansiyası – Bakı Olimpiya Stadionu
🇦🇿Millət vəkili Azər Badamov:

● Qarabağ və Şərqi Zəngəzurda 67 məscidimiz dağıdılıb təhqir ediləndə Fələstinin İslam həmrəyliyi harada idi?

● Amma onlar hər zaman Ermənistanın arxasında dayandıqlarını nümayiş etdiriblər.

● Fələstində ermənilərə qarşı həmişə sevgi olub. Hətta torpaqlarımızın işğal altında olduğu dövrdə də, işğala son qoyulandan sonra da bunu nümayişkaranə şəkildə göstəriblər.

● Belə ki, ASALA terror qruplaşmasının üzvlərinin Fələstində təlim keçməsi ilə bağlı mətbuatda geniş məlumatlar verilmişdi.

● Bununla belə, Azərbaycanın Fələstin məsələsində tutduğu mövqe dövlətimizin prinsipiallığını göstərir.

● Ölkəmiz Fələstin xalqının qanuni hüquqlarını müdafiə edir, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir və Fələstin xalqına humanitar yardım göstərir.

● Azərbaycan beynəlxalq təşkilatlarda da bu məsələyə dair mövqeyini ifadə edib.
Fransada davam edən iğtişaşlarla əlaqədar paytaxt Paris də daxil olmaqla, beş şəhərin ayrı-ayrı ərazilərində komendant saatı tətbiq edilib.

Məhdudiyyətlər oktyabrın 19-u axşam saatlarından qüvvəyə minəcək və iki gün ərzində yerli vaxtla saat 20:00-dan 06:00-dək davam edəcək.
⚽️ “Sabah” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

● Azərbaycan çempionu Liqa mərhələsinin 3-cü turunda Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edəcək.

● Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:45-də start götürəcək.
⚡️Milli Məclisdə POS terminallardan istifadə ilə bağlı tariflərin azaldılması təklif edilib
Hərbi xidmətdə inzibati xətaya görə yeni cərimələr müəyyən edilir

● Hərbi hissəni özbaşına tərk edən və ya xidmət yerinə gecikən hərbçilər 200-300 manat cərimə və ya 15 günədək inzibati həbs oluna bilər.

● Pozuntu bir il ərzində təkrarlandıqda cərimənin 300-500 manat, həbsin isə 10 gündən 1 ayadək olması təklif edilir.
Baş prokuror Kamran Əliyevin müvafiq əmrlərinə əsasən:

● Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

● Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsinə təyin edilib.

● Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.